revmatoid artrid / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

revmatoloji-xestelikler-ve-fesiller-1200x675.jpeg

8 September 2022 Revmatologiya2

Revmatizmal xəstəliyi olan insanlar çox zaman müraciət etdikdə bizə deyirlər “Doktor, revmatizmal xəstəliklər bildiyiniz kimi yaz-payız aylarında daha çox aktivləşir və bu dövrdə biz dərmanları qəbul edirik”. Yaxud da öncədən alışdıqları kimi “kurs” şəklində müalicə qəbul edirlər. Amma insanlarımızın, xəstələrimizin nəzərinə çatdırmaq istəyirəm ki, revmatizmal xəstəliklər mövsüm xarakteri daşımırlar. 

Yəni revmatizmal xəstəliklərin 220-yə yaxın növləri var ki, onlar istər payızda, istər yayda, istər yazda aktiv bir halda ola bilirlər. Yəni rematoid artrit dediyimiz insanlar arasında daha çox yayılan və “poliartrit” deyə bilinən xəstəlik istər istər yaz, istər payız, istər qışda fərqi yoxdur hər dövrdə aktivləşə bilər. 

Bu xəstəlik hər iki, üst və alt ətraf oynaqlarda, oynaqların ağrılı, şişliyi şəklində müşahidə olunur, deformasiyalarla müşahidə olunur.

Xəstələr yay mövsümündə dərmanlarını çox zaman kəsirlər, qəbul etmirlər. Bu isə xəstəliyin alovlanmasına və aktivləşməsinə səbəb olur. Bu da geri dönməyən ağır deformasiyalara səbəb ola bilər.

Bildiyimiz kimi revmatoid artrit birinci qrup əlilliklə nəticələnə bilir xəstələrdə. Oynaqların tamamilə sıradan çıxmasına səbəb ola bilər. Bu səbəbdən doktorlarının məsləhəti olmadan qətiyyən “Yaydır” deyib keçməsinlər və dərmanlarını doktorlarının nəzarəti altında qəbul edib, dozanı azaltsınlar və yaxud da ki, belə deyək kəsmək məsləhətdirsə kəssinlər.

Dr.Aynurə İsmayılova, Revmatoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!