miqren bas agrilari / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

bas-agrisi-ucun-agri-kesici-derman.jpeg

30 December 2021 Nevrologiya0

Təbii ki, ağır kəsiciyə ehtiyac yaranma səbəblərindən biri simptomatik olaraq xəstəni o ankı vəziyyətdən çıxarmaqdır. Amma, çox istifadə olunması, xüsusilə xəstə gəlib deyirsə “Doktor, son 3 ayda, ayda ən az 15 gün…” – baxın, saydan bəhs eləmirəm, gün olaraq ayda ən az 15 gün, “…baş ağrısı üçün ağrıkəsici istifadə edirəm”.

Xüsusilə “non-steroid anti-inflamatuar” dediyimiz, yəni “qeyri-steroid iltihab əleyhinə preparat” müxtəlif adlarda satılır. Bu artıq bir müddət sonra üçün, 3 ay sonra, Tüklər demişkən, yəni “ilaç aşırı kullanım baş ağrısı”. Yəni, bu xüsusi baş ağrısı siniflənməsində xüsusi bir başağrısı növüdür. Yeni baş ağrısı növü ortaya çıxmış olur xəstələrdə. 

Bu baş ağrısı müalicəsi daha çətin olur və bir müddət sonra ağrıkəsicilərdən istifadə fayda vermir və ağrıkəsicilər də xüsusilə mədədə bir çox problemlərə səbəb ola bilir və bununla yanaşı nəticədə kimyəvi, xaricdən qəbul olunan, bədənin özünün yaratmadığı bir preparat olduğu üçün böyrəklərdə, qaraciyərdə yüklənməyə səbəb ola bilir.

Ona görə mümkün olduğu qədər ağrı kəsici istifadəsini azaltmaq, minimum endirmək lazımdır. Məsələn, belə misal göstərim. Miqren xəstəliyindən bəhs edim. 

Miqren xəstəsinə müalicənin başlanmakriteriyalarından biri də budur: “Xəstə ayda 3 gün və ya daha çox başağrısı dərmanı istifadə edirsə?!”.

3 gün və ya altında başağrısı dərmanı istifadə edirsə və bu başağrısı dərmanları iləsimptomatik olaraq başağrıları keçə bilirsə, o zaman bu xəstə miqren müalicəsinə çox hallarda tabe tutulma bilir. Yəni başağrısı dərmanı istifadəsinin müalicənin başlanmasında, davamında, gedişatında nə qədər böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq istəyirəm. 

Bununla yanaşı təbii ki, insan sağlamlığını poza biləcək bütün kimyəvi preparatların minimum istifadəsi həmişə insan üçün ən çox tövsiyə olunan haldır.

Uzman Dr. İbrahim Qulamov, Nevroloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!