İnsanlar arasında “qara su” kimi tanınan qlaukoma xəstəliyi gözə necə zərər verir?
Gözdaxili təzyiq yüksələrək göz alması göz sinirlərinə basıb oradakı sinir hüceyrələrini məhv edir və bir müdaxilə olmadığı halda bu görmə qabiliyyətinin itirməsinə gətirir.
Göz alması oval şar formasında olduğu üçün orada bir təzyiqin olması lazımdır fizika qanunlarına uyğun olaraq. Və bu təzyiqi gözün içindəki olan maye təmin edir. Bu maye gözün “siliyer” aparatının “processus ciliaris” tərəfindən ifraz olunur və axıcı yollar vasitəsilə, kanallarla gözdən xaric olunur.
Göz daxili təzyiq 2 səbəbə görə yüksələ bilər: o mayenin həddindən artıq ifraz olunması və axıcı yolların, kanalların tıxanması, daralmasına görə ola bilər.
Qlaukoma xəstəliyinin təhlükəli tərəfi odur ki, görmə pozğunluğu periferikdən başlayıb sentrala doğru gedir. Və bu halda ilkin mərhələlərdə pasiyent bunu hiss eləmir. Bu sadəcə rutin müayinələrdə göz həkimi tərəfindən aşkar olunur.
Artıq bizə gəldikdə o pasiyentlər bu sentral skotomlar olduğu vaxt olur və demək olar ki, sinir hüceyrələrinin çox hissəsi zədələnmiş halda olur. Sinir hüceyrələri bərpa olunmadığı üçün biz yaxşı olan görməni bərpa edə bilmirik. O olan-qalan görməni qoruya bilirik. Ona görə risk faktorunda olan insanlar ildə 1 dəfə rutin olaraq göz müayinəsindən keçməlidir.
Bu risk qrupu olan insanlar 40 yaşdan yuxarı, endokrin xəstəlikləri olan, diabet xəstələri, zob xəstələri, ürək damar problemləri olan pasiyentlər, uzun müddət steroid, hormonal terapiya alan pasiyetlər, ya da genetik, irsi… Yəni əgər ailədə kimdə isə qlaukoma xəstəliyi varsa, ildə 1 dəfə mütləq müayinə olunmalıdır.
Bu diaqnozu qoymaq üçün göz həkimi müəyyən diaqnostikalardan keçirir. Buynuz qişanın qalınlığına baxılır, paximetriya ölçülür. Görmə sahəsi perimetriya çəkilir. RNFL adlandırılan “göz sinirinin xəritəsi” çəkilir. Ən önəmlisi göz bəbəyi böyüdülərək həkim oftalmoloq tərəfindən göz siniri dəyərləndirilir.
İlkin mərhələlərdə dərman terapiyasına üstünlük veririk. Bu qrup preparatların məqsədi həddindən artıq ixrac olunan mayenin azaldılması və axış yollarının sirkulyasiyasının sürətləndirilməsidir.
Artıq gecikmiş mərhələlərdə və qlaukomun bəzi növlərində dərman müalicəsinə tabe olunmur. O zaman cərrahiyyə müdaxiləsi lazımdır. Trabekulotomiya, YAG Lazer İridotomiya, Trabekulaplastika olunur.
Qlaukom xəstələri bir şeyi başa düşməlidir ki, bu çox ciddi bir xəstəlikdir və daim göz həkiminin müşahidəsi altında olmalıdır və bu xəstəliyi çox ciddi qəbul eləməlidir.