İstərsə uşaqlarda, istərsə də böyüklərdə bu problem sıx görülən bir problemdir. Eşitmə problemi olan xəstələrə biz mütləq birinci növbədə qulağı, qulaq yolunu və qulaq pərdəsini müayinə edirik.
Çünki qulaq yolunun qulaq çirki ilə tıxanması nəticəsində olur eşitmədə problem. Ancaq xroniki qulaq xəstəliklərində, qulaq infeksiyalarından sonra da qulaq pərdəsində dəliklər, orta qulağın problemlərinə görə də eşitmədə azalma xəstələrdə olur.
Belə bir xəstələrin müalicəsi cərrahidir.
Qulaq pərdəsini bəzən yerli keyitmə ilə ofisdə, bəzən də əməliyyatxanada əməliyyatla müalicə edirik.
Eşitmə cihazları
Xəstələrin bir hissəsində isə daxili qulaq dediyimiz yerdə problemlər olduğu üçün onların müalicəsi əməliyyatdan çox eşitmə cihazlarıdır.
Sadəcə yaşlılarda olmur. Cavanlarda da, uşaqlarda da irsi və başqa səbəblərdən dolayı bu eşitmə problemləri ola bilər. Onları da biz testlə müəyyən edirik bu eşitmədə problem orta qulağındanmı qaynaqlanır, yoxsa daxili qulaqda problem var?
Çox irəli dərəcədə eşitmə azalması varsa xəstədə, bəzən eşitmə cihazları da onlara faydalı olmur. Belə xəstələrdə biz əməliyyatla daxili qulaqlarına implant, “koxlear implant” dediyimiz cihazı yerləşdiririk. O da bir eşitmə cihazıdır. Ancaq normalda öyrəşdiyimiz eşitmə cihazlarından daha güclüdür. Birbaşa daxili qulağımıza siqnalları verir və bu şəkildə eşitmə azlığı olan xəstələrin cərrahi müalicəsi mümkündür.
Bəzən müayinədə heç bir problem olmadan xəstələr anidən əmələ gələn bir eşitmədə azalma ilə gəlirlər. Bunları da eşitmə testi ilə biz dərəcəsini yoxlayırıq. Bu xəstələr ilk günlərdə dərman preparatları ilə, hormonal preparatlar və s. dərmanlarla onlara təcili bir müalicəyə başlayırıq və bəzi hallarda onların eşitməsini qurtarmaq şansımız olur.
Uzman Dr.Əli Əliyev, Otorinolarinqoloq