osteartrit / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.


13 September 2021 Travmatologiya-Ortopedia0

Diz oynağı aşağı ətrafın ən mürəkkəb oynaqlardan hesab olunur. Ümumiyyətlə, orqanizmin mürəkkəb hesab olunan oynaqlarındandır.

Çünki diz oynağını əmələ gətirən 3 sümük var: diz qapağı, bud sümüyü, qamış sümüyü. Hər 3 sümükdə olan xəstəliklər diz ağrılarına səbəb ola bilər.

Bu oynağı mürəkkəb edən digər bir səbəbsə, bu  oynaqda çoxlu sayda bağlar, yumuşaq toxuma komponentləri var.

Cəmiyyətdə də diz ağrılarına çox rast gəlinir. Bəzən olur ki, diz ağrıları səbəbsiz olur, xəstədə hər hansı bir travma, yıxılma, burxulma anamnezi yoxdur. Bəzən isə xəstələrdə səbəbi olan diz ağrıları olur: xəstə yıxılır, burxulur hər hansı bir travma alır.

Revmatoloji problemlər diz ağrılarına səbəb ola bilər

Əgər xəstədə səbəbsiz diz ağrıları varsa, xüsusən, bu xəstə gənc xəstədirsə və bu diz ağrılarının səbəbi hava şəraiti ilə, iqlimlə əlaqədardırsa, mütləq biz burada revmatoloji problemləri araşdırmalıyıq. 

Bəzən insanlar düşünür ki, diz ağrılarının səbəbi revmatoloji xəstəliklərdən sadəcə revmatizm ola bilər, ancaq sadəcə belə deyil. Bu xəstəliklər bir neçə xəstəliklərdən: “revmatoid artrit”, “qırmızı qurd eşənəyi” və yaxud revmatizma, başqa sistemik xəstəliklər diz ağrılarına səbəb olub. 

Belə olan hallarda biz mütləq revmatoloq və terapevt həkim ilə bir yerdə bu xəstəni müalicə edirik.

İdman travmalarına bağlı diz ağrıları

Xüsusən, gənc insanlarda keçirilmiş fiziki aktivlikdən sonra, hər hansı bir idman aktivliyindən sonra xronik və yaxud kəskin ağrılar ola bilir. Bu xəstələrdə isə ağrıların daha çox səbəbi diz oynağında xüsusi yeri olan “menisklər” dediyimiz, dizdə amartizator funksiyasını görən anatomik elementlərin zədələnməsi olur. 

Və yaxud diskdə çox önəmli funksiya daşıyan ön xaçabənzər bağ və arxa xaçabənzər bağda olan hər hansı bir qopmalar, yırtılmalar diz ağrılarına səbəb olur.

Əgər gənc insanlar, xüsusən, indi müasir həyat tərzi ilə əlaqədar insanlar idmanla çox məşğul olur və keçirilmiş idman travmalarından sonra medikamentoz müalicə ilə, dərman ilə və fizioterapiya ilə keçməyən ağrılar varsa, mütləq travmatoloqa müraciət etməlidirlər.

Diz oynağını görüntülədikdən sonra MRT və yaxud rentgenoqramdan sonra dəqiq diaqnoz qoyub menisk və yaxud bağ yaralanmalarının müalicəsini əməliyyat və ya konservativ yolla həyata keçiririk.

Diz ağrısının səbəbi olaraq “duzlaşma” xəstəliyi

50 yaşından yuxarı insanlar (50-55 yaş), bu insanlarda heç bir revmatoloji xəstəlik yoxdur ömrü boyu, heç bir travma keçirməyiblər, aydındır ki, bu insanlar 50-55 yaşdan sonra xüsusi bir idman aktivli həyat tərzi keçirmirlər, bu insanlarda “səbəbsiz ağrılar” olur. 

Bu ağrıların səbəbi isə xalq arasında “duzlaşma” dediyimiz, tibbi dildə “artroz”, “osteoartroz” və yaxud “osteartrit” xəstəliyinin əlamətləridir. 

Xüsusən yaşlı insanlarda, 50-55 yaşdan sonra insanlarda artroz xəstəliyi, klinik olaraq özünü göstərir. Bu xəstələrdə heç bir travma anamnezi və ya əlavə bir xəstəlik, revmatoloji bir xəstəlik anamnezi olmur.

“Duzlaşma”nın səbəbi və müalicəsi

Bu xəstələrdə artrozun əsas yaranma səbəbi yaşa bağlı artıq uzun illər ərzində bu oynaq həmin xəstənin yükünü daşıdığı üçün müəyyən degenerativ proseslər baş verir və qığırdaqda mikro zədələnmə olur. 

Bütün artroz olan xəstələr hamısı əməliyyat göstərişi hesab olunmur. Bu xəstələrin də konservativ müalicəsi var. Oynaqdaxili inyeksiyalar, fizioterapiya, dərman müalicəsi konservativ müalicə ilə müəyyən qədər biz irəliləyiş əldə edə bilirik. Əgər bu xəstəlik başlanğıc və orta mərhələdə artrozdursa. 

Diz oynağının protezləşdirilməsi əməliyyatları – Artroplastika

Əgər xəstədə son mərhələ artroz varsa, artıq bu xəstələrdə biz endoprotez “artoplastika” əməliyyatlarını icra eliyirik.

Bəzən insanlar da bu əməliyyatlardan qorxurlar. Bu əməliyyatlardan sonra uzun müddət yataq rejiminə ehtiyac olmur. Xəstə əməliyyatdan cəmi 1 gün sonra ayağa qaldırılır, mobilizə olur – gəzdirilir. 3-4 gün sonra xəstə evə yazılır və aktiv həyat tərzinə davam eləyə bilir. 

Bir neçə gün sarıqlar icra olunur və xəstədə heç bir qalıq əlamət qalmır.

Artroz xəstəliyi qorxulu xəstəlik deyil. Bu xəstəlik başlanğıc və orta mərhələsində əməliyyata ehtiyac qalmır, amma son mərhələ artrozda cərrahi əməliyyatla bu xəstələrin oynağı endoprotezlərlə dəyişdirilir və bu endoprotez xəstənin oynağında tama yaxın anatomik funksiyanı icra edə bilir.

Endoprotez əməliyyatından sonra ağrı olurmu?

Diz ağrılarından sonra biz protez əməliyyatı icra elədiyimizdə, xəstələrin bizə verdiyi suallar “Mənim əməliyyatdan sonra ağrım olacaqmı?” Xeyir, ağrılar qətiyyən olmur. Bütün xəstələri fizioterapiyaya göndərməyə ehtiyac olmur. Xəstələr özləri aktiv həyat tərzinə qayıda bilir. 

Endoprotezlərin ömrü nə qədərdir?

Diz artrozunda, diz ağrısında istifadə etdiyimiz endoprotezlərə əgər yaxşı baxarsaq, xəstə (xəstənin həddən artıq çəki almaması, fiziki aktivliyini məhdudlaşdırması, çox ağır işlər görməməsi) bu protezlərin təxminən 20-25 il ömrü var.

Uzman Dr. Elçin Orucov, Travmatoloq-Ortoped

 

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!