aybaşı / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

agrili-aybasi-1200x675.jpeg

30 October 2022 Ginekologiya0

Tibb dilindəağrılı aybaşıya dismenoreya, alqomenoriya deyirlər. Dismenoreyanın iki növü var: birincili və ikincili. Birincili dismenoreya, yəni ağrılı aybaşı, adətən, 30 yaşına qədər olan qadınlarda olur. İkincili dismenoreya isə 30 yaşdan yuxarı olur, adətən. 

Birincili dismenoreyanın səbəbi nədir?

Birincili dismenoreyanın səbəbi nədir? Birinci növbədə hormonal pozğunluqlar, ikincisi, fizioloji səbəblər, üçüncü isə psixoloji səbəblərdir. Hormonal pozğunluqları nə verir? Bunlar bədəndə hormonların artıq olması nəticəsində uşaqlığın yığılmaları artır və bu da aybaşı vaxtı həddindən artıq ağrıya səbəb olur. Fizioloji səbəblərdən isə nəyi misal gətirmək olar: uşaqlıq ya həddindən artıq önə və yaxud da ki, həddindən artıq arxaya meyillidir və yaxud da ki, uşaqlıq boynunda çapıqlar var. Bunlar menstruasiya günlərində qanın axmasına maneçilik törədir. Ona görə də çox möhkəm ağrılar olur. Psixoloji səbəblərə isənə aiddir? Bir dəfə ağrısı olan qız, adətən, daha cavanlarda olur, ikinci aybaşını elə dəhşətlə gözləyir ki, az olan o ağrı da ona çox gəlir. 

İkincili dismenoreyanın səbəbi nədir?

İkincili dismenoreyanın səbəbləri isə başqadır. Onlar müxtəlif xəstəliklərin nəticəsində əmələ gəlirlər. Əvvəllər olmayıb, amma indi müəyyən xəstəliklər keçirdikdən sonra qadınlarda ikincili dismenoreya başlayır. 

Bunların səbəbləri nədir? Birinci növbədə uşaqlıq daxilində olan sinexiyalar, bitişmələr. İkincisi, uşaqlıq boynunda olan çapıqlar. Üçüncü, submukoz, yəni uşaqlığın daxilində endometriyanın daxili qatında endometriyaya tərəf olan düyünlər, miomalar. Dördüncü, endometrioz. Beşinci, varikoz genəlmələr. Altıncı isə uşaqlıq daxilində olan spirallardır. Bunlar hamısı ağrılı aybaşına, yəni dismenoreyaya səbəb olur. 

Dismenoreyanın müalicəsi nədir?

Xəstələr özlərini necə hiss edirlər? Müalicə olunduqda, əlbəttə ki, bunların əlamətləri keçir, lakin müalicə olunmazlarsa, bunların əlamətləri bir az da dərinləşir. Nəyə görə? Əgər sinexiya varsa, çapıqlar varsa və yaxud da ki, endometrioz varsa, varikoz genəlmələr varsa, bunlar müalicə olunarlarsa, gələn aylar, əlbəttə ki, dismenoreya olmayacaq. Müalicə olunmadıqda isə həmin xəstəliklər bir az da dərinləşirlər. 

Müalicəsi nədir?

Həkim diqqətlə müayinə etdikdən sonra ola bilər ki, progestin tabletlər təyin eləsin. Ola bilsin ki, müxtəlif hormonal kontroseptiv dərmanlar verilsin, ola bilsin iltihab əleyhinə dərmanlar təyin olunsun. Ola bilsin, əgər miomalar varsa, əgər endometrioz varsa, hətta cərrahi müdaxiləyə də gedilə bilər. Və yaxud qarın boşluğunda bitişmələr varsa, bizim dilimizdə “spaykalar” varsa, bunlar özü də dismenoreya verə bilər. Onların müalicəsi olunur. 

Ona görə, əziz qadınlar, əgər sizdə dismenoreya (ağrılı aybaşı) varsa, mütləq həkiminizə müraciət edin, həkiminizə inanın və müalicə olunun, həyat keyfiyyətinizi artırın və ağrılarla ömür sürməyin.

Dr.Sevinc Mehtiyeva, Cərrah mama-ginekoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!