Prostat vəzisi sidik kisəsinin alt qismində yerləşən, içərisindən sidik kanalı keçən, şabalıd formasında olub, çəkisi təxminən 15- 20 qram olan bir orqandır.
Prostat vəzisi həm sidik ifrazat sistemi orqanıdır, həm də cinsiyyət sistemi orqanıdır.
Prostat vəzinin əsas görülən üç xəstəliyi haqqında məlumat verəcəyəm. Bunlar prostatit, yəni prostat iltihabı, prostatın xoşxassəli böyüməsi və prostat xərçəngidir. Prostat xəstəlikləri, ümumiyyətlə, bənzər simptomlar sərgiləməkdədir. Bu şikayətlər, yəni simptomlara əsas tez-tez sidiyə getmə, sidiyə çıxarkən yandırma, göynəmə, sidiyə çıxdıqdan sonra sidik kisəsini tam boşalda bilməmək hissi, sidik axımının zəifləməsi, təzyiqdə düşmə, gecələr sidiyə çıxma, qasıq və aralıq bölgəsində olan ağrılar və s. şikayətlər aiddir.
Prostatit
Prostatit prostat vəzi toxumasının iltihabıdır. İnfeksion və qeyri-infeksion səbəblərə bağlı olur. Kəskin və xronik forması vardır. Gənclərdə görülən prostatitlər daha çox cinsi yolla ötürülən infeksiyalara bağlı yaranır. Yarımçıq müalicə olunan və heç müalicə olunmayan prostatit ciddi problemlərə gətirib çıxarda bilər. Prostatit hər yaş qrupundakı kişilərdə görülə bilər.
Prostatın xoşxassəli böyüməsi
İkinci xəstəlik isə prostatın xoşxassəli böyüməsidir. Bu da prostat xərçəngi kimi daha çox yaşlı kişilərdə görülür. Yəni 40-45 yaşından sonra görülən xəstəliklərdir. Yenə də prostat xəstəliklərində olduğu kimi, bənzər şikayətlər sərgiləməkdədir. Prostatın xoşxassəli böyüməsini prostat xərçəngdən ayırd etmək üçün qanda PSA analizinə baxılır və barmaqla prostat müayinəsi olunur. Əgər PSA analizində yüksəlmə görülərsə və ya prostat müayinəsində şübhəli əlamətlər varsa, o zaman prostat biopsiyası almaq mütləqdir.
Prostat xərçəngi
Prostatın üçüncü və ən ciddi xəstəliyi olan prostat xərçəngi isə yenə də prostatın xoşxassəliyi böyüməsi kimi daha çox irəli yaşlar, yəni 40-45 yaşından sonra görülür. Digər iki xəstəlikdən fərqli olaraq ilkin mərhələlərdə çox az şikayət, simptom verməkdədir. Ona görə də prostat xərçəngində erkən diaqnoz önəmlidir. Yəni 50 yaşından sonra bütün kişilərdə mütləq şəkildə qanda PSA analizi baxılmalıdır. Əgər xəstə risk qrupundadırsa, 40-45 yaşından sonra PSA analizinə baxılmalıdır.
Prostat xərçəngində erkən diaqnoz önəmlidir və erkən ortaya çıxan prostat xərçəngində müalicənin effektivliyi daha yüksək olur.
Bugünkü danışacağımız mövzu “Prostat vəzi xəstəliyi”, yəni el arasında, “prostat vəzi adenoması” deyilən bir xəstəlik barədə danışacağıq. “Bu xəstələr hansı şikayətlərlə müraciət edirlər? Müalicəsi nədir? Əməliyyata nə zaman göstərişi var?” bu barədə danışacağıq.
Prostat vəzi xəstələri, adətən, yəni şikayətləri tezləşmiş sidik ifrazı, çətinləşmiş sidik ifrazının şırnağının zəifləməsi, gecələr tez-tez sidiyə durma, bəzən “Sidiyə getdim, qalıq sidiyim qaldı”, təkrar yenə də sidiyə getmək hissiyatı olması şikayətləri ilə müraciət edirlər.
Bu halda bizim ilkin olaraq müayinəmiz, bir ultrasəs müayinəsi, prostatın qan analizi dediyimiz, PSA analizi dediyimiz, o göstərici xüsusilə yoxlanılır və sidiyin ümumi analizi, yəni bunlar yoxlanılır. Bunlarda bir dəyişiklik varmı, yoxmu, xüsusən də, PSA analizi dediyimiz əgər normaldırsa, xəstə şikayəti varsa, müalicə dəyərləndirilir ilkin olaraq. Ultrasəs müayinəsində də əgər normaldırsa, yəni belə deyim.
Yox, ultrasəs müayinəsinə müəyyən dəyişiklər ola bilər ki, birbaşa müdaxilə tələb edən dəyişikliklər ola bilər. Bunlar da nədir?
Xəstələri də əsas düşündürən, məsələn, xəstə gəlir həyəcanla ki, “100 qram prostatım var, mən əməliyyatlığam!” deyilir.
Prostatın böyüklüyü əməliyyata göstərişdirmi?
Qram heç vaxt, biz xəstələrimizə izah edirik ki, əməliyyat göstərişi deyil. Burada böyümüş prostatın, içindən keçən kanalın nə dərəcədə sıxdığı daha önəmlidir. Ola bilər ki, xəstənin 100 qram, 150 qram prostatı var, amma ciddi bir şikayəti yoxdur. Onu da məntiqlə izah edirik ki, prostat daha çox çölə doğru böyüyür, içindən çıxan kanalı sıxmadığına görə xəstənin heç bir şikayəti yoxdur. O xəstəyə deyirik ki, yəni yanaşı da qalıq sidiyi yoxdursa, daşı yoxdursa, deyirik sadəcə nəzarətdə qalın.
Amma ola bilər ki, 35-40 qram prostatı var, amma prostatı içəri doğru böyüb, kanalını sıxır, bu xəstələrdə ciddi şikayətlər verə bilir. Bu halda artıq dərman müalicəsimi, əməliyyatmı bir araya girir. Təbii ki, əgər PSA analizi dediyimiz analiz normaldırsa, birinci, bir dərman müalicəsi təyin edirik. 2 həftəlik müalicə yazırıq, 10-14 gün sonra təkrar kontrola çağırırıq. Həm şikəyətlərini, həm qalıq sidik varmı, yoxmu, o hal təkrar müayinə olunur, kontrol olunur, rahatlama varsa şikayətlərində, deyirik ki, dərmanla davam edirsiniz.
“Hə, doktor”, bəzən xəstələr deyir ki, “hansı nöqtəyə qədər dərmandan davam edirik, nə qədər içəcəyəm bu dərmanı?” Əslində bunun kitabi bir rəqəmi yoxdur, “Filan ay için, filan qədər için”. Ona əsas deyirəm ki, bu dərmanı bir az da siz müəyyən edəcəksiniz. Yəni izah edirik ki, şəkər dərmanı kimi bir şeydir. İçirsən, şəkərin normaldır, içmirsən şəkərin yüksəlir. Bu da belədir, içirsən, prostat əzələlərini boşaldır, sidiyə rahat gedirsən, içmirsən dərmanı pis gedirsən. Bunu uzun müddət içirsiniz.
Prostat vəzi əməliyyatı nə zaman aktuallaşır?
Bir nöqtəyə çatır ki, artıq o nöqtədə dərman təsir eləmir. Onda artıq əməliyyat variantı araya girir. Yəni bu müddət ərzində də, yəni şikayətin olmasa belə, yenə də nəzarətdə qalmağı tövsiyə edirik xəstələrimizə. Yəni bir az burada şikayətlər, xəstədən xəstəyə dəyişilir. Xəstə var ki, deyir heç bir şikayətim yoxdur, amma müayinədə görürsən qalıq sidiyi var, sidik kisəsinin həcmində artma var. Burada deyirsən ki, “Artıq şikayətin subyektivdir. Dərmandan çox da fayda almırsan, sən məmnun olsan da belə.”
Çünki bu halın özü də bir az qorxulu və sevmədiyimiz bir haldır. Qorxulu tərəfi odur ki, yəni iş təkcə prostatdan ibarət deyil, gərək sidik kisəsinin də yığma qabiliyyəti yaxşı olsun.
Bəzən 300-400 ml qalıq sidiklə gələn xəstələr var ki, onlara, düzdür, ilk öncə kateter qoyub sidik kisəsini rahatladıb sonra əməliyyat edirik. Amma bəzən 1,5L, 2L qalıq sidiklə gələn xəstələr olur ki, onlara deyirik ki, “Artıq 70/100, 80/100 əməliyyatdan fayda almama ehtimalın var. Çünki çox gecikdirilib, sidik kisəsi divarları nazilib, sidik kisəsi atoniyası deyirik tibbi olaraq buna… Biz yolu əgər açsaq da, belə sidik kisəsi pis yığacaqsa, yenə də pis gedəcəksiniz”.
Bu nöqtədə hərə fərqli yanaşır. Bunu belə deyim… Çünki xəstə var ki: “Ay Doktor, 70-80% pis sidiyə getmə ehtimalı varsa, boşu boşuna əməliyyat olunmuram. Mən ömürlük şlanqla yaşayıram.” Çünki o işin sonu daimi kateter dediyimiz, hətta daimidirsə, göbək altından dediyinizin indi el arasında, sidik kisəsinə sistastoma taxılır onunla yaşayırlar. Ayda 1 dəfə dəyişilir.
Adam da var ki: “Doktor, 10% də olsa, 20% olsa kateterdən canımı qurtarma ehtimalım varsa, əgər mən əməliyyat şansını dəyərləndirirəm.”
Nə zaman mütləq əməliyyat olmalıdır?
Bir-iki əməliyyata mütləq göstərişlərimiz var ki, burada, yəni belə deyim, çox halda xəstə ilə həkim yanaşı qərar verir. Müəyyən göstərişlər var ki, yəni mütləqdir bu halda. Nədir?
Sidik kisəsində daş olarsa, bu, mütləq əməliyyat göstərişi sayılır. Təkrarlanan sidik yolu infeksiyaları olur ki, burada artıq heç bir müalicə filan fayda vermir. Burada da əməliyyat göstərişi… Bir də müalicə almasına baxmayaraq, şikayətlərində yaxşılaşma olmayan, qalıq sidiyində azalma olmayan xəstələr də, bunlar mütləq göstərişlər sayılır.
Qalan digər hallar bir az da xəstə ilə həkim, bir yerdə qərar verir. Nədir?
Məsələn, xəstə var ki: “Doktor, mən illərlə dərman içirəm. Artıq yorulmuşam dərman içməkdən. Birdəfəlik canımı bu işdən qurtarmaq istəyirəm” elə deyim. Bu halda artıq həqiqi dəyərləndirilir son olaraq bir də. Ultrasəs müayinəsi olsun, qan analizləri olsun ki, “Həqiqətən, bu insan, bu pasiyent dərmandan fayda almırmı?” – onu son olaraq, diaqnostik olaraq, müayinələr olaraq təsdiqlənir. Hə, o halda əməliyyat artıq qərara alınır.
Prostat biopsiyası
Bir də prostat biopsiyası. Bəzən pasiyentlərimiz bundan daha çox çəkinirlər. “Prostat biopsiyası nədir, kimlərə olunur, göstərişləri nədir?” – belə deyim.
Yəni, PSA indi ortalama, indi analizlərdə də 4 yazılır, indi bu yaşa görə bəzən son ədəbiyyatlarda da 3,5-ə qədər belə edirmələr var. Loru dildə götürək, 4-dən yüksəkdirsə, yəni yaşı da orada daha məsələn, cavanlarda daha da aşağı 2,5 belə, 3,5 belə qəbul elədiyimiz yaşına uyğun xəstələrimiz var, yüksəkdirsə, onlara prostat biopsiyası tövsiyə edirik. Bir də ki, barmaqla müayinədə, “rektal müayinə” dediyimiz əgər sərt düyün əllənirsə, burada mütləq prostat biopsiyası xəstəyə vacibdir.
Hə, PSA analizi yüksəkdir, bizim xəstələr daha çox çəkindiyi nöqtə odur, yüksəkdir – “Məndə 100 faiz onkoloji bişey var!” Bu o demək deyil.
Xəstə var ki, infeksion bir proses fonunda PSA yalançı yüksəlib 20, 30 PSA olan xəstələr var ki, biopsiya edirik təmiz çıxır. Yəni “benign prostat” dediyimiz xoşxassəli prostat böyüməsi çıxır, prostatit toxuması çıxır. Amma xəstə də var ki, 4 PSA ilə, 5 PSA ilə biopsiya edirik, onkoloji bir şeylər çıxa bilir.
Burada xəstələrə izah edirik ki, PSA sadəcə bir həkim üçün… “Bu xəstəyə birbaşa müalicə yazmaq olarmı, olmazmı?”, ya da ki, “Birbaşa əməliyyat eləmək olarmı, olmazmı?” – Yəni, bizim üçün daha çox vacibdir.
Dediyim kimi PSA-sı yəni yüksək olub, normal gələn xəstələrimiz kifayət qədər var. PSA-sı kiçik olub, 4-dür, 5-dir… Amma onkoloji çıxan xəstələr də var. Ona görə PSA bizim üçün xəstələrə həmişə deyirəm “Daha çox sizə deyil, bizim üçün lazımdır ki, sizə birbaşa bir əməliyyat eləmək olarmı, olmazmı?”
Ya birbaşa xəstə tutaq ki, müalicəlik durumdadır. Yəni əgər PSA yüksəkdirsə, birbaşa müalicə eləmək tibbi olaraq doğru deyil. Gərək səbəbini dəqiqləşdirək ki, “Bu niyə yüksəkdir?”
Çox şeydən yüksələ bilir, yəni adi bir soyuqdəymə keçirib, qızdırması olub, pis sidiyə getmə, xoşxassəli prostat böyüməsində də arta bilir və nəhayət xoş olmayan xəstəliyində prostat vəzinin onkolojisində arta bilir. Bunun dəqiqləşdirmənin yeganə yolu prostat biopsiyasıdır. Dəqiqləşdiririk, “Nəyə bağlı artıb?”, ona uyğun da müalicəmizi aparırıq.
Çünki qısaca xoşun xoş müalicəsi var, bədin bəd müalicəsi var, belə deyim. Yəni bu qismi dəqiqləşdirdikdən sonra artıq əməliyyat hissəsi danışılır ki, əməliyyatlıqdırsa, xəstələr də burada çox yəni maraqlandıran suallar ki: “Əməliyyat olundum… Əməliyyatdan sonra məni nələr gözləyir?” suallarıdır.
Prostat vəzi əməliyyatı və əməliyyatdan sonra
Yəni, əməliyyat nə qədər endoskopik olsa da… İndi biz daha çox endoskopik əməliyyatlar edirik. Yəni qramı burada vacibdir, əlbəttə ki. Çox-çox böyüklərdə açıq əməliyyat elədiyimiz xəstələr də olur. Biz daha çox burada endoskopik barədə məlumat verəcəyik ki, endoskopik əməliyyatdan sonra xəstələrdə nə narahatçılıqlar ola bilir, nələr gözləyir xəstələri?
Yəni burada bəsit olaraq belə izah edirəm ki, nə qədər endoskopik olsa da, içəridə bir yara var. Bu yaraya bağlı sizdə narahatçılıqlar olacaq. Nədir?
Tez-tez sidiyə getmə ola bilər, yanma, göynətmə ola bilir sidikdə, ilk başda sidikdə qan daha çox necə olur? Məsələn, bir damcı qan gəldi, təmiz sidik gəlir, yox, təmiz sidik gəlir axırda 1, 2 damcı qan gəlir. Bunlar hamısı bu gedişatda normaldır.
Sidik qaçırtma daha çox xəstələri narahat edir. Bunlar çox belə uzunmüddətli davam edən, açığı elə gördüyüm yoxdur yəni. Qısa müddətli ola bilir. Çünki nə qədər də olmasa, bu yaşına qədər deyirəm xəstəyə ki, sidik saxlamasında prostat da bir maneə kimi iştirak edirdi. Prostat yeri indi kəsilib, genişləndirilib, güc birbaşa sidik kisəsi yığılanda klapana düşür. Klapan bu rejimə öyrəşənə qədər bir müddət olacaq. Buna fiziki gərginlik, yəni daha çox “gərginlik sidik saxlamazlığı” deyilir belə deyim. Yəni asqıranda, öskürəndə olur, oturmusan, durmaq istəyəndə olur, məsələn, bu. Klapan bərkiyənə qədər, sidik saxlayan əzələlər bərkiyənə qədər bir müddət olur. Bunlar da zamanla tam keçib gedir belə deyim.
Adətən, deyirəm ki, ən uzun müddətdə narahat eləyən, adətən, yanma, göynətmə olur sidikdə. O da ki, içəridəki yaranın tam sağalması, yəni 2 ay, 3 ay xəstədən xəstəyə dəyişilir, çəkir. Amma yüngülündə dediyim kimi xəstələrə izah edirik ki, bir şey eləmirik, sadəcə nəzarətdə qalır. Əvvəldə bir damcı yandırırdı, axırda bir damcı göynətdi, bunlarda bir şeyə ehtiyac yoxdur. Amma “Bütün sidik yandırır!”, ya da “Normal idi, indi artdı, doktor!” deyir. Hə, onda bir sidiyin analizinə baxırıq, ehtiyac olarsa, bəzən sidiyin əkilməsinə baxırıq, bakterioloji müayinəyə baxırıq ki, çıxan infeksiyaya uyğun bir müalicə aparılır və o göynətmələri sakitləşir.