aterektomiya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

invaziv-radiologiya.jpeg

30 June 2021 Radiologiya0

“İnvaziv radiologiya nə ilə məşğul olur?” – Əslində çox əhəmiyyətli sualdır. Çünki dünyada, Türkiyədə və Azərbaycanda çox az bilinən bir tibb sahəsidir.

Nə üçün az bilinir? 

Çünki bunun keçmişinə baxdığımız zaman, haradan yarandığına baxdıqda Sven-İvar Seldinger adlı avropalı alim tərəfindən yaradıldığı ortaya çıxır. Çox özünəməxsus bir teknika inkişaf etdirib. Bu teknika bir iynə ilə bir telin göndərilməsi və bu telin üzərindən də bir borunun göndərilməsinə əsaslanır. 

Bu teknikanın tapılmasından sonra sonra əslində bir cığır açılır. 

Çünki bilirsiniz, artıq müalicələrdə, xüsusilə, cərrahi müalicələrdə hər dəfə daha kiçik müdaxilələrə, daha kiçik dəliklərə doğru gedirik. 

Laparaskopiyalar çıxdı, tək dəlikdən laparaskopiyalar çıxdı… Xəstəyə mümkün olduqca daha kiçik dəlikdən işləyərək daha az zərər versək, prosedurun riski bəlkə bir o qədər azalır. 

Əlbəttə, bu halda “Görəsən, iynə dəliyindən girib müalicə etmək olarmı?” məhələsinə gəlirik və o zaman Ivan Seldinger texnikası gəlir. İvar Seldingerin inkişaf etdirdiyi bu texnika ilə biz – invaziv radiologiya həkimləri işləyirik. 

Bu necə olur? 

Normalda radiologiya şöbəsində bir çox xəstəmiz, bir çox insan bilir, radiologiya normalda insanın içini görən, görməyə çalışan, insanların problemini anlamağa çalışan, daha doğrusu, xəstə problemini bizə bildirdikdən sonra “Haralarda problemlər var?” sualına cavab axtaran həkimlərdir. Bunlar üçün də əslində müxtəlif üsullar, müxtəlif vizualizasiya üsullarından istifadə edirik. 

Nə kimi? Ultrasəs, MRT, KT dediyimiz kompüter tomoqrafiya və angioqrafiyalar bunlardan bəziləridir. 

Əgər bir xəstənin problemini, normalda orada olmamalı olan o toxumanın yerini görə biliriksə, əslində xəstəni yarmadan da müalicə edə bilərik. Əslində invaziv radiologiya tam olaraq bununla məşğuldur deyə bilərik. 

Sadəcə müalicədən əlavə parça da götürmə də edə bilir invaziv radiologiya. Belə bir imkanı da var.

Əslində təməl olaraq invaziv radiologiya, insanın daxilini görə bilən həkimlər olan radiologiya həkimlərinin çox kiçik nöqtələrdən parça götürdükləri və ya müalicə etdikləri sahə olaraq izah edə bilərik, məncə.

İnvaziv radioloqlar invaziv kardiologiya həkimidir?

Biz normalda invaziv radiologiya həkimi olduğumuzu söylədiyimiz zaman normalda invaziv kardiologiya həkimi olub-olmadığmız soruşulur. Çünki normalda angioqrafiyalar daha çox ürəkdə edildiyi üçün elə bir fikir yarana bilir. Ürək damarlarına bəli, invaziv kardiologiya baxır. Amma digər bütün damarlara invaziv radioloqlar baxır. 

Nə kimi, məsələn? Misal göstərmək lazımdırsa, məsələn, bir şəkər xəstəsi var, çox təəssüf ki, şəkər xəstələrində ayaq yaraları çox olur. Bu ayaq yaralarında da ən böyük problemlərdən biri damar problemləridir. Bunlarda çox vaxt arteriya problemi meydana çıxır. 

Diabetik ayaqlarda damarların invaziv radiologyia ilə açılması

Bu gün invaziv radioloqların ən çox gördüyü işlərdən biri xüsusilə ayaq damar müalicəsi olmaqla, ki, qolda da ola bilər bu problem, problemli olan damarların görüntülənməsi və görüntülənə bilirsə də onların balon, stent, hətta bu gün “Aterektomiya” dediyimiz plakları soyub çıxarma kimi açma proseslərini icra edə bilirik. 

Mən öz şəxsi nəticələrimi deyəcəyəm. Ədəbiyyatda başqa nəticələr də var. İstanbulda olarkən, mən əvvəl İstanbulda işləyirdim, öz xəstələrim arasında – təxminən 600-700 xəstədə, normalda 10 damarın 8-i açılır. Mənim nəticələrim bu şəkildədir. 

Yəni, qeyri-effektiv deyil, olduqca effektiv bir müalicədir. Belə bir düşüncə olduğu üçün deyirəm: “Diabetik ayaqda kiçik damar problemi olduğu üçün fayda görməyə bilir” deyə bir fikir var. O səbəbdən bunu söyləmək istədim. Əgər daha böyük damarlarda problem varsa, bunların açılmasından sonra yaranın sağalması tezləşə bilir. Gündəmdəki mövzulardan biri əslində budur. 

Varis müalicəsində invaziv radiologiya

Digər bir üsul – varis müalicəsidir. 

10 ildən də çox əvvəl normalda “stripinq” deyilən soyma əməliyyatları edilirdi. Bəlkə hələ də edilir. Amma artıq günümüzdə lazer və radiofrekans kimi isitmə texnologiyası inkişaf etdiyikdən sonra bunları biz əməliyyatsız bir şəkildə… Müalicəyə uyğun olanları, çünki hamısı cərrahi, ya da lazer, radiofrekans müalicəsinə uyğun deyil… Yaxşı bir müayinədən sonra, ən vacibi budur, müalicə edə bilirik və nəticələrimiz həqiqətən möhtəşəmdir varislər üçün. 

İnsult zamanı invaziv radiologiya

Digər bir vacib müalicə də əslində bu dövrdə insult müalicəsidir. 

Çox təəssüf ki, iflic hazırda ən vacib problemlərdən biridir və bu problemin artıq bu invaziv radiologiya, dediyim kimi, İvar Seldingerin tapdığı üsulların inkişaf etməsi ilə birlikdə artıq beyninə qan laxtası getmiş xəstələrin ilk 6 saatda əgər diaqnozu qoyula bilsə, bu damar müəyyən edilə bilsə, ki bunu edirik, edə bilirik… Belə bir hal varsa, onu çox xüsusi üsullarla, xüsusilə, son 1-2 ildə inkişaf edən texnikalarla çıxara bilirik. 

Bu çox vacib bir müalicədir. Çünki xəstələrin o, yəni, öz şəxsi təcürbələrimdən deyim… Danışa bilməyən xəstələrin 1-2 saat sonra danışa bilməsi, ayağını hərəkət etdirə bilməyən xəstələrin 1-2 saat sonra ayağını hərəkət etdirə bilməsi… Həqiqətən möhtəşəm nəticələri olan bir müalicə formasıdır. Biz də çox şanslıyıq, bununla məşğul olduğumuz üçün, bunları edən həkimlər olduğumuz üçün. 

Şişlərin müalicəsində müasir invaziv radiologiya 

Digər bir üsul da artıq əməliyyatsız şəkildə kiçik dəliklərdən prosedurlar icra edə bildiyimiz üçün bədəndə normalda olmamalı olan, məsələn, şişlər kimi olan müalicələri də yandıraraq, donduraraq, ya da onu qidalandıran damarların içinə sadəcə xüsusi kimyaterapiyalar verərək, içini tıxayaraq çox effektiv müasir müalicələri də edə bilirik. Bu gün müasir invaziv radiologiyanın gündəliyində bunlar var və bunların hamısını biz edirik. Bizim xüsusi maraq dairəmiz əslində bunlardır.

Dr. İsmayıl Caymaz, İnvaziv radioloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!