abdominaplastika / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

keyseriyye_plus_mini_abdominoplastika.jpg

2 September 2021 Plastik cərrahiyyə2

Bizdə bu qrup xəstələr, adətən, yay mövsümündə müraciət edir. Nəyə görə? Çünki yayın və istinin təsiri ilə insanlarda göbək nahiyəsində olan bişməcələr, tərləmələr, qoxu bu insanların plastik cərrahiyəyə müraciət etməyinə səbəb olur.

2 və üzəri doğuş həyata keçirən qadınlarda və bariatrik cərrahiyyə keçirmiş xəstə qrupunda rastlaşırıq. 

Bu xəstələrə tək bir qarın gərmə əməliyyatı eləmirik. Qarın gərmə əməliyyatı ilə bərabər kombinə – liposaksiya və yaxud post-bariatrik xəstələrdə bud gərmə əməliyyatlarını da birlikdə yerinə yetiririk ki, bu da xəstələrin bədəninin formaya düşməsinə və xosbəxt və konfortlu hiss etməsinə səbəb olur.

Bədən şəkilləndirmə əməliyyatları kimlərə icra olunur?

Xüsusilə, bariatrik cərrahiyyədən sonra 45 və daha çox çəki itirən xəstələrdə qarnın ön divarında və yaxud budların iç tərəfində, dəridə sallanmalar olur ki, bu da insanların həm psixologiyasını, həm də əhvalını pozur. Bu qrup xəstələrə söylədiyimiz əməliyyatları yerinə yetiririk.

“Body Mass Index” dediyimiz bir indeks var: bədən kütlə indeksi. Bu indeksi 30-un altında olan xəstələrdə uğurlu nəticə nisbəti yüksək olur. Ona görə bu xəstələrə mütləq əgər bədən kütlə indeksi 30-dan çoxdursa, bariatrik cərrahiyyə tövsiyə edirik.

30-un altında olan xəstələrimizə isə kombinə… Məsəl üçün, kilo veribdir 40 kilo, 50 kilo… Bu xəstələrə ilk mərhələdə qarınla məməni birlikdə edib, ikinci mərhələdə qol gərmə, bud gərmə edirik. Və yaxud, “Xəstəni ən çox nə narahat edir?” – bu önəmlidir.

Bədən şəkilləndirmə əməliyyatlarında yaş faktoru

Buradakı yaş, yəni anesteziya, narkoz və əməliyyatın uzunluğu cəhətindən önəmlidir. Əgər xəstə anesteziyanı götürə biləcək vəziyyətdədirsə, əlavə xəstəlikləri burada: şəkər aiddir, şəkər diabet, təzyiq aitdir, ağciyər “XOAH”- xroniki obstruktiv ağciyər xəstəlikləri… Məsələn, bu xəstəlikləri anesteziya həkimlərimiz dəyərləndirir, onların verdiyi müddətlər daxilində biz bu əməliyyatları yerinə yetiririk.

Əməliyyatından sonra əvvəlki vəziyyətə qayıtma ehtimalı varmı?

Təbii ki. Yəni bu əməliyyat sonra biz o vücudu şəkilləndiririk. Şəkilləndirdikdən sonra xəstələrimizin mütləq və mütləq öz dietalarına diqqət etmələri lazımdır. 10 kilonun üzərində kökəlməyi xəstələrimizə məsləhət görmürük. Çünki 10 kilo və üzəri xəstələrin çəkilərinin artırması artıq yağ depolarında ekstra yağların toplanmasına səbəb olur ki, bu da əməliyyatdan sonrakı nəticələrimizin uzun müddət qalma nisbətini aşağı salır. Ona görə xəstələrimizin çox kökəlməsini əməliyyatdan sonra məsləhət görmürük.

Op.Dr.Nicat Rüstəmov, Estetik-Plastik və Rekonstruktiv cərrah

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!