ozkan tehli / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

kelle-sumuyu-defekti-karinoplastika-emeliyyati.jpeg

29 May 2021 Neyrocərrahiyyə1

Kəllə sümükləri sınıqlarının, kəllə sümüklərindəki zədələrin ən çox rast gəldiyimiz səbəbi travmalardır. Xüsusilə, döyüşən ordularda, əsgərlərdə odlu silahlarla yaralanmalar, başın, kəllənin odlu silahlarla yaralanmalara aid zədələnmələrini çox tez-tez görürük.

Bundan başqa bizim əməliyyatlardan sonra, təəssüf ki, istər beyin şişi olsun, istərsə də başqa bir səbəblə əməliyyat edərkən, əlbəttə ki, kəllə sümüyünü açırıq, bu sümüyü çıxarıb, sonra yenidən yerinə qaytarırıq. Ancaq bu sümük bəzən infeksiya tuta bilir, bitişməyə bilir, bəzi problemlər yarana bilir və onu yenidən çıxarmalı oluruq. Nəticə olaraq kəllədə bir qüsur meydana gəlir.

‘“Qüsurlu olsun və bu şəkildə qalsın” deyə düşünə bilərik. Amma əlbəttə, bunun bəzi fəsadları var. Birincisi, ən dəyərli orqanlarımızdan biri olan beyin müdafiəsiz qalır. Yəni, kəllə sümüyü yoxdursa, beyin hər an bir travma ala bilər.

Bundan başqa, kəllə sümüyü olmayan, kəllə sümüyü zədəli olan xəstələrdə atmosfer təzyiqinin təsiri ilə beynin quruluşunda bəzi yerdəyişmələr olur və beynin fiziologiyası pozulur. Bununla əlaqəli baş ağrısı, narahatlıq, xəstənin özünə inamsızlığı, qıcıqlanma, qayğı pozuntusu, zəiflik, gücsüzlük və nevroloji defisitlər görülə bilir. Buna görə xüsusilə də, bu böyük defektləri bağlamaq lazımdır.

Bəs onları necə bağlaya bilərik?

Bunları bağlamaq üçün əsrlər boyu bir çox metoddan istifadə olunub. Hətta eramızdan əvvəl təxminən II minilliyə qədər gedib çıxır tarixi. Qızıl lövhələr, gümüş lövhələr, sümük parçaları, it sümüklərindən tutun, başqa insanların sümüklərindən istifadəyə qədər bir çox metod sınanıb.

İndiki dövrdə isə, xüsusilə də, son illərdə 5-6 metod ön plana çıxır. Bunlardan biri “sümük sementi” dediyimiz materialdır. Bundan başqa “polietilen” dediyimiz bir maddə var, bunu da istifadə edə bilərik. Və əlbəttə ki, titan da istifadə edirik. Əlavə olaraq “bio-seramidlər” dediyimiz maddələr var. Bunlarla da düzəldilə bilir.

Ancaq “Bunların ən yaxşısı hansıdır?” deyə soruşsanız, bunlardan ən yaxşısı individual olaraq kranioplastika əməliyyatları – bir şəxs üçün xüsusi olaraq zədənin bağlanmasıdır. 

Çünki hər kəsin anatomiyası fərqlidir və hər bir insanı standart olaraq bağlamaq mümkün olmur. Fərdiləşdirmə metodları son dövrlərdə çox inkişaf etdi. Biz də bunu bir çox xəstəmizdə tətbiq etdik. Bu rəqəm təxminən 300-ə çatıb. Dünyada bunu ən çox tətbiq edənlərdən biri bizim klinikamızdır.

Bunu necə edirik?

Əvvəlcə xəstənin tomoqrafiyasını çəkdikdən sonra xəstə üçün xüsusi olaraq, bədəninin hansı hissəsi olmasından asılı olmayaraq sümük strukturun yerini tutacaq titan hazırlayırıq. İstəsək, kəllənin bütün sümüklərini hazırlaya bilərik. Ancaq bunu başqa metodlarla etmək, təəssüf ki, mümkün deyil.

Başqa metodlarla forma vermək çətin olan sahələr var… Onlar haralardır? Məsələn, göz çuxurunun yuxarı hissəsi, yan hissəsi, bundan başqa maksillər dediyimiz bu sinuslar, bu oval kəllə sümüyünün əyim bucağını vermək… 

Kompüterlə hər cür formanı dizayn edib istehsal edirik və xəstələrimizə tətbiq edirik. Buna da fərdi kranioplastika əməliyyatı deyə bilərik.

Prof. Dr. Özkan Tehli, Neyrocərrah




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!