mədə qıcqırması / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

mede-qicqirmasi-yanmasi.jpeg

30 August 2021 Qastroenterologiya0

Qastro-ezofageal reflyuks xəstəliyi mədə möhtəviyyatının yemək borusuna gəlməsi nəticəsində əmələ gələn mədədə, yemək borusunda, döş qəfəsinin arxasında və boğazda yanma şikayətləri ilə seyr edən xəstəlikdir.

Bu reflyuks dediyimiz durum – mədə möhtəviyyatının yemək borusuna gəlməsi normalda fizioloji halda da olur insanlarda. Amma bu əgər xroniki hal alır və bəzi yemək borusunda yaralara, eroziyalara və xəstədə şikayətlərə səbəb olursa, buna “reflyuks xəstəliyi” adını veririk.

Ən çox verilən suallardan biri xəstələrin “Boğazım yanır, çox həkimlərə getmişəm, müalicələr almışam, keçmir” deyə gələn, müraciət edən xəstələr var. Bu xəstələr, adətən, qulaq-burun-boğaz həkimlərinə və ya terapevtlərə müraciət edirlər. Hər hansı patologiya aşkarlanmadıqda və ya reflyuks xəstəliyi ön diaqnozu ilə bizə yönləndirə bilirlər. Bunların altında qastro-ezofageal reflyuks xəstəliyi yata bilir ki, bunlar boğazda xroniki xəstəliklərin əmələ gəlməsinə belə səbəb ola bilir. Bəzən ağciyər xəstəliklərinin şiddətlənməsinə, boğaz xəstəliklərinin şiddətlənməsinə belə səbəb ola bilir.

Xəstəliyin diaqnozu və müalicəsi qastroenteroloq və ya terapevt tərəfindən aparıla bilər ki, müalicə sonrasında bu şikayətlər tam geriləyir.

Boğaz reflyuksu nədir?

Boğaz reflyuksu mədə içəriyinin yemək borusuna, oradan da yemək borusunda, üstündə olan sfinkter dediyimiz bir struktur vardır ki, oradan boğaza gəlir. Boğazın selikli qişası daha həssas olduğuna görə, boğaz bu mədə içəriyinə, turş içəriyə daha həssas olur və daha tez əlamətləri ortaya çıxır. Və bu xəstələrdə, adətən, mədə yanması və yemək borusunun döş qəfəsi altı yanma olmaya da bilər. Bunlar olmadan da boğazda şikayətlər ola bilər. Bu zaman “boğaz reflyuksu” – laringo-ezofageal reflyuksdan söhbət gedə bilər.

Reflyuksun diaqnostikası

Xəstələr gəldiyində “Zond udmalıyammı?” deyə bizə müraciət edirlər, “Zond udmadan müalicə ola bilmərəmmi?”

Qastro-ezofageal reflyuks xəstəliyinin diaqnozunda, adətən, anamnez aldıqda, xəstə ilə danışdıqda onun şikayətlərinə, əsasən, diaqnozu demək olar ki, qoyuruq. Amma bəzi həyəcan verici simptomlar ki var, xəstələr bu durumda mütləq endoskopik müayinə olmalıdırlar. Xəstənin əgər bu şikayətləri xroniki hal alıb və uzun illərdir bundan narahatdırlarsa, xəstələri bu narahat eləyirsə, bu xəstələr mütləq endoskopik müayinə olmalıdırlar. “Uzun il” dediyimizdə də 5 il və üstündə endoskopik müayinə mütləq şərtdir, məsləhət görürük.

Endoskopik müayinə yeni diaqnoz qoyulmuş reflyuks xəstələrində şərt deyil. Əgər bu xəstələrə öncə biz müalicəsini verib izləyirik, əgər müalicəyə cavab vermirsə, endoskopik müayinə mütləq edirik.

Reflyuksun “təbii yollarla” və dərmanla müalicəsi

“Olmaz ki, dərman istifadə eləməyim?”, “Evdə türkəçarə üsullarla müalicə eləyə bilərəmmi?” deyə soruşa bilirlər xəstələr.

Reflyuks xəstəliyinin əsas müalicəsi, “həyat tərzi, yaşam tərzi dəyişikliyi” dediyimiz, yəni istər diet, istər yaşam tərzində bəzi dəyişikliklər məsləhət görürük. Bunlar reflyuks xəstələrinin əsas müalicəsidir, yəni dərmansız əsas müalicəsidir.

Hansı yeməklərdən uzaq durmalıdırlar, necə qidalanmalıdırlar, hansı saatlarda qidalanmalıdırlar – bunları xəstələrə ətraflı olaraq biz başa salırıq. Bunlarla xəstələrin çoxu şikayətlərindən tamamən qurtulmuş olur.

Reflyuksun diaqnozunda endoskopik müayinə

Bunlardan fayda görməyən və ya kəskin şikayətlə baş vuran xəstələrdə dərman müalicəsi başlayırıq. Dərman müalicəsi reflyuks xəstəliyində bir az uzun müddət aparılması lazımdır. 

Əgər xəstələr qidalanma dəyişikliyi, həyat tərzi dəyişikliyindən fayda görmürsə və ya müalicədən fayda görmürsə və ya müraciət etdiyində kəskin əlamətlərlə müraciət edirsə, bunlara endoskopik müayinə mütləq edirik. Bir də bunlara xəstənin həyəcanverici simptomları əlavə eləmək olar. Bunlar da varsa, endoskopik müayinə eləməliyik.

Endoskopik müayinədə reflyuks xəstəliyinə səbəb olan mədə patologiyaları aşkarlana bilər. Reflyuks xəstəliyinə səbəb olan yemək borusu ilə mədə arasında girişdəki qapaqcıq deyə adlandırılan “sfinkter” strukturunun boşalması, çalışmaması ya “diafraqmatik yırtıq” kimi patologiyalar təsbit oluna bilər ki, bunların qastroenteroloq tərəfindən diaqnozu və müalicəsi aparılmalıdır.

Müalicədən sonra təkrar reflyuks ola bilərmi? 

Əgər endoskopik olaraq müəyyən olunmuş bəzi patologiya və mədə patologiyaları varsa, reflyuks xəstəliyinə səbəb ola biləcək onların müalicəsi sonrası reflyuks xəstəliyi təkrarlanmır əksər hallarda.

Amma əgər qidalanma dəyişikliyi ilə məsləhət görmüşüksə xəstəyə, bunları eləyib faydasını görüb və ya dərmana bağlı xəstələr olur, dərman müalicəsi istifadə eləməsə, xəstəliyin əlamətləri keçmir… Bu xəstələrdə, əlbəttə, həyat tərzi dəyişikliyi və dərmanla remissiyaya girir şikayətləri azalır. Bunları kəsdikdən sonra təkrarlanma ehtimalı, əlbəttə vardır.

İlk başda diaqnoz qoyduğumuzda xəstəyə daha sıx diqqət eləməyi məsləhət görürük, istər diet, istər digər dəyişikliklərə. Bunları yaxın təqib edərək qastroenteroloqun, həkimin, mütəxəssisin nəzarətində olaraq, xəstə ilə birə-bir onun qidalanmasını, həyat tərzi dəyişikliyin hamısını yaxın izləyərək bir az daha rahatlatma mərhələsinə keçə bilərik. Bu vəziyyətdə təkrarlanma ehtimalı vardır.

Reflyuksun əməliyyatla müalicəsi

“Əməliyyat olub canım qurtarsın” deyən xəstələr var. 

Reflyuks xəstəliyində əgər dərmana bağlı xəstələr varsa və ya dərman istifadəsi sonrası dərmanın yan təsirləri ortaya çıxırsa, bu xəstəliyinin endoskopik və ya əməliyyat ilə müalicəsi vardır. 

Əlbəttə, əməliyyat reflyuks xəstəliyində ən son baş vurduğumuz metodlardan biri olsa da, seçilmiş xəstələrdə əməliyyata yönləndiririk. 

Xüsusən də, gənc yaşda dərmana bağlı yaşayan xəstələr əməliyyatdan fayda görə bilirlər.

, Müasir dövrdə endoskopik bəzi minimal invaziv əməliyyatlar vardır ki, reflyuks xəstəliyində endoskopik əməliyyatlar da oluna bilir.

Reflyuks xəçəng əmələ gətirirmi?

“Xərçəng ola bilərəmmi?” deyən, bizə müraciət edən xəstələr olur. 

İstər endoskopiya sırasında, uzun müddət dərman istifadə edən xəstələrdə mədəsində poliplər əmələ gələ bilir, “Bunlar xərçəngə dönə bilirmi”, ya da “Reflyuks xəstəliyi xərçəng əmələ gətirə bilərmi?” deyə bizə müraciət edən xəstələr olur.

Reflyuks xəstəliyi yemək borusunda “ezofagit” dediyimiz “yemək borusunda eroziyalar” – yaralara səbəb ola bilir və ondan sonra da “barret ezofaqusu” dediyimiz yemək borusundakı hüceyrələrdəki dəyişikliklərə səbəb ola bilir. Barret ezofaqusu “xərçəngönü xəstəlik” adlanır ki, bunlar yaxından izləmə tələb edir. 

Qastroenteroloqun nəzarətində olmalıdır bu xəstələr. Əlbəttə, onun ağırlıq dərəcəsinə görə, mərhələsinə görə nəzarət müddətini qastroenteroloq müəyyən edir ki, gələcəkdə xərçənglə nəticələnə bilən xəstəliklərdir. 

Xüsusiyyətinə görə bəzən mədə poliplərinin də xərçəngə çevrilə bilmə ehtimalı vardır.

Uzman. Dr. Cavanşir Vahabov, Qastroenteroloq-Hepatoloq-İnvaziv Endoskopist 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!