meymun çiçeyi peyvendi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

meymun-ciceyi-elamentelir-1200x675.jpeg

Meymun çiçəyi, latınca adı “Monkeypox” – çiçək virusu ailəsindəndir, “poxviridae” ailəsindəndir. Meymun çiçəyi normalda tropik Afrika meşələrində, gəmiricilərdə tapılan bir virusdur. Ancaq ilk dəfə insanda tapıldığı üçün… Eyni şəkildə COVID-19-da da belə olmuşdu. Normalda yarasalarda görülən bir virus idi, ancaq ilk dəfə insanda tapılmışdı.. Zoonoz bir infeksiya sayılır.

Çiçək virusu və digər çiçək virusu ailəsi nümayəndələrindən fərqli olaraq əsas fərqləndirici xüsusiyyəti limfadenopatiyanın olmasıdır, yəni limfa düyünlərinin böyüməsinin müşahidə edilməsidir.

Xəstəliyin inkubasiya dönəmi Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 5 ilə 21 gün arasında dəyişməkdədir.

Əsas əlamətləri: bədən hərarətinin yüksəlməsi, limfadenopatiya (limfa düyünlərinin böyüməsi), bədən səpgilərinin əmələ gəlməsi. Poxviridae ailəsinin digər nümayəndələrindən fərqli olaraq bədən səpgilərin özəlliyi daha böyük ölçüdə olması, içərisinin irinli maye ilə dolu olması və ətrafının hiperemik haşiyə ilə haşiyələnmiş olmasıdır.

Böyük Britaniya, Avropa ölkələrində Nigeriyadan gələn turistlərdə müşahidə edilməkdədir. Avropadan bildirilən xəstələrdə xəstələrin 70/100-də homoseksuallardə müşahidə edilir. Özəlliklə, perianal bölgədən, yəni anus ətrafı bölgədən əmələ gələn səpgilərin bədənin digər nahiyələrinə yayılması müşahidə edilməkdədir.

Xəstəlik COVID-19 kimi mortal, yəni ölümcül seyr etməməkdədir. Əsasən, immunsupresiv xəstələrdə, yəni immun sistemi düşük olan xəstələrdə daha, digər normal immunitetli xəstələrə görə daha ağır seyr edilə biləcəyi düşünülməkdədir ön planda.

Bir 3 gün davam edən qızdırma, bədən hərarətinin yüksəlməsi ilə başlayır. Qızdırma dönəmi sonrasında səpgili bir dönəm müşahidə edilməkdədir.

Spesifik bir müalicə metodu üzərində bu dəqiqə çalışmalar aparılır. Bir sıra yeni irəli sürülən antiviral müalicələr var ki, meymun çiçəyində pozitiv müalicə cavabı alındığı görülmüşdür. Ancaq dəstək müalicəsi əsasən aparılır. Əsasən, çiçək virusu ailəsindən olduğu üçün çiçək virusuna qarşı olan peyvəndin Meymun çiçəyinə qarşı qoruduğu da bildirilməkdədir.

Çiçək virusu 1980-ci ildən sonra dünyadan tam eradikasiya edildiyinə, yəni tam yox olduğuna görə çiçək virusuna qarşı peyvənd 1980-ci illərdən sonra aparılmamaqdadır. Ona görə də özəlliklə 80-ci illərdən sonra doğulmuş şəxslərdə meymun çiçəyi baxımından risk altında görülməkdədir. 80-ci illərdən öncə doğulanlarda isə görünmədiyi bildirilməkdədir.

Xəstəliyin əlamətləri: bədən hərarətinin yüksəlməsi, baş ağrısı, bulantı, qusma, digər infeksion xəstəliklərdə olduğu klinik əlaməntlər, bədən səpgiləri. Səpgilər dediyim kimi diğər çiçək virusu ailəsinin nümayəndələrindən fərqli olaraq daha iri ölçüdə, ətrafı hiperemik haşiyəli, içərisi irinli maye ilə doludur.

Azərbaycanda hər hansı bir meymun çiçəyi faktı bildirilməmişdir. Qonşu ölkələrdən Gürcüstanda ilk olaraq bildirildiyi elan edilmişdir. 

COVID-19 kimi böyük bir pandemiyaya səbəb olacağı gözlənilmir. Ancaq yenə də, xüsusilə, immunsupressiv xəstələrdə, immun sistemi düşük olan, hematoloji, onkoloji, qaraciyər, böyrək… ümumiyyətlə, transplantasiya edilmiş xəstələrdə, immunsupressiv müalicə alan xəstələrdə, uşaqlarda bu xəstəlik baxımından diqqətli olmaq lazımdır. 

Bədənin hər hansısa bir yerində səpgi əmələ gəldikdə, bədən hərarətinin yüksəlməsi müşahidə edildikdə, limfadenopatiya (limfa düyünlərinin böyüməsi) müşahidə edilərsə, mütləq həkimə müraciət edilməsi, infeksion xəstəliklərinin mütəxəssisinə müraciət edilməsi məsləhət görülür.




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!