androloq / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

kishi-sonsuzlugu-1200x675.jpeg

19 May 2022 Urologiya0

Bu gün sonsuzluq haqqında danışacağam. Daha doğrusu, kişi sonsuzluğu haqqında.

Sonsuzluq nədir?

Sonsuzluq 1 il ərzində evli cütlüyün müntəzəm və qorunmasız bir şəkildə, yəni heç bir kontraseptiv istifadə etmədən cinsi əlaqədə olmasına baxmayaraq, hamiləliyin olmamasına deyilir. 

Təəssüf ki, çox zaman sonsuzluq qadınla əlaqələndirilir. Ancaq 50% altda yatan kişi faktoru da vardır. 

Kişilərdəki sonsuzluğu aşkara çıxarmaq çox bəsitdir. Sperma analizi ilə ortaya çıxa bilər.

Sperma analizinin keyfiyyətinin pozulmasına gətirib çıxara biləcək kişilərdə bir çox səbəb vardır. Bunlar sidik-cinsiyyət sisteminin anomaliyaları ola bilər, bəzi genetik xəstəliklər ola bilər və ya şüa, ya da kimya terapiya alan xəstələrdə görülə bilər, bəzi onkoloji xəstəliklərə bağlı görülə bilər, varikoseldə, daha sonra bəzi endokrin pozuqluqlarda da sperma analizinin keyfiyyətinin pozulması görülə bilər. 

Ancaq 30% hallarda sperma analizinin keyfiyyətinin pozulmasına gətirib çıxara biləcək heç bir xəstəlik, yəni altda yatan heç bir xəstəlik aşkar edilə bilmir. Aşkar edəbildiyimiz səbəblər arasında isə ən başda gələni varikoseldir.

Varikosel bir damar xəstəliyidir. Xaya və toxum ciyəsi venalarının genişlənməsidir. 90% hallarda sol tərəfdə olur. 

Müalicəsi isə çox bəsitdir. Cərrahidir müalicəsi. Mikro cərrahiyyə ilə genişlənmiş damarları, yəni venaları bir-bir aşkara çıxarıb bağlayırıq. Əməliyyat çox qısa sürür. 30-40 dəqiqə sürür. Xəstə eyni gün evə yazılır. Bir müddət sonra kontrola gələn xəstələrdə 70-80% hallarda sperma analizində düzəlmə, keyfiyyətin artması olduğunu görürük. 

Yekun olaraq söyləsəm… Sonsuzluq olan cütlüklərdə qadın ginekoloq müayinəsində olduğu kimi, kişi də mütəxəssis uroloq-androloq müayinəsindən keçməlidir.

Op.Dr.Fərid Mikayılov, Uroloq-androloq

 

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!