gozden su gelmesi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

uveitler.jpeg

30 July 2021 Oftalmologiya0

Üveit gözün uvea təbəqəsinin iltihabıdır. Uvea gözün damarlı təbəqəsini və orta təbəqəsini təşkil edir. Buraya gözün rəngli hissəsi olan iris, silier cisim və koroid daxildir. 

Üveitlər inkişafda olan ölkələrdə korluğun 3-cü ən sıx görülən səbəbidir. 

Üveitlər kimlərdə daha çox görülür?

Üveitlər hansı xəstələrdə, kimlərdə daha çox görülür? 

Sistemik xəstəlikləri olanlar, yəni revmatizmal xəstəlikləri və kollagen toxuma xəstəlikləri olan insanlarda daha sıx görülür. Buna Behçet xəstəliyi, revmatoid artrit, ankilozan spondilit xəstəliklər daxildir. 

Bundan başqa kron xəstəliyi və ulserativ kolit kimi bəzi bağırsaq xəstəliklərində üveitlərə rast gəlinə bilər. 

Bundan başqa infeksioz xəstəliklərdə – tüberklyozda, toksoplazmada üveit ortaya çıxa bilər. 

Göz travmaları sonrası üveitlər görülə bilər. 

Bəzi kanser xəstəliklərində də, lenfoma tipli kanser xəstələrində də uveit əlamətlər görülə bilər. 

Üveitin əlamətləri

Üveit hansı əlamətlərlə ortaya çıxır? 

Daha çox gözdə qızarıqlıq, ağrı, bulanıq görmə şikayətləri ilə özünü büruzə verir. Xəstələr gözünün önündə uçuşan qara cisimlərdən narahat olurlar. 

Üveitlər gözün hansı təbəqəsini tutmasına görə də sinifləndirilir. Ön uveitlər, orta üveitlər və arxa üveitlər deyə ayrılırlar. 

Ön üveitlər daha sıx gördüyümüz vəziyyətdir və ümümiyyətlə, müalicəyə də daha yaxşı tabe olurlar. 

Orta və arxa üveitlərdə isə sistemik xəstəliklərlə birgə görülmə sıxlığı daha yüksəkdir. 

Üveit xəstələri hansı müayinələrdən keçməlidirlər?

Üveit xəstələrində hansl müayinələrdən keçirik? 

Hər zaman olduğu kimi, həm xəstənin şikayətləri ilə bağlı, həm də sistemik vəziyyəti ilə bağlı geniş bir anamnez toplanır. 

Ondan başqa xəstənin görmə itiliyi, biomikroskop müayinəsi icra edilir. Biomikroskop müayinəsi nəticəsində xəstəliyin diaqnozu qoyulur. 

Əgər xəstədə arxa üveitlər varsa və ya ön üveitlər sıx-sıx təkrarlayırsa, hər iki gözdə eyni anda tutulma varsa, xəstədən əlavə testlər istənilə bilər. 

İnfeksioz səbəblərdən şübhələniriksə, gözün ön kamerasından maye alınaraq PCR testinə göndərilə bilər. 

Üveitlərin müalicəsi 

Üveitlərin müalicəsi də sistemik səbəb varsa, ona yönəlik müalicə edilir. 

Gözə topikal damcılar, steroid damcıları istifadə edilə bilər. Bəzi vəziyyətlərdə göziçi iynələr və gözətrafı iynələr icra olunur. 

Əgər xəstəyə vaxtında, düzgün diaqnoz qoyulmazsa və müalicə edilməzsə, uveitlərdə ağırlaşmalar görülə bilər. Bu ağırlaşmalar mirvari suyu, qlaukoma, bəbəkdə olan düzənsizlik, torlu qişada görmə mərkəzində maye toplanması, yırtıq, dəlik və torlu qişa qopmasına səbəb ola bilər.

Uzman. Dr. Arif Məlikov, Cərrah Oftolomoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!