hamilelikden tecili qorunma metodları / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

prezervativ-cirilarsa-1200x675.jpeg

15 November 2022 Ginekologiya0
Qadınlara təcili qorunma metodlarınınə zamanməsləhət görürük? Əgər qadın cinsi birlikdəlik əsnasında qorunduğu metodun qeyri-effektiv olduğunu fərq edər və ya şübhə edərsə, məsələn, bu prezervativin yırtılmasını və ya geri çəkmə metodunun alınmadığını hiss edərsə, şübhə edərsə və yaxud da qadın “doğum kontrol həbi” dediyimiz hormonal preparatlar istifadə edirsə, daha öncəsində və bunu vaxtlı-vaxtında istifadə edə bilmir, 2-3 saat gecikməklə və ya 2-3 gün ara veribsə, bu zaman hamiləlik olma ehtimalı var və mütləq təcili qorunma metodlarından istifadə etmək lazımdır. İstəmədiyimiz hallardan biri də cinsi zorakılıqdır. Bu halda da yenə bu üsullardan istifadə etmək lazımdır.

Hansı təcili qorunma metodları var?

Təcili qoruma metodları uşaqlıq içərisində spiral taxılması və digər hormonal preparatlar ola bilər. Müxtəlif dərmanlardan istifadə edilir. Bunlar bir-birlərinə üstün və əksik tərəfləri vardır. Məsələn, uşaqlıq içərisində spiral taxılmasının bəzi üstünlükləri var. Bu məlumatı qadınlara vermək lazımdır. Əgər qadın qorunmasız əlaqədən sonra davamlı bir qoruma metodu istəyirsə, bu onun üçün gözəl bir variantdır. Və yaxud da ki, qadının kilosu, bədən kütlə indeksi (BKİ) otuzun üstündədir, kiloludur, artıq çəkilidir… Belə bir halda istifadə etdiyi hormonal preparatların qoruma təsiri azalacaq. Bu qadınlara məsləhətdir ki, uşaqlıq içərisində spiral taxılsın.

İlk 3-5 gündə istifadə etmək uğur nisbətini artırır

Uşaqlıq içərisinə spiral qorunmasız əlaqədən sonrakı ilk 5 gündə taxılmalıdır. Yəni ilk 120 saat içərisində. Hormonal preparatların istifadəsi də daha çox qorunmasız əlaqədən sonrakı ilk 3 gün içərisində istifadə edilməlidir. Qadınlara belə bir məsləhət də vermək istəyirəm ki, qorunmasız əlaqədən sonra nə qədər tez, qısa zamanda bu üsullara müraciət edərsə, onların qorunma metodunun uğurlu nəticəsi daha yüksək olar.

Hansı təcili qorunma metodu daha yaxşıdır?

Spiralın üstün cəhətləri vardır, ancaq bəzi hallarda bu riskli ola bilər. Məsələn, “servisit” dediyimiz uşaqlıq ağzı infeksiyalarında, xüsusilə də, cinsi yolla keçən infeksiyalarda, qonereya, xlamidiya, trixomoniaz kimi. Bu hallarda taxılması risklidir. Hormonal preparatları istifadə etdikdə qadınlar bəzən əlavə yan təsirlərini görə bilər: bulantı, qusma, baş gicəllənmə, baş ağrısı… Bəzən qadınlar istifadə etdikdən sonra ilk 1-2 saat içərisində qaytarırlar, dərmanı olduğu kimi geri çıxarırlar. Bu zaman, onsuz da, onun təsiri qalmır. Ona görə belə qadınlara da, dərmana dözə bilməyən qadınlara yenə uşaqlıq içərisində spiral taxılması məsləhət görülür. Bəzi qadınlar təcili qorunma üsulları kimi bu hormonal dərmanlardan və uşaqlıq içərisində yerləşdirilmiş spiraldan çəkinirlər. Çəkinməyə ehtiyac yoxdur. Asanlıqla tətbiq oluna bilən metodlardır. Sadəcə bu qorunma metodları, təcili qorunma metodları təcili hallarda istifadə olunmalıdır. Davamlı şəkildə qətiyyən istifadə olunmamalıdır. Bunun üçün də qadınlar diqqətli olmalıdır.Təcili qorunma metodundan öncə hər hansı bir analizə ehtiyac yoxdur. Bunun üçün sadəcə hamiləlik testini verməlidirlər. Yəni hamilə olmadığından əmin olmaq lazımdır. Dediyimiz kimi, hormonal dərmanların effektivlik şansıs pirala görə daha aşağıdır. Məsələn, 50% ilə 90% arasındadır. Əgər ki qadın, deyək ki, hormonu istifadə etdi, ancaq yenə hamiləlik baş tutdu. İstifadə etdiyi tək səfərlik hormonlar gələcəkdə yarana biləcək döldə hər hansı bir neqativ təsirə sahib deyildir. Bununla bağlı yetərli qədər araşdırmalar aparılıb. Uzman Dr. Gülmirə Əliyeva, Cərrah mama-ginekoloq



SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!