bariatrik cerrahiyye / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

mede_balonu-1200x675.jpeg

28 September 2022 Cərrahiyyə0

Mədə balonu silikondan hazırlanmış, içi hava və yaxud damaye ilə doldurmuş bir balondur. 

Mədə balonu piylənmədən əziyyət çəkən və yaxud da piylənmənin yaratdığı fəsadlardan əziyyət çəkən, daha əvvəl idman və yaxud da pəhriz proqramlarından nəticə almamış pasiyentlər üçünən ideal üsuldur. 

Kimlərə mədə balonu taxmaq olar?

Mədə balonu üzərində ən azı 15-20 kiloqram artıq çəkisi olan pasiyentlərə və yaxud da mədə kiçiltmə əməliyyatına göstərişi olub mədə kiçiltmə əməliyyatı olmaq istəməyən və yaxud da bu əməliyyatın riskli olduğu pasiyentlərə tətbiq etdiyimiz üsuldur. 

Mədə balonu ilə nə qədər çəki itirmək olar? 

Mədə balonu istəyən pasiyentlər əvvəlcə tərəfimizə müraciət edir. Biz xəstələrimizi müayinə edirik. Əgər müayinə sırasında pasiyentimizin mədə balonuna uyğun olduğunu görürüksə, mədə balonuna göstəriş olduğunu görsək, endoskopik bir üsulla mədə balonunu mədəyə yerləşdiririk. Əməliyyatsız bir üsul olduğu üçün, bundan başqa qalıcı izlər buraxmadığı üçün, xəstəxanaya yatışı tələb etmədiyi üçün və təkrar-təkrar icra oluna biləcəyi üçün pasiyentlər tərəfindən üstünlük təşkil edir. 

Mədə balonu ilə təxmini olaraq 15-25 kq pasiyentlərimiz arıqlaya bilər. Mədə balolununu biz 10-15 dəqiqəlik prosedurla taxırıq. Pasiyentimiz prosedurun ardından 1 saat bizim nəzarətimiz altında qaldıqdan sonra evə yola salırıq. Pasiyentlərimiz istəsə eyni gün və yaxud da bir gün sonra öz normal həyatlarına dönərək işlərinə davam edə bilərlər. 

Mədə balonu necə təsir göstərir?

Mədə balonunun təsir mexanizmasını üç qrupa bölə bilərik: 

Birinci, mədə balonu bildiyimiz kimi mədədə mədənin həcmini azaldaraq restriktiv funksiya yerinə yetirir. Yəni bizim mədəmizin həcmi təxmini olaraq 1.2 litrdir. Biz mədə balonu proseduru zamanı mədənin həcmini gördükdən sonra təxmini olaraq bu həcmin yarısı qədər  mədə balonunu şişiririk. Buradakı ən vacib nöqtə ondan ibarətdir ki, əgər mədə həcminin yarısından daha çox şişirilərsə, bu bizim pasiyentlərdə daha çox ağrı, daha çox diskomfort və bulantı kimi şikayətlər yarada bilər. Və tərsi olaraq əgər mədə balonu mədə həcmindən daha az şişirilərsə, o zaman pasiyentlərimiz istədiyi çəkiyə çatmaya bilərlər. 

Mədə balonun ikinci funksiyası bizdə daha uzunmüddətli toxluq hissi yaradır. Bu toxluq hissi mədə balonun mədədə daim şiş qalaraq mədə divarında olan Baro reseptorları vasitəsilə beyinə siqnal göndərərək toxluq hissi yaradır. 

Üçüncü funksiyası isə özəlliklə, bunlar mayeli mədə balonlarında daha çox görülən qidanın və mayenin mədədən bağırsaqlara keçişini azaldaraq pasiyentimizə əlavə olaraq arıqlamaqlarına köməklik göstərir. 

Mədə balonu mədədə qaldığı müddətdə yemə vərdişi yaradır. Bu yemə vərdişini mədə balonunu çıxartdıqdan sonra pasiyentlərimiz əgər davam etsələr, itirdikləri çəkiləri qoruyub saxlayacaqlar, hətta çəki itirməyə davam edəcəklər. 

Mədə balonu taxılmadan əvvəl mədə yoxlanılırmı?

Əlbəttə, mədə balunu taxılmadan əvvəl biz qastoskapiya dediyimiz üsulla mədə, qida borusu və onikibarmaq bağırsağı ətraflı olaraq müayinə edirik. Bu müayinə sırasında əgər mədə balonunu taxmamıza bir əngəl olan geniş mədə yırtığı, qida borusunda və yaxud da mədədə xoralar, qastrit, ezofagit və yaxud da onikibarmaq bağırsaqda bizim mədə balonunu taxmamıza əngəl olan hər hansı bir vəziyyət varsa, biz bu zamanmədə balonu taxmırıq. Əvvəlcə mədəni təxmini olaraq 4-6 həftə müalicə edirik. Müalicənin ardından mədəni təkrar dəyərləndiririk. Əgər mədəmiz normal hala dönübsə, mədə balonu taxırıq. 

Mədə balonunun çıxarılması necədir? 

Mədə balonunun çıxarılması yenə mədə balonu taxılması kimi endoskopik bir üsulla icra olunur. Təxminən olaraq 10 dəqiqə çəkir və mədə balonu çıxarıldıqdan həmən sonra xəstəmiz normal həyatına dönə bilir. 

Uzm.Dr.Ayxan Abbasov, bariatrik cərrah




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!