qızdırma / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

usaqlarda_qizdirmadan_sudurqa_tutmasi.jpeg

7 June 2021 Neonatologiya1

Uşaq yaş qrupunda, özəlliklə, ilk 5 ildə bəzən bir necə dəqiqə sürən, “komplike olmayan” dediyimiz, yəni daha çox müddətə baxırıq biz burada, 30 dəqiqəni aşmayan müddətdə qıcolmalar ola bilər.

Qıcolmaların səbəbi, adətən, viral infeksiyalar və bakterial infeksiyalardır. Örnək verirəm: Viral infeksiyalar: qastroenterit və yaxud da kəskin respirator virus infeksiyalarından sonra qıcolmalarla qarşılaşa bilirik.

Valideyn nə etməlidir?

Əgər bir uşağı 3-4 dəqiqəlik qıcolma ilə yaxalayıbsa valideyn, onu 30 dəqiqəni keçmədiyi müddətcə beyinə xəsarətdən bəhs edilə bilməz.

Müəyyən əlamətlər olur, müəyyən klinika olur. O klinika nələrdir? 

Çənə kilidlənmə, ağızdan su axması, gözlərin bir tərəfə axması və vücudda titrəmələrdir. Valideyn bunun təlaşına qapılmasın. 

Bizə gətirənə qədər, ən yaxın xəstəxanaya gətirənə qədər 103 xidmətini çağıraraq, tez bir zamanda ilıq duşun altına salmalıdır uşağı. O müddətdə uşaq 80 faiz ehtimalla özünə gələcək. Qızdırmanın düşməsi fonunda özünə gələcək. 

Qətiyyən ağzına qaşıqla müdaxilə etməsin və ya barmaqla çənəsini açmağa cəhd göstərməsin. 

Tez bir zamanda, 20 dəqiqə içərisində, əgər valideyn uşağı xəstəxanaya gətirəcəksə, heç bir şəkildə beyində xəsarət yaratmadan və həkimin, təbii ki, müdaxiləsindən sonra beyində xəsarət yaratmadan o qıcolma durmuş olacaqdır.

5 yaş qrupunda beynimizdə yarımkürələrimiz tam inkişaf etmədiyi üçün bütün viral və ya bakterial infeksiyalarda bu kimi, yəni viral ineksiyaları örnək verirəm, respirator virus infeksiyalarında və yaxud da kəskin qastroentritlərində… Bakterial infeksiyalardan sidik yolları infeksiyalarında və ya bunun kimi səbəblərdən, qıcolma keçirmə ehtimalımız var. 

Bütün uşaqlarda görülmə ehtimalı haradasa eynidir. O səbəbdən “Mənim uşağım qıc oldu, beynində xəsarət ola bilərmi? Bundan sonra hər hansı bir nevroloji müayinə gərəklidirmi?”

Əgər 30 dəqiqə bu qıcolma keçməyibsə, daha da qısaldaq bu zamanı… Qıcolmalar 1-2 dəqiqə, maksimum 3-4 dəqiqə çəkə bilir. Həkimə gələnə qədər bütün qıcolmaların yüzdə 80-90-ı keçmiş olur.

Əgər 30 dəqiqəni aşmayan qıcolmadırsa və təbii ki, həkim müdaxiləsindən sonra, həkim müayinəsindən sonra kompleks bir şey müəyyən edilməyibsə, əgər ciddi bir şey uşaqda təsbit edilməyibsə, qızdırma ilə qıcolmaların səbəbi bəyində xəsarət yaratmadan sovuşur və ensefaloqramma və yaxud da MRT müayinələrinə ehtiyac duyulmur.

Əgər 30 dəqiqəni keçən qıcolma varsa və 24 saat içərisində bu qıcolma xəstəxana şəraitinə və yaxud da fərqi yoxdur evdə təkrarlanıbsa, o zaman EEQ dediyimiz iləri bir müayinə üsuluna və yaxud da MRT dediyimiz və yaxud da nevroloji dəyərləndirməyə ehtiyac duyulur.

Adətən, qıcolmalar xəstəliyin birinci, ikinci günü görülürlər. Valideyn 40 dərəcə temperatur olanda, adətən, narahat olur, “Mənim uşağımın 40 dərəcə temperaturu var və qıc olacaq”. Xeyr, qıcolmaların çoxu 37,2-lərdə, 37,1-lərdə keçilir. Həkimə müraciət edənə qədər 40 dərəcəyə qədər temperatur çıxmış olur. O səbəbdən “sub-klinik qıcolma” dediyimiz bir şey var…

Sub-klinik qıcolmanın səbəbi nədir? 

Adətən, uşaqlarda 37.1-lərdə qıcolma olur və 38-39-a keçən uşaqlarda adətən qıcolma görmürük biz. 

Mən yenə vurğulayıram qıcolma 37,2-lərdə, 37.3-lərdə, ümumiyyətlə, olur. O müddətdə əgər uşaq narahatdırsa, qıcolma əleyhinə deyil də, qızdırmasalıcı siroplardan istifadə eləyə bilərik.

Amma ümumi olaraq bizim qızdırma salıcımız üçün sərhəddimiz 37,8 və üzəridir. Amma valideyin narahatdırsa, “Mənim uşağım qıcolma ehtimalı ola bilər, mənim uşağım temperaturdan özünü buraxa bilər”, o zaman 37-ni keçdikdən sonra da qızdırmasalıcı verə bilərik.

Uzman Dr.Lalə Nəzərli, Pediatr-Neonatoloq


usaqlarda-qizdirma.jpg

30 December 2020 Pediatriya181

Payız gəlir, qış gəlir, uşaqlar məktəbə gedirlər. məktəbə getməsələr də, insanlar bir arada toplanırlar. Yoluxucu xəstəlikləri bir-birlərinə yoluxdururlar uşaqlar və axşam, ya da günün hansısa bir saatında temperaturu çıxır. Və Ailələrin ən əhəmiyyətli problemlərindən də biri bu temperaturdur. Əslində, “normal bədən temperaturu nədir?” sualının, birinci, cavabını verməliyik. Normal bir uşağın gün içərisində 0,5-0,8 dərəcə fərq göstərməklə birlikdə 36,5-37,5 normal bədən temperaturudur. 37,5-in üzərini temperatur olaraq adlandıra bilərik. 37,5-38, bəzi qaynaqlarda 38,3 subfebril bədən temperaturu olaraq adlandırılır. 38 vəya az öncə dediyimiz mötərizə içərisində bəzi qaynaqlara görə 38,3-ün üzərində yüksək temperatur olaraq adlandırılır. 

Temperatur özü nədir? 

Uşaqların temperaturu çıxır, Temperaturun özü, qızdırmanın özü bir xəstəlikdirmi? 

İnsan xəstələnib… Nəyi var? Temperaturu var. Demək ki, bu temperaturu xəstəlik kimi qəbul edirlər. Əslində, temperatur bir xəstəlik deyil. 

Temperatur iltihabın 5 əlamətindən biridir. İltihabın 5 əlaməti, qızarıqlıq, şişlik, ağrı, funksiyanın pozulması və temperaturun artması. Temperaturun artması yerli ola bilər, lokal ola bilər infeksiyanın və ya iltihabın olduğu nahiyədə ola bilər, bütün bədəndə ola bilər

Ona görə temperatur bir xəstəlik deyil. Ona görə biz heç vaxt temperaturu müalicə etmirik. Temperatura səbəb olan xəstəliyin adını qoyuruq bu xəstəliyi müalicə edirik. 

İndi xalq arasında İki inanc var əslində və çox təəssüf ki, bunun səhv olduğunu da ifadə etmək istəyirəm.  

Bir – “Temperatur var, temperaturu müalicə edək, bir xəstəlikdir”. 

Temperatur bir xəstəlik deyil. Temperatur iltihabın 5 əlamətindən biridir. İltihabın da ən çox qarşımıza çıxan səbəbi infeksiyadır. Qulağında, burnunda, boğazında, ağciyərində, sidik yolunda, böyrəyində, dərisində, oynağında, sümüyündə, hər hansı bir yerində bir infeksiya var və temperaturu çıxarır, birinci budur. 

İkinci və ən əhəmiyyətlisi deyir ki, “qızdırması var, 3 gün qızdırma düşürən istifadə et, əgər temperatur keçmirsə həkimə gəl.” Bu da səhv bir fikirdir.

Uşağın temperaturu var, səbəbini bilmirik. Yəni qrip olubdur, öskürür, boğazı ağrıyır, ciddi bir toksik görünmür uşaq və ya öskürür, amma nəfəs alıb vermədə ciddi bir çətinlik çəkmir, tənginəfəsliyi yoxdursa, bu uşaq üçün tamam bir-iki gün qızdırma düşürən, üst tənəffüs yolu kəskin respirator xəstəlikləri üçün olan dərmanlar istifadə oluna bilər. Səbəbini bilmədiyimiz hər temperatur bizim üçün dəhşətdir. Niyə? Qızdırması var 39 dərəcə, viraldır, hansı virus? Analiz verdin nəyə görə biz buna viral deyirik? 

Baxmaq lazımdır, bəlkə uşağın sidik yolu infeksiyası var, biz bu uşağa verək 3 gün qızdırma düşürücünü, böyrəkləri məhv etsin buradakı infeksiya və 3 gün sonra kəskin böyrək yetməzliyindən yataq reanimasiyaya. Başqa bir tərəfdən danışım. 

Səbəbini bilmədiyimiz bir qızdırma var, uşaq meningitdir, 3 gün ver qızdırma düşürücünü ki, viraldır, hansı virus yəni hansı analizi verdik burada, vermədən yəni həkimə gəlmədən. Sən 3 gün ver qızdırma düşürücünü sonra gəl ki, septik şokla və ya beyin abzesi ilə və ya hər hansı bir ağırlaşma ilə miningitin gəl xəstəxanaya ömür boyu bunun şikəstliklərini daşı. 

Ona görə temperatur bizim üçün ciddi bir şikayətdir. Səbəbi üst tənəffüs yolu infeksiyası, qrip dediyimiz şeyə biz kobud şəkildə qrip deyirik. Əslində qripin özü də müalicə olunması gərəkən bir xəstəlikdir. Üst tənəffüs yolun kəskin respirator xəstəliyidirsə, 2 gün, 3 gün uşaqda ciddi bir tənginəfəslik yoxdur, ciddi toksik halsız, yorğun görünmürsə, 2-3 gün qızdırma düşürən verə bilərik, dərmanlarla işləyə bilərik. 

Öskürək artdı, nəfəs alıb vermədə əziyyət çəkməyə başladı, halsızdır, yemir, içmir, iştahsızdır, yatır bir tərəfdə bu deməkdir ki, bir problem var xəstəxanaya gedək. Səbəbini bilmiriksə, əgər temperaturun o zaman həkimlə danışmağımız lazımdır. Bunun altından sümük infeksiyasından, meningitdən, böyrək infeksiyasına qədər fərqli xəstəliklər çıxa bilir. 

Demək ki, temperatur, qızdırma bir xəstəlik deyil. Temperatur iltihabın 5 əlamətindən biridir. Səbəbini bilməliyik. Səbəbini bilmədiyimiz hər temperatur, hər qızdırma bizim üçün ciddi problemdir ki, biz həkimlər olaraq bu sahədə ən ağır xəstələrlə məşğul olan, yəni mən yenidoğan reanimatoloq olaraq, həm uşaq xəstəlikləri uzmanı olaraq təhsil aldığımız müddətdə də, Türkiyədə işlədiymiz müddətdə də yüzlərlə, minlərlə belə xəstələrlə reanimasiyada əlimizdən keçdi. Qarşılaşdıq və həqiqətən, az əvvəl dediyim iki inanca, amma səhv olan inanca inanıb xəstəxanaya gec gələn, həkimə gec gedən hallarda uşaqlar bəzən bunun ömür boyu əziyyətini çəkmək məcburiyyətində qalır. 

Uşaq kimdir? Uşaq 70 il gələcəyi olan bir insandır. Yəni bizim gələcəyimizdir bu uşaqlar. Bu gün bir toxumu əkib o toxumu necə becərərsən, necə suyunu verərsən, necə münbit torpaqda əkib, necə yaxşı baxarsan sənə gələcəkdə o şəkildə bəhrə verər, o şəkildə böyüyər. Uşaqlara da biz necə baxarsaq, bu gün doğulmuş, istər vaxtında doğulsun, istər vaxtından əvvəl doğulsun. Bir uşağa biz necə baxarsaq, necə qulluq edərsək, qulluq etmək hər istədiyini vermək deyil, hər şeyi miqdarında və yerində vermək deməkdir. Yəni hər istədiyini verib ərköyün böyütməmək lazımdır, səhv mesaj verməyim. Düzgün şəkildə, standartlara uyğun şəkildə baxarsaq, o şəkildə də gələcəkdə 10 il, 20 il sonra nəticəsini görəcəyimizi fikirləşirik. 

Burada həm sosial baxım, bizim işimiz sadəcə tibbi uşaq xəstəlikləri deyil, sosial pediatriya dediyimiz bir şey var. Uşağın sosial həyat və tibbi həyatı bunların ikisini birləşdirib baxmaq lazımdır. Biz həkimlərin də, ailələrimizin də sosialla tibbini birləşdirib nə qədər yaxşı baxarsaq, o qədər yaxşı nəticə görəciyimizi fikirləşirəm. 

Son nöqtə olaraq söyləsək, temperaturun səbəbini bilmiriksə, həkimə getmək lazımdır. Həkim baxsın, müayinə etsin, lazım gəlsə qanından, sidiyindən, nədənsə analiz görsün ki, səbəbini görməyə temperaturun səbəbi müayinədə aşkar olunmazsa, yenə həkim bu analizləri bizdən istəyəcək. Ona görə də sonrakı izləm, müalicə planının izlənməsi lazımdır. 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!