elektroensefaloqrafiya / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

epileptik-qicolmalar-tutmalar.jpeg

17 May 2021 Neyrocərrahiyyə0

Epilepsiyanın diaqnozu necə qoyulur?

Epilepsiya diaqnozu anamnezlə, yəni xəstənin tarixçəsi ilə qoyulur və tutmanı müşahidə edərək, ən dəqiq diaqnozu qoya bilərik. 

Video elektroensefaloqrafiya dediyimiz bəzi müayinələr var xəstənin beyin dalğalarını ölçən… Bunları ölçdükdən sonra bu müayinələrlə birlikdə bu diaqnozu qoya bilərik. 

Ehtiyac olarsa MRT, KT diaqnostika metodlarına müraciət edə bilərik. Bu şəkildə diaqnoz qoya bilərik.

Epilepsiyanın müalicəsi necə aparılır?

Əslində dərmanla müalicə olunur. Hər şeydən əvvəl, xəstənin yaşından və epilepsiya növündən asılı olaraq dərman müalicəsi başlayır. Adətən, bu qrup xəstələri beyin cərrahları yox, nevropatoloqlar, nevrologiya mütəxəsissləri təqib edir. Onların verdikləri dərman müalicəsi ilə xəstələr təqib edilir. Tək bir dərmana cavab vermirsə, ikili dərmana keçirilə bilər. Bu dərmanların dozaları dəyişdirilə bilər. Bəzən 3 və ya 4 dərmana çıxıla bilər. Ancaq buna baxmayaraq xəstədə keçməyən qıcolmalar ola bilir. Belə olan halda, xəstənin beyin görüntülənməsində epileptik ocaq varsa, epilepsiyaya səbəb olacaq bir ocaq varsa, əməliyyatla aradan qaldırılması məqsədəuyğundur. 

Əməliyyat olunmasına və dərman qəbul edilməsinə baxmayaraq tutmalar hələ də davam edirsə, bu dəfə son illərdə geniş yayılmış epilepsiya batareyalarından – Vagus Sinir Stimulyatorlarından (VNS) istifadə edirik.

Xəstə yaxınları nələrə diqqət etməlidirlər? 

Davamlı tutması olan xəstələrin yaxınları daim onların yanında olmalıdırlar. Xüsusilə, evdən kənara çıxdıqda, sosial həyata qarışdıqda epileptik tutmalar yaşandığı zaman xəstə və xəstə yaxınları bəzi çətinliklərlə qarşılaşırlar. Bu səbəbdən xəstələrin yaxınları üçün də bu çox ciddi bir problemdir. Xəstəni hər zaman qorumalı və nəzarət etməlidirlər. Tutma zamanı xəstələr yıxılıb başını sərt bir yerə vura bilirlər. Yıxılmaya bağlı olaraq sınıqlar, çıxıqlar, sürüşmələr ola bilir bu xəstələrdə. Yenə, gecə, yuxuda ikən baş verən tutmalar zamanı, təəssüf ki, ölümə qədər gedən bir sıra ağır hallarla qarşılaşırıq. Xəstələrin yaxınları üçün də son dərəcə çətin keçən bir xəstəlikdir.

Vagus Sinir Stimulyatoru nədir?

Boynumuzda bir sinir var, Vagus deyilən. Bu sinirə bir elektrod yerləşdiririk və bir də batareya yerləşdiririk körpücük sümüyünün altına. 

Bu beyindəki aktivliyi tənzimləyən bir metoddur. Epilepsiyaları dayandırmaq, qarşısını almaq üçün istifadə edilən bir metoddur. 

Hər xəstəyə kömək edirmi? 100% effektivdirmi? Xeyr. Təəssüf ki, 100% effektiv deyil. Amma xəstələrin 10-20 faizində dərmanlardan tamamilə xilas olma şansı var. 80 faizə çatan nisbətlərdə də dərmanları VNS-lə birlikdə istifadə edərək, tutmaların dayandırılması, nəzarətdə saxlanılması mümkündür.

Prof.Dr. Özkan Tehli, Neyrocərrah




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!