medede köp / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

mede-qicqirmasi.jpeg

26 January 2022 Qastroenterologiya2

Qastrit – mədə nahiyəsində ağrı, mədə nahiyəsində yanma, iştahsızlıq, ürəkbulanma, qusma kimi əlamətlərlə gedən mədə xəstəliyidir.

Qastrit mədənin selikli qişasının iltihabı nəticəsində əmələ gəlir. 

Səbəblərindən helikobakteri pilori mikrobu, bir çox dərmanlar: ən çox istifadə etdiyimiz aspirin, qeyri-steroid ağrı kəsicili dərmanlar, steroid dərmanları, bir çox antibiotiklərin istifadəsi nəticəsində qastrit əmələ gələ bilər.

Qastritin əlamətləri nələrdir?

Qastrit diaqnozu xəstənin şikayətlərinə görə, anamnezinə görə, xəstənin fiziki müayinəsinə görə və ehtiyac duyularsa, diaqnozu dəqiqləşdirmək üçün endoskopik müayinə ilə qoyulur.

Bəzən qastrit şikayətləri, mədə polipləri, mədə xorası, mədənin bədxassəli xəstəlikləri ilə qarışa bilir. Bunlardan şübhə etdiyimiz zamanlar endoskopik müayinələrdən istifadə edib: xərçəng, qastrit, və ya xora və ya digər bədxassəli xəstəlik olub-olmadığını aydınlaşdırmaq mümkündür.

Qastritin müalicəsi səbəbə bağlıdır

Qastritin müalicəsində əgər səbəb helikobakteri qastriti isə, antibiotik müalicəsi, proton pompa inhibitorları; əgər dərman istifadəsinə bağlı qastritlərdirsə, əsasən, səbəb olan etiologiyanın kəsilməsi, yəni dərmanın kəsilməsi – əgər mümkündürsə, əgər mümkün deyilsə, dərmanla bərabər proton pompa inhibitorları, anti-asit müalicələr istifadə olunur.

Uzman Dr.Fuad Mustafayev, Qastroenteroloq-Hepatoloq-İnvaziv Endoskopist




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!