qıcolmalar / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

usaqlarda_qizdirmadan_sudurqa_tutmasi.jpeg

7 June 2021 Neonatologiya1

Uşaq yaş qrupunda, özəlliklə, ilk 5 ildə bəzən bir necə dəqiqə sürən, “komplike olmayan” dediyimiz, yəni daha çox müddətə baxırıq biz burada, 30 dəqiqəni aşmayan müddətdə qıcolmalar ola bilər.

Qıcolmaların səbəbi, adətən, viral infeksiyalar və bakterial infeksiyalardır. Örnək verirəm: Viral infeksiyalar: qastroenterit və yaxud da kəskin respirator virus infeksiyalarından sonra qıcolmalarla qarşılaşa bilirik.

Valideyn nə etməlidir?

Əgər bir uşağı 3-4 dəqiqəlik qıcolma ilə yaxalayıbsa valideyn, onu 30 dəqiqəni keçmədiyi müddətcə beyinə xəsarətdən bəhs edilə bilməz.

Müəyyən əlamətlər olur, müəyyən klinika olur. O klinika nələrdir? 

Çənə kilidlənmə, ağızdan su axması, gözlərin bir tərəfə axması və vücudda titrəmələrdir. Valideyn bunun təlaşına qapılmasın. 

Bizə gətirənə qədər, ən yaxın xəstəxanaya gətirənə qədər 103 xidmətini çağıraraq, tez bir zamanda ilıq duşun altına salmalıdır uşağı. O müddətdə uşaq 80 faiz ehtimalla özünə gələcək. Qızdırmanın düşməsi fonunda özünə gələcək. 

Qətiyyən ağzına qaşıqla müdaxilə etməsin və ya barmaqla çənəsini açmağa cəhd göstərməsin. 

Tez bir zamanda, 20 dəqiqə içərisində, əgər valideyn uşağı xəstəxanaya gətirəcəksə, heç bir şəkildə beyində xəsarət yaratmadan və həkimin, təbii ki, müdaxiləsindən sonra beyində xəsarət yaratmadan o qıcolma durmuş olacaqdır.

5 yaş qrupunda beynimizdə yarımkürələrimiz tam inkişaf etmədiyi üçün bütün viral və ya bakterial infeksiyalarda bu kimi, yəni viral ineksiyaları örnək verirəm, respirator virus infeksiyalarında və yaxud da kəskin qastroentritlərində… Bakterial infeksiyalardan sidik yolları infeksiyalarında və ya bunun kimi səbəblərdən, qıcolma keçirmə ehtimalımız var. 

Bütün uşaqlarda görülmə ehtimalı haradasa eynidir. O səbəbdən “Mənim uşağım qıc oldu, beynində xəsarət ola bilərmi? Bundan sonra hər hansı bir nevroloji müayinə gərəklidirmi?”

Əgər 30 dəqiqə bu qıcolma keçməyibsə, daha da qısaldaq bu zamanı… Qıcolmalar 1-2 dəqiqə, maksimum 3-4 dəqiqə çəkə bilir. Həkimə gələnə qədər bütün qıcolmaların yüzdə 80-90-ı keçmiş olur.

Əgər 30 dəqiqəni aşmayan qıcolmadırsa və təbii ki, həkim müdaxiləsindən sonra, həkim müayinəsindən sonra kompleks bir şey müəyyən edilməyibsə, əgər ciddi bir şey uşaqda təsbit edilməyibsə, qızdırma ilə qıcolmaların səbəbi bəyində xəsarət yaratmadan sovuşur və ensefaloqramma və yaxud da MRT müayinələrinə ehtiyac duyulmur.

Əgər 30 dəqiqəni keçən qıcolma varsa və 24 saat içərisində bu qıcolma xəstəxana şəraitinə və yaxud da fərqi yoxdur evdə təkrarlanıbsa, o zaman EEQ dediyimiz iləri bir müayinə üsuluna və yaxud da MRT dediyimiz və yaxud da nevroloji dəyərləndirməyə ehtiyac duyulur.

Adətən, qıcolmalar xəstəliyin birinci, ikinci günü görülürlər. Valideyn 40 dərəcə temperatur olanda, adətən, narahat olur, “Mənim uşağımın 40 dərəcə temperaturu var və qıc olacaq”. Xeyr, qıcolmaların çoxu 37,2-lərdə, 37,1-lərdə keçilir. Həkimə müraciət edənə qədər 40 dərəcəyə qədər temperatur çıxmış olur. O səbəbdən “sub-klinik qıcolma” dediyimiz bir şey var…

Sub-klinik qıcolmanın səbəbi nədir? 

Adətən, uşaqlarda 37.1-lərdə qıcolma olur və 38-39-a keçən uşaqlarda adətən qıcolma görmürük biz. 

Mən yenə vurğulayıram qıcolma 37,2-lərdə, 37.3-lərdə, ümumiyyətlə, olur. O müddətdə əgər uşaq narahatdırsa, qıcolma əleyhinə deyil də, qızdırmasalıcı siroplardan istifadə eləyə bilərik.

Amma ümumi olaraq bizim qızdırma salıcımız üçün sərhəddimiz 37,8 və üzəridir. Amma valideyin narahatdırsa, “Mənim uşağım qıcolma ehtimalı ola bilər, mənim uşağım temperaturdan özünü buraxa bilər”, o zaman 37-ni keçdikdən sonra da qızdırmasalıcı verə bilərik.

Uzman Dr.Lalə Nəzərli, Pediatr-Neonatoloq


epileptik-qicolmalar-tutmalar.jpeg

17 May 2021 Neyrocərrahiyyə0

Epilepsiyanın diaqnozu necə qoyulur?

Epilepsiya diaqnozu anamnezlə, yəni xəstənin tarixçəsi ilə qoyulur və tutmanı müşahidə edərək, ən dəqiq diaqnozu qoya bilərik. 

Video elektroensefaloqrafiya dediyimiz bəzi müayinələr var xəstənin beyin dalğalarını ölçən… Bunları ölçdükdən sonra bu müayinələrlə birlikdə bu diaqnozu qoya bilərik. 

Ehtiyac olarsa MRT, KT diaqnostika metodlarına müraciət edə bilərik. Bu şəkildə diaqnoz qoya bilərik.

Epilepsiyanın müalicəsi necə aparılır?

Əslində dərmanla müalicə olunur. Hər şeydən əvvəl, xəstənin yaşından və epilepsiya növündən asılı olaraq dərman müalicəsi başlayır. Adətən, bu qrup xəstələri beyin cərrahları yox, nevropatoloqlar, nevrologiya mütəxəsissləri təqib edir. Onların verdikləri dərman müalicəsi ilə xəstələr təqib edilir. Tək bir dərmana cavab vermirsə, ikili dərmana keçirilə bilər. Bu dərmanların dozaları dəyişdirilə bilər. Bəzən 3 və ya 4 dərmana çıxıla bilər. Ancaq buna baxmayaraq xəstədə keçməyən qıcolmalar ola bilir. Belə olan halda, xəstənin beyin görüntülənməsində epileptik ocaq varsa, epilepsiyaya səbəb olacaq bir ocaq varsa, əməliyyatla aradan qaldırılması məqsədəuyğundur. 

Əməliyyat olunmasına və dərman qəbul edilməsinə baxmayaraq tutmalar hələ də davam edirsə, bu dəfə son illərdə geniş yayılmış epilepsiya batareyalarından – Vagus Sinir Stimulyatorlarından (VNS) istifadə edirik.

Xəstə yaxınları nələrə diqqət etməlidirlər? 

Davamlı tutması olan xəstələrin yaxınları daim onların yanında olmalıdırlar. Xüsusilə, evdən kənara çıxdıqda, sosial həyata qarışdıqda epileptik tutmalar yaşandığı zaman xəstə və xəstə yaxınları bəzi çətinliklərlə qarşılaşırlar. Bu səbəbdən xəstələrin yaxınları üçün də bu çox ciddi bir problemdir. Xəstəni hər zaman qorumalı və nəzarət etməlidirlər. Tutma zamanı xəstələr yıxılıb başını sərt bir yerə vura bilirlər. Yıxılmaya bağlı olaraq sınıqlar, çıxıqlar, sürüşmələr ola bilir bu xəstələrdə. Yenə, gecə, yuxuda ikən baş verən tutmalar zamanı, təəssüf ki, ölümə qədər gedən bir sıra ağır hallarla qarşılaşırıq. Xəstələrin yaxınları üçün də son dərəcə çətin keçən bir xəstəlikdir.

Vagus Sinir Stimulyatoru nədir?

Boynumuzda bir sinir var, Vagus deyilən. Bu sinirə bir elektrod yerləşdiririk və bir də batareya yerləşdiririk körpücük sümüyünün altına. 

Bu beyindəki aktivliyi tənzimləyən bir metoddur. Epilepsiyaları dayandırmaq, qarşısını almaq üçün istifadə edilən bir metoddur. 

Hər xəstəyə kömək edirmi? 100% effektivdirmi? Xeyr. Təəssüf ki, 100% effektiv deyil. Amma xəstələrin 10-20 faizində dərmanlardan tamamilə xilas olma şansı var. 80 faizə çatan nisbətlərdə də dərmanları VNS-lə birlikdə istifadə edərək, tutmaların dayandırılması, nəzarətdə saxlanılması mümkündür.

Prof.Dr. Özkan Tehli, Neyrocərrah




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!