doğuş zamanı travma / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

anadangelme-bud-canaq-oynagi-displaziyasi-1200x675.jpeg

Anadangəlmə omba çıxıqları əslində çıxıq deyil, bunlara displaziya deyirik. Yəni inkişaf pozğunluğudur. 

Azərbaycanda da, dünyada da ortalama hər 100 doğuşdan 1-1,5, hətta 2 doğuşda bud-çanaq oynağının çıxıqları və ya displaziyası görülür. Xüsusilə, qız uşaqlarda, ilk uşaqlarda, sağrı gəlişdə, ananın suyunun az olduğu doğuşlarda, ailədə bud-çanaq oynağı çıxığı keçmişi varsa, risklər daha artıqdır.

Azərbaycanda doğulan uşaqların çoxunda bud-çanaq oynağı müayinəsi aparılsa da, ultrasəs müayinəsi rutin olaraq aparılmır. 

Bud-çanaq oynağı müayinəsində bud-çanağın çıxığı bəlli ola bilər. Ancaq bu displaziyanı göstərmir. Bəzən müayinə yetərli olmur. Bu səbəbdən mütləq bütün uşaqlarda rutin olaraq əslində bir aydan sonra bud-çanaq oynağı üçün ultrasəs müayinəsi edilməlidir.

Diaqnozun vaxtında qoyulması vacibdir

Diaqnoz nə qədər erkən yaşda qoyulsa, nə qədər erkən vaxtda qoyulsa, aparılacaq müalicə də o qədər uğurlu olur.

Belə ki, 4 yaşına qədər, xüsusilə, erkən qoyulan diaqnozlarda müdaxilə daha kiçik, müalicə nəticəsi daha yüksək olur. Daha gec yaşlarda bəlli olan çıxıqlarda isə müalicə daha çətin və müalicənin nəticələri də bir o qədər uğursuz olur. Yenidən əməliyyat tövsiyə edilə bilir. Hətta bud-çanaq oynağının protezinə qədər gedə bilir. 

Bu səbəbdən erkən yaşda bud-çanaq oynağı üçün uşaqların ultrasəs müayinəsindən keçirilməsi şərtdir. Mümkündürsə, bir mütəxəssis tərəfindən ilkin müayinəsinin aparılması, bir aydan sonra da bu uşaqların hamısına bud-çanaq oynağı üçün ultrasəs müayinəsinin aparılması gərəklidir.

Pavlik bandajından protezə

Erkən yaşda qoyulan diaqnozda bizim bəsit “Pavlik Bandajı” dediyimiz bandajla müalicə nisbəti, uğurlu nəticə ehtimalı çox yüksəkdir. 

Xüsusilə, bizim ölkəmizdə belə deyim bələnən uşaqlarda bud-çanaq oynağının çıxıq riskləri daha yüksəkdir. Çünki uşaq bələndiyi zaman çanaq oynağının inkişafı bir o qədər zəifləyir. Bu səbəbdən bələmək uşaqlarda bu riski daha da artırır.

Bud-çanaq oynaqları çıxıqlarının müalicəsinə gəldikdə isə daha erkən yaşlarda Pavlik Bandajı, müəyyən bir yaşdan sonra əgər bud-çanaq oynağı düzəlmirsə, ediləcək müdaxilələr də artır.

Əvvəlcə əməliyyatxanada “qapalı redüksion” dediyimiz, yəni bud-çanaq oynağı yerinə taxıb təkrar gipsə qoyma üsulu vardır. 

Bu yetərli olmadıqda, xüsusilə, 18 aydan böyük uşaqlarda buna “osteotomi” dediyimiz, yəni çanaq oynağının dərinliyini artırmaq üçün örtülməsinin, bud sümüyünün başının örtülməsini artırmaq üçün “osteotomi”lər edilə bilər. Yaş artdıqca bu “ostetomi”lərin böyüklüyü, əməliyyatların böyüklüyü də bir o qədər artır.

Bud-çanaq oynağı displaziyasının əlamətləri

Bud-çanaq oynağının çıxığından necə ailələr şübhələnə bilər?

Bizim “pili asimmetriyası” dediyimiz bu qasıq nahiyəsindəki qıvrımların fərqliliyi, yəni bir tərəfdə bir, bir tərəfdə iki qıvrımın olması bu haqda fikir verə bilər. 

Ya da bir ayağının qısa olması. Bu, xüsusilə, daha böyük yaşlarda fərq edilir. Uşaqlar axsayaraq yeriyir. Kiçik yaşlarda, xüsusilə, bud-çanaq oynağında dediyim kimi “pili asimmetriyası” vacibdir. Ailələr buna diqqət edə bilər. 

Amma kilolu uşaqlarda da bu da yanıldıcı ola bilər. Bu səbəbdən mümkün olduqca doğulan hər uşaqda, ən az bir ayından sonra mütəxəssis müşayətində bir ultrasəs müayinəsi edilməlidir. Bu ultrasəs nəticəsinə görə, ultrasəsi də ortoped, eyni şəkildə pediatr qiymətləndirib müalicəyə ehtiyac qaldıqda, əgər çıxıq varsa, müalicə edilməlidir.

Uzman Dr. Kənan Mirizadə, Travmatoloq-ortoped

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!