“Beyin şişləri nədir? Hansı simptomlarla özünü büruzə verə bilir? Hansı müayinə və müalicə üsulları vardır?” və nəhayət “Proqnozu nədir?”
Beyin şişləri bir qrup hüceyrə və ya toxumanın anormal və sürətli böyüməsi nəticəsində ortaya çıxır. Ən sıx simptomu baş ağrısıdır. Bundan başqa: qusma, qıcolma, ətraflarda gücsüzlük, danışığın pozulması, yerimənin pozulması və s. kimi simptomlarla özünü büruzə verə bilir. MRT və digər radioloji görüntüləmə metodları vasitəsilə diaqnoz qoyduqdan sonra müalicə taktikası seçilir.
Hər beyin şişi əməliyyat olunmur
Bütün beyin şişlərinin müalicə taktikasında cərrahi müalicə məsləhət görülmür. Bəzi xəstələrə heç bir cərrahi müalicə tövsiyə edilmədən sadəcə klinik müşahidə tövsiyə olunur, bəzilərinə sadəcə radioterapiya, bəzilərinə sadəcə kimyaterapiya, bəzi xəstələrə qapalı yolla stereotaktik yolla biopsiya alınması tövsiyə edilməkdədir.
Cərrahi olaraq müalicə edilən xəstələrdə isə bəzilərinə kombinasiyalı şəkildə neyroonkologiya konsiliumunda əməliyyat öncəsi və sonrası müəyyən edilmiş müalicələrlə müasir müalicə protokolları başlanılmaqdadır.
Müalicə taktikası xəstə üçün spesifik olaraq seçilir
Bundan əlavə müalicə taktikasında mütləq xəstənin yaşı, cinsiyyəti, peşəsi, şişin lokalizasiyası, böyüklüyü və s. nəzərə alınaraq hər xəstəyə uyğun, yəni xəstəyə spesifik olaraq müalicə taktikası seçilməlidir. Uyğun və zamanında olan müalicə metodları ilə, xüsusilə də müasir neyrocərrahiyyədə olan mikroskop altında müasir mikrocərrahi metodlarla aparılan müalicələr sonrası xəstələrdə uzun və konfortlu bir həyat yaşaya bilməkdədir.
Uzman Dr.Toğrul Cavadov, Neyrocərrah