Süni mayalanmanın mərhələləri

Bu gün sizə xəstələrin ən çox maraqlandığı mövzulardan biri olan: “Süni mayalanma”, “Süni mayalanmanın mərhələləri” haqqında məlumat vermək istəyirəm.
Süni mayalanma qərarı verdiyimiz xəstələrdə ilk öncə “Süni mayalanmaya hazırlıq” mərhələsindən başlayırıq. Çox zaman bu mərhələ xəstələr tərəfindən və yaxud həkimlər tərəfindən atlana bilir. Amma bu çox vacib bir mərhələdir. Bu nədir?
Süni mayalanmaya hazırlıq mərhələsi
Xəstələrin əksəriyyətinin altda yatan hər hansı bir xəstəliyi ola bilər. Xüsusilə, sonsuzluq şikayəti ilə müraciət edən xəstələr irəli yaş qrupunda olarsa və yaxud “polikistik yumurtalıq sindromu” olan hallarda altda yatan hər hansı xəstəlikləri ola bilər. Mütləq bu zaman bir daxili xəstəliklər həkimi ilə məsləhətləşmək lazımdır. Xəstəliyinə görə qəbul etdiyi dərmanlar varsa, onlar mütləq şəkildə nizamlanmalıdır. Əgər hamiləliyə əks göstərişdirsə, o dərmanlar başqa dərmanlarla əvəz olunmalıdır.
Və yaxud əgər xəstənin həyat yoldaşının zərərli vərdişləri varsa… Nə ola bilər? Siqaret istifadə edirsə və yaxud alkoqol istifadə edirsə, hansı ki, bunlar spermanın keyfiyyətinə təsir edir, bu vərdişləri da tərgitməyi məsləhət görülür.
Yumurtalıqların stimulyasiyası mərhələsi
Deyək ki, artıq biz süni mayalanma qərarı vermişik, bu zaman cütlüyümüz aybaşının ilk 3 günü ərzində mərkəzimizə baş vurur, biz bu zaman müəyyən hormonal preparatları təyin edirik xanıma. Bu preparatlar iynə və ya həb şəklində ola bilər. Biz, əsasən, iynə şəklində olan hormonal preparatlardan istifadə edirik.
Məqsədimiz nədir? Məqsədimiz bu iynələr vasitəsilə yumurtalıqların stimulyasiyası, yəni yumurtalıqların oyadılmasıdır ki, bu zaman biz bizə lazım olan qədər optimal sayda yumurta əldə etməyə çalışırıq.
Bizim burada əsas məqsədimiz mümkün olduğu qədər artıq yumurta əldə etməkdir. Eyni siklusda bunu xəstəyə transfer etməsək belə, artıq qalan hissəsini donduraraq digər aylarda istifadə edə bilirik.
Follikulometriya mərhələsi
Aybaşının 3-cü günü hormon analizlərinə baxılaraq xəstəyə uyğun dozada və uyğun protokolla yumurtalıqların stimulyasiyasına başlayırıq. Bundan sonrakı mərhələdə xanım xəstə 2-3 gün aralıqlarla follikulometriya üçün – yəni yumurtalıqlarda yumurtaların böyüməsini müşahidə etmək üçün həkiminə müraciət edir.
Burada əsas vacib olan nüanslardan biri həkim tərəfindən təyin edilən hormonal iynənin vaxtında və düzgün dozada xəstə tərəfindən tətbiq edilməsidir.
2-3 gün aralıqlarla biz yumurta təqib edərək yumurtalıqların stimulyasiyasını müşahidə edirik və təxminən 8-10 gün çəkən stimulyasiyadan sonra yumurta toplama proseduru həyata keçirilir.
Yumurta çatlatma və yumurta toplama mərhələsi
Yumurta toplama proseduru nədir?
Bu zaman prosedurdan 36 saat öncə “yumurta çatlatma iynəsi” dediyimiz iynə təyin edilir. Bu iynəni verməkdə məqsədimiz yumurtanı çatlatmaq deyil, yumurtaları yetişdirməkdir. Təxminən iynədən 34-36 saat sonra xanım və həyat yoldaşı, ikisi bərabər süni mayalanma mərkəzimizə müraciət edir.
Yumurta toplama günü xəstə ac olmalıdır. Təxminən 15-20 dəqiqə çəkən bir prosedurdur. Ümumi vena daxili anesteziya altında icra edilir. Tamamən ağrısızdır. Prosedurdan təxminən 2 saat sonra xəstə evə göndərilir və həmin gün ərzində istirahət məsləhət görülür.
Yumurta toplama proseduru, demək, transvaginal ultrasəs altında həyata keçirilir. Bu zaman xüsusi iynə vasitəsilə yumurtalıqlardakı follikul mayesi çəkilir və embrioloq tərəfindən həmin mayede olan oositlər, yəni yumurta hüceyrələri ayırd edilir.
Yumurtaların laboratoriyada mayalandırılması
O gün ərzində əldə etdiyimiz yumurta sayısı embrioloq tərəfindən həm bizə, həm də xəstəyə yumurtanın sayı haqqında məlumat verilir. Xəstənin həyat yoldaşı da həmin gün sperm analizi verir və bu zaman embrioloq tərəfindən yumurta hüceyrə ilə sperm laborator mühitində mayalandırılır.
Prosesdən keçmiş oositlər “inkubator deyilən” – bir növü süni ana bətni kimi bir cihazdır, inkubatora yerləşdirilir və sonrakı günlərdə həmin inkubatordan prosesdən keçmiş yumurta hüceyrələrə baxılaraq, neçəsinin döllənib döllənmədiyi haqqında biz məlumat əldə etmiş oluruq.
Döllənmiş yumurta – embrion transferi mərhələsi
Bizim üçün vacib olan 5-ci gün embrionunu transfer etməkdir.
Nəyə görə biz 5-ci gün embrion transferinə üstünlük veririk? Çünki daha sağlam, daha keyfiyyətli embrionlar 5-ci günə çatır, nisbətən zəif, yəni genetik strukturunda problem olan embrionlar 2-ci və 3-cü gün öz inkişaflarını saxlayıb 5-ci günə çata bilmir.
Ehtiyac varsa, embrionlar dondurulur
Biz xəstələrimizə 5-ci gün və yaxud da 3-cü gün transferini, ya həmən ay, yəni eyni siklusda və yaxud sonrakı aylarda həyata keçirə bilərik. Bunun qərarını necə veririk? Bunun qərarını vermədən öncə biz bəzi parametrlərə diqqət edirik. Yəni əgər deyək ki, xəstə polikistik yumurtalıq sindromu olan xəstədirsə, biz artıq miqdarda yumurta toplamışıqsa və bu zaman xəstənin həyatı üçün təhlükə yarada biləcək asit varsa və yaxud da ki, hər hansı bir başqa əks göstəriş varsa, biz bu zaman həmin ay xanımı dinləndiririk, əlimizdə olan embrionları dondururuq, sonrakı aylarda sadəcə olaraq ağızdan tablet verilərək uşaqlığın divarının endometriumu hazırlayaraq, dondurulmuş embrionlarımızın donunu açaraq o şəkildə transferimizi həyata keçiririk.
Hamiləliyi gözləmə
Embrion transferindən sonra xəstələrə, progesteron dəstəyi mütləq şəkildə verilməlidir, yəni verilir. Bu zaman xəstələr, xüsusilə, bu dərmanların qəbuluna həkimin uyğun gördüyü şəkildə riayət etməlidirlər. Bu çox önəmli bir haldır.
Transferdən 10 gün sonra qandan hamiləlik testi yoxlanılır. Əgər süni mayalanma uğurlu bir şəkildə sonlanmışdırsa, bu zaman 10 gün sonra baxdığımız hamiləlik pozitiv çıxacaqdır.
Uzman Dr. Aynurə Həmidova, Cərrah mama-ginekoloq
34 comments
Ferize
2 May 2022 at 13:33
Yumurtaliqlar ,,götürende ağrılı olur deye.
Narkoz veriril.?
Ege Hospital
4 May 2022 at 17:13
Salam. Bəli, yumurtaların götürülməsi işləmi ağrılı işləmdır. Ona görə də Ümumi anesteziya (venadaxili anesteziya) altında aparılır. Amma işləmdən sonra heç bir ağrı hiss olunmur. Pasiyent 1-2 saat sonra evə gedib normal həyatına davam edə bilər. Xəstəxanada qalmağa ehtiyac yoxdur.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama-Ginekoloq
Madina
8 June 2022 at 21:44
Salam,suni mayalanma Qanunu nikah yoxdursa edirsiz? Zehmet olmasa deyerdiz
Ege Hospital
23 June 2022 at 13:10
Salam. Rəsmi nigah, ya da rəsmi nigah yoxdursa, hər iki şəxsin subaylıq haqqında arayış gətirməsi tələb olunur.
Uzman Dr Aynurə Həmidova, Cərrah Mama-Ginekoloq
MURADİNYO
29 June 2022 at 01:15
Salam.suni mayalanma edilende 100de nece % tutma ehtimali var??mende boru hamilelikleri olub.borular ama yerindedi.suni mayalanma istesem mende alina biler??
Ege Hospital
1 July 2022 at 14:15
Salam. Sünu mayalanma ilə hamiləliyin tutma faizi sonsuzluğun səbəbindən asılıdır. Ona görə sizdə tutma şansının nə qədər olacağını ancaq sizi müayinə etdikdən sonra demək olar.
Uzman Dr Aynurə Həmidova, Cərrah Mama-Ginekoloq
miri
25 July 2022 at 11:03
Salam.men altı ıldır evlenişəm uşaq olmur.Problem mendedi spermaqramma analizi vermişəm ozmosperm netice çıxıb.Süni mayalanma qiymeti nece olar
Ege Hospital
26 July 2022 at 17:32
Salam. Hospitalımıza zəng edərək daha ətraflı məlumat ala bilərsiniz.
Tel: 1117
012 599 1117
050 299 1117
Ehtiram
4 August 2022 at 15:37
Salam. 10 ildir evliyik 3 dəfə süni mayalama 2 dəfə aşılama etdirmişik heç bir nəticəsi olmayıb.
Bilmək isteyirdim sizdə prosesin maliyə dəyəri nə qədərdir və təxmini neçə fauz qaranti var? Və birdə təkrar olarsa güzəşt olurmu
Ege Hospital
5 August 2022 at 13:48
Salam. Süni mayalanma dərmanlar daxil 2500 manatdır. Təkrar olarsa, güzəşt olunmur. Süni mayalanmada “qaranti” deyə bir şey yoxdur. Sonsuzluğun səbəbindən asılı olaraq tutma ehtimalı dəyişir. Maksimum 50-60%-dir.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama-Ginekoloq
Nazli
9 August 2022 at 20:46
Salam Dr. Aynure xanim suni mayalanmadan 19 gun sonra uzm gostermeme kimi hali mumkundu?
Ege Hospital
26 August 2022 at 17:53
Salam. Transferdən neçə gün keçib?
Uzman Dr Aynurə Həmidova, Cərrah Mama Ginekoloq
Elvina
2 February 2023 at 00:18
Salam doktor mende 1 hamilelikde dolde difraqmal yırtıq oldu ve uşaq telef oldu .ve saģ boruda hidrosalpink varidi emeliyyat saģ boru goturdu ve mene suni mayalanma dedi .Yoldawimda sperma hereket faiz 15 .suni mayalanma tutma şansi ne qederdir .Zehmet olmazsa cavablandirsaz sevinerem .
Ege Hospital
9 February 2023 at 13:11
Salam. Qaranti ancaq müayinə sonrası demək olur.
Uzman Dr. Aynurə Nəcəfəliyeva, Cərrah Mama-Ginekoloq
leyla
26 August 2022 at 14:34
salam bacim 3 ildir evlidi hec bir problemi yoxdu amma yoldashinda hereket zeifliliyi var. sperma analizinde hereket ashagi oldugu gosterir ele hamile qlamq olar yoxsa ancaq suni mayalanma etdirmekleovlad sahibi oa biler ?
Ege Hospital
26 August 2022 at 18:25
Salam. Spermogramda hərəkətli sperm sayı və başqa parametrlərə baxılır. Əgər ciddi problem varsa və müalicə ilə düzəlmirsə, süni mayalanma olunmalıdır. Əgər müalicə ilə sperm sayı və hərəkətliliyi istənilən səviyyəyə çatdırılırsa, o zaman təbii yoldan hamiləlik əldə olunur.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama Ginekoloq
Miri
14 November 2022 at 16:58
Salam bu hereketliyin zeifliyi olan problem mendede var amma ki 1ci kurs mualiceden sonra artim olub onda suni mayalanmaya ehtiayc var yoxsa yoxdu bir dene cavablandirardiniz ve suni mayalanma etdirsek olma ehtimali nece faiz olur
Miri
14 November 2022 at 16:59
Salam bu hereketliyin zeifliyi olan problem mendede var amma ki 1ci kurs mualiceden sonra artim olub onda suni mayalanmaya ehtiayc var yoxsa yoxdu bir dene cavablandirardiniz ve suni mayalanma etdirsek olma ehtimali nece faiz olur
Ege Hospital
17 November 2022 at 13:23
Salam. Spermiogram testinizin nəticəsini görmək lazımdır.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama Ginekoloq
Ege Hospital
17 November 2022 at 13:23
Salam. Spermiogram testinizin nəticəsini görmək lazımdır.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama Ginekoloq
Elvina
2 February 2023 at 00:17
Salam doktor mende 1 hamilelikde dolde difraqmal yırtıq oldu ve uşaq telef oldu .ve saģ boruda hidrosalpink varidi emeliyyat saģ boru goturdu ve mene suni mayalanma dedi .Yoldawimda sperma hereket faiz 15 .suni mayalanma tutma şansi ne qederdir .Zehmet olmazsa cavablandirsaz sevinerem .
Ege Hospital
9 February 2023 at 13:11
Salam. Qaranti ancaq müayinə sonrası demək olur.
Uzman Dr. Aynurə Nəcəfəliyeva, Cərrah Mama-Ginekoloq
Baxa
17 September 2022 at 13:25
Yuxarıda qeyd olunan süni mayalanma prosesini sırf hamiləlik qalana qədərini yazmısınız ,onnan sonrakı prosesi necə bilmək olar ?
Ege Hospital
20 September 2022 at 17:23
Salam. Süni mayalanma ilə hamiləlik əldə olunduqdan sonra hamiləliyin gedişatı xəstənin yaşı, yanaşı xəstəlikləri və başqa risk faktorlarına görə dəyişir. Təbii hamiləliklərdən fərqli olaraq süni mayalanma zamanı ilk 3 ay düşük təhlükəsi riski daha yüksək olduğu üçün bu xəstələrimizə progesteron tərkibli şam və ya iynələrlə dəstək müalicəsi veririk. Hamiləliyin sonrakı aylarında hamiləliyin izlənməsi normal hamiləliklərlə demək olar ki, eynidir.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama-Ginekoloq
Miri
16 November 2022 at 11:37
Salam mende spermanin herketliyinde zeiflik var amma ki mualice aliram ve artim olur suni mayalanmaya ehtiyac var yoxsa yoxdur bir dene zehmet deyilsen cavab vererdiniz
Ege Hospital
17 November 2022 at 13:23
Salam. Spermiogram testinizin nəticəsini görmək lazımdır.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama Ginekoloq
Leyla abram
9 December 2022 at 14:00
Salam.110 kilolu qadina suni mayalanma etmek olarmi?ve yaxud nece kiloya uygundur?
Ege Hospital
9 December 2022 at 18:20
Salam. Süni mayalanma öncəsi çəki verməyiniz məsləhətdir. Artıq çəki süni mayalanmanın tutma ehtimalını azaldır. Həm də hamiləlik baş tutsa da düşük olma, hamiləlik şəkəri, hamiləlikdə yüksək təzyiq ehtimalını artırır.
Uzman Dr. Aynurə Həmidova, Cərrah Mama-Ginekoloq
Gul
8 January 2023 at 23:33
Salam. Menim 48 yaşım var. 2 defe süni mayalanma etdirmişem. İkisi de İstanbulun Acı Badem xestexanadında dok. Bülent Traş terefinden edilib. Uğursuz neticeye göre bir neçe ildir ki ara verdim. Sizin xestexanada bu defe etdirmek isyetirem. Bu yaşda şansım ne qederdi sizce? Teşekkür edirem.
Konul
13 May 2023 at 15:34
Salam. Menim 1981-ci ildenem. Men suni mayalanma etsem tutarmi tutmazmi yasimdan dolayi sorusuram. Siz de nece olunur? umumi melumat vererdiz bu haqda rica edirem.
Ege Hospital
16 May 2023 at 15:12
Salam. 42 yaş qadında öz yumurta rezervi varsa, süni mayalanma edilə bilər.
Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq
Leyla
13 May 2023 at 20:07
Salam. Süni mayalanmanın qiymətini deyərdiz.
İki uşağım olub. Biri rəhmətə gedib. 44 yaşım var, müayinədən keçmişəm heç bir problemim yoxdur. Amma hamilə qalmışam. Kömək edə bilərsiniz?
Ege Hospital
16 May 2023 at 15:10
Salam. Ege hospital reproduktiv mərkəzinə süni mayalanma üçün müraciət edə bilərsiniz (Sizin e-mail ünvanına ətraflı məlumat göndərildi). Müayinəyə gəlin dəyərləndirək.
Uzman Dr. Aygün Əkbərova, Cərrah Mama-Ginekoloq
sevgi
22 May 2023 at 08:11
salam men sunimayalanma oldum transferden 10 gun sora analiz verdim 23.15 çıxdı hekim dedi hamilesen.ama hele aybaşı günume var.bu deqiq hamileliydi ya aybaşı gunu aybaşı baş verə bilər?