metabolizma / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

metobolizma_suretii.jpeg

13 October 2021 Dietologiya0

Metabolizma – sadə dildə desək, aldığımız enerji ilə verdiyimiz enerji arasında disbalans yaradan bir mexanizmdir.

Kilo vermək istəyən insanların metabolizmasının sürətli olması bir avantajdır, lakin bu metabolizması yavaş olan insanların kilo verə bilməyəcəyi mənasına gəlmir.

Normal bir mütəxəssisə müraciət etsəniz, balanslı bir qida proqramı yazdırsanız, üstəlik fiziki aktivliyinizi daha da artırsanız, həm metabolizmanın sürətini artırmış olarsınız, həm də istədiyiniz nəticəni əldə etmiş olarsınız.

Az-az və tez-tez qidalanma metabolizma sürətini artırır

Metabolizmanın sürətini artıran amillərdən biri də az-az, tez-tez qidalanmadır. Çünki 2-3 saat ərzində bizim qan şəkərimiz enməyə başlayır və bu zaman da metabolizmamızın da sürəti minimuma yaxınlaşır və bu metabolizmanın sürətinin minimuma yaxınlaşmasının qarşısını almaqdan ötrü gündə heç olmasa, 5-6 dəfə qidalanmaq lazımdır bu: 3 ana (əsas yemək), 2 ara və yaxud da ki, 3 ana (əsas yemək), 3 ara öyün şəklində olmalıdır.

Fiziki aktivlik də metabolizmanın sürətini artırır

Metabolizmamızın sürətini artırmaqdan ötrü fiziki aktivliyimizi də artırmaq lazımdır. İdmanı həyat tərzimizə çevirməliyik. Yaxşı olardı ki, idmanla məşğul olaq. Əgər buna imkanımız yoxdursa, onda ən azından yürüyüşlə məşğul olmalıyıq. Bu da tövsiyəmiz həftədə 3 dəfə minimum 45 dəqiqə yürüyüş etməkdir.

Metabolizma sürətini artıran qidalar

Tədqiqatlar onu göstərmişdir ki, bəzi qidaların tərkibində olan maddələr metabolizmanın sürətini artırırlar, buna yaşıl çaylar və qırmızı pul bibəri misal göstərmək olar.

Yaşıl çaydan gündə 2-3 fincan içmək tövsiyə olunur, qırmızı pul bibəri də mədə xəstəsi olan insanlar üçün əks göstərişdir.

Dr. Aygün Abdullayeva, Dietoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!