Qan azlığı, ümumiyyətlə, cəmiyyətdə çox sıx görülən problemdən biridir və önəmli sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır. Yəni, mən özüm hematoloq olaraq da çox qan azlığı olan xəstə ilə qarşılaşıram. Təbii ki, digər ixtisas sahibi olan həkim yoldaşlarımız da çox sıx qarşılaşırlar.
Qan azlığının yaranma səbəbləri
Burada, təbii ki, əsas məlumatlandırıcı olması üçün deyə bilərəm ki, 3 əsas səbəbi var qan azlığının. Bizim qan yaradan orqanımız sümük iliyidir.
- Sümük iliyi problemləri.
- İkincisi, bu sümük iliyinin qan yaratması üçün bəlli-başlı xam maddələrə, deyək ki, qida maddələrinə ehtiyacı var. Bunların azlığı, çatışmazlığı.
- Üçüncüsü isə daha çox qanın normal ömrünü yaşaya bilməyib, normal ömrünün qısalması, parçalanmasıdır ki, bunlar, bu 3 təməl səbəb qan azlığına səbəb ola bilir.
Aşpaz, inqridiyentlər, təlabat
Bunu da, adətən, mən belə açıqlayıram: Bir aşpazın yemək bişirməsi üçün ona lazımlı maddələri verməlisiniz ki, doğru-düzgün yemək ortaya çıxsın.
Bu da təbii ki, işin bir tərəfində o lazımlı qida maddələri, ikinci tərəfində aşpaz – bizim sümük iliyi olaraq dəyərləndirə bilərik ki, yəni bir növ aşpazın özündən qaynaqlanan səbəblər… Məsələn, əlində problem ola bilər, qoxu yaxşı almaya bilər… Bunlar əks oluna bilər yaxşı bir qidanın ortaya çıxmasındakı problemlərə.
Və ya deyək ki, çalışdığı restoran çox tələb görür, o gün çox doludur, çatdıra bilmir. Yəni, qanın və ya istehsal olunan qidanın, yeməyin parçalanması var. Çox tez sərf olunur bu.
Yəni, bu 3 təməl səbəbdir qan azlığı səbəbləri.
Xam maddə çatışmazlığı
Bunlardan ən sıx gördüyümüz, xüsusilə, o ilk səbəb, yəni, qanın yaradılması üçün xam maddə dediyimiz, bunlar əsas dəmir, B12 vitamini və fol turşusudur. Bunların əsas çatışmazlıqları sıx olaraq qan azlığına səbəb olmaqdadır.
Dəmir çatışmazlığı əsas səbəbdir
Dəmir çatışmazlığı yenə ümumi qan azlığı tablosunun içində çox ciddi faizlə yer tutmaqdadır. Dəmir çatışmazlığı ilə xüsusilə, qadın xəstələrimiz çox sıx-sıx müraciət etməkdədirlər. Əsas da qadın xəstələrlə birlikdə təbii yetkinlik dövründəki uşaqlarda və hamilə qadınlarda sıx görülməkdədir. Bunun da əsas səbəbi uşaq və ya hamilə qadınlarda ehtiyacın artmasından ötrüdür.
Uşaqlarda, bəlkə, düzgün qidalanmamanın və ya böyümə çağının verdiyi yüksək təlabata yetişməməsi bir səbəb olaraq qarşımıza çıxa bilir.
Qadınlarda isə, xüsusilə də, aybaşı olan qadınlarda menapauza öncəsi periodda, təbii ki, aylıq, periodik itki, qan itkisinin səbəbi olaraq dəmir çatışmazlığı ortaya çıxmaqdadır.
Qan azlığı xəstəlik deyil
Qan azlığı dediyimiz zaman unutmamalı olduğumuz ən önəmli nöqtə bunun bir xəstəlik olmadığıdır. Qan azlığı bir xəstəlik deyil, bu bir əlamətdir, bir işarətdir. Altda yatan xəstəlik mütləq ayırd edilməlidir və ona görə bir müalicə yazılmalıdır.
Qan azlığının əlamətləri
Qan azlığı, adətən, xəstələrdə halsızlıq, yorğunluq, “efor dispneyası” dediyimiz hərəkətlə ortaya çıxan nəfəs darlığı, əvvəllər çox daha rahatlıqla edə bildiyi hərəkətləri artıq edə bilməməsi və məsələn, 2 mərtəbə çox rahatlıqla çıxa bilərkən artıq bunda çətinlik çəkməsi kimi səbəblər. Bununla birlikdə, xüsusilə, qadınlarda sıx görülən saç və dırnaqlarda asan qırılmalar, saç tökülməsi, yuxuya meyillilik və ya eyni zamanda yuxusuzluq kimi problemlər.
“Torpağın iyi çox xoşuma gəlir”
Çox maraqlı şikayətlərdən biri də odur ki, dəmir çatışmazlığı olan xəstələrdə torpaq və ya buz kimi maddələri yemə istəyi olur. Məsələn, kim ki deyirsə, “Torpağın iyi çox xoşuma gəlir”, o insanda baxılmalıdır ki, bəlkə dəmir çatışmazlığı var?
Daha bu gün gördüyüm bir xəstədə, məsələn, toz yemək istəyi olduğundan bəhs etdi. Yəni, “Həmişə əşyaların üstündəkini təmizləyib onu yemək istəyirəm” deyir. Bu çox önəmli bir bizə, həkimə də xəbərdarlıq edən işarətlərdən, əlamətlərdən biridir xəstələrdə.
Bu kimi şikayətlər onlar üçün alarm edici, xəbərdar edici olmalıdır ki, “Məndə qan azlığı ola bilər” və buna görə müvafiq həkimə müraciət etsinlər.