qaraciyer yaglanmasi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

qaraciyerin-piylenmesi.jpeg

22 November 2021 Qastroenterologiya16

Qaraciyərin bir çox xəstəliklərində qaraciyər yağlanması görülə bilər. Amma birincili qaraciyər xəstəliyi olmadan qaraciyər yağlanması olursa, bu zaman “qaraciyərin yağlanma xəstəliyi” adlandıra bilirik. 

Çünki cəmiyyətin üçdə birində harada isə qaraciyərinə baxsaq, yağlı qaraciyər görə bilərik. 

Bu xəstələr əgər bərabərində şəkərli diabet, ifrat piylənmə kimi xəstəlikləri varsa, qaraciyər yağlanma faizi daha da yüksəlir və onlar ciddi morbidite, yəni daha ağırlaşmalarla və ölümə səbəb olan ağırlaşmalara gətirib çıxardığı üçün erkən mərhələdə diaqnozu və mütəxəssis tərəfindən izlənməsi önəmlidir. 

Qaraciyər yağlanmasının səbəbləri?

Əgər xəstənin piylənməsi – obezite xəstəliyi, şəkərli diabeti varsa, “hiperxolesterolemiya” dediyimiz, yəni, ifrat lipid yükü varsa, bu zaman qaraciyərdə yağlanma əmələ gələ bilir. Yağlanma alkoqolik – spirtli içki qəbul edən insanlarda da olur – “alkolik qaraciyər yağlanması”, qəbul etməyənlərə “non-alkolik qaraciyər yağlanması” olaraq adlandırıldı, amma günümüzdə bu “metabolik xəstəliklərlə əlaqəli qaraciyər yağlanması” olaraq bəzi yerlərdə dəyişdirilmişdir. 

Metabolik xəstəliklər – saydığım xəstəliklər varsa və ya metabolik xəstəliyə meyilli insanlar varsa, bunlarda qaraciyər xəstəliyi, həm yağlanması əmələ gəlmə faizi yüksəkdir. Ya şəkərli diabetə meyillilik, ya piylənməyə meyillilik varsa, bunlarda qaraciyərdə yağlanma əmələ gəlir. 

Qaraciyər yağlanmasının irəli mərhələləri

Yağlanmanın da öz ayrı mərhələləri var. 

Qaraciyərdə başlanğıc mərhələdə yağlanma qaraciyərin hüceyrələrinə zərər verməmiş ola bilər. Amma irəli mərhələdə bunu düzəltmirlərsə, yağlanma düzəlmirsə əgər, 5 il sonra, 10 il sonra bunlar qaraciyərin xroniki qaraciyər xəstəliyinə, qaraciyər sirrozuna və qaraciyər xərçənginə çevrilə bilər. 

Qaraciyər yağlanması diaqnozu necə qoyulur?

Xəstələr ya izlədikləri bir xəstəlik – şəkər, təzyiqlə izlədikləri həkimin təyin etdiyi ultrasəs müayinəsi ilə diaqnoz qoyulmuş ola bilər və ona görə yönləndirilə bilər, ya da birbaşa skrinnq zamanı müəyyən oluna bilər. 

Normal ultrasəs müayinəsində qaraciyər yağlanması aşkar olunur. Amma ən önəmli şey – qaraciyər yağlanması qaraciyərdə sərtləşmə əmələ gətiribmi, fibroz əmələ gətiribmi, xronik qaraciyər xəstəliyinə keçibmi – bunu müəyyən etməkdir.

Bunu müəyyən etməyin tək yolu, dəqiq diaqnoz üçün biopsiya lazımdır. Amma biopsiya da çox kiçik bir iynə ilə alındığına görə qaraciyərdə uyğun gələn yerə bağlı olaraq müxtəlif cavablar verə bilər.

Qaraciyər yağlanmasının mərhələsi necə təyin edilir?

Onun üçün günümüzdə çox araşdırılmalar aparılır invaziv olmayan üsullarla qaraciyər yağlanmasının qaraciyərə zərər verməsini müəyyən etmək üçün. Bir sıra düsturlar var. Qaraciyərin ultrasəs müayinəsi – elastoqrafiya ilə qaraciyərin sərtliyini hesablama, MR elastoqrafiya ilə qaraciyərin sərtliyini hesablama üsulları var. 

Qaraciyər yağlanması izlənməlidir

Bunlar çox önəmlidir. Çünki yağlanma olan hər kəsə bir dəfə də olsa, bunlar məsləhət görülür Məsələn, şəkərli diabet xəstələrində vaxtaşırı olaraq onları izləyən həkimlər qaraciyər yağlanmasının dərəcəsini və ya qayaciyərdə sərtliyinin dərəcəsini müəyyən etməlidirlər ki, daha sonra qaraciyər sirrozu və əmələ gələ biləcək qaraciyər xərçənginin qarşısını ala bilək. 

Fibroz varsa, artıq əgər qaraciyər yağlanmasını istər terapevt olsun, istər endokrinoloq olsun, izləyirsə, fibroz və xronik qaraciyər xəstəliyi varsa, bu həkim-qastroenteroloqa yönləndirilməlidir bu xəstələr ki, sonrakı izlənməsi həkim-qastroenteroloq tərəfindən aparılsın. 

Qaraciyər yağlanmasının müalicəsi necə aparılır?

Qaraciyər yağlanmasının müalicəsi üçün çox araşdırmalar aparılıb. 

Qaraciyərdə yağlanmanın sərtləşməyə, fibroza, xronik qaraciyər xəstəliyinə keçməsinin qabağını almaq üçün bir sıra dərmanlar araşdırılma mərhələsindən keçib və ya keçir. Amma heç biri praktikada öz əksini tapa bilməyib. Yəni, istifadə olunan dərman müalicəsi yoxdur qaraciyər yağlanmasında.

Əgər şəkərli diabeti varsa, onun müalicəsi, yüksək xolesterini varsa xəstənin onun müalicəsi, qaraciyər yağlanmasını azaldır. Ən əsası, xəstənin doğru qidalanması, diyetası və arıqlamasıdır. Yağlanma varsa, biz onlara müəyyən qidalanma rejimi məsləhət görürük və yaxından izləyirik. 

Artıq çəkidən xilas olmaq qaraciyər yağlanmasını azaldır

6 ay müddətində, ən geci 1 il müddətində əgər bu xəstə artıq çəkilidirsə, bu çəkisinin təxminən 5-10 faizini verməlidir ki, qaraciyər yağlanması yüksək nisbətdə düzəlir. 

Adətən, ultrasəs müayinəsi ilə baxırıq. Bir də qanda qaraciyər fermentlərində düzəlməni müşahidə edirik. Düzdür, qaraciyər fermentlərindəki yüksəklik və ya normal olması qaraciyər yağlanmasının qaraciyərə zərər verməsini birbaşa göstərən bir parametr deyil. Amma onları biz izləyərək qaraciyərdə yağlanmanın azaldığını görə bilirik və çalışmalarda da isbatlanmışdır ki, qaraciyər yağlanması olan insanlar əgər bədən kütləsinin 5 faiz verirsə, yağlanma azalır, 10 faiz verirsə, kəskin yağlanma – qaraciyərdə tam müalicə olunmuş ola bilir.

Yandal uzmanı Dr. Cavanşir Vahabov, Qastroenteroloq-Hepatoloq-İnvaziv Endoskopist

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!