Şəkərli diabet / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

hamilelik_diabeti-1200x675.jpeg

25 August 2022 Ginekologiya0

Bəzən hamilələrdən şəkər testi istərkən onlar çox təəccüb edir ki: “Doktor, mənim ailəmdə şəkər yoxdur, risk qrupunda deyiləm.” Amma bəzən hamiləlikdə şəkər ortaya çıxa bilər və bunun çox ciddi fəsadları ola bilər. 

Bunlar nə kimi problemlərdir?

Hamiləliyin ilk yarısında olan şəkər problemləri fərqli fəsadlara yol aça bilər. 2-ci trimestrdan sonra olan hamiləlik diabeti daha fərqlidir. 

Pregestasionar diabet

İlk hamilə qaldıqda, ilk trimestrində, hamiləliyin 3 aylığında mütləq şəkildə hamilələrdə aclıq şəkərini yoxlayırıq. Bu nəyi göstərir? Hamiləlikdən əvvəl olan bir diabet hadisəsi varmı, diabet halı varmı? 

Əgər kontrolsuz bir şəkər varsa, buna biz pregestasionar diabet deyirik, yəni hamiləlikdən öncə olan bir diabet. O zaman bunun hamiləlikdə ciddi bir fəsadları ola bilər, uşaqda müəyyən qüsurlara yol aça bilər və bunun da artıq aşkarlananda çox gec ola bilər. Uşaqda ürək qüsurları ola bilər, beyin qüsurları ola bilər. 

Amma əgər bir diabet halı varsa, hamiləliyin təyin anından düzgün kontrolla hamiləlik sağlam şəkildə irəliləyə bilər. 

Gestasionar diabet

Bizi maraqlandıran mövzulardan biri də hamiləliyin 25-28-ci həftəsində olan hamiləlik diabetidir. Hamiləlik diabetinin diaqnozunu biz bu həftədə “qlükoza tolerans testləri” ilə qoyuruq: 50 qram, 75 qram və 100 qram testlər olaraq bilinir. 

Biz nəyə görə qərar veririk, hansı testi seçək? 

Hamilələri risk qrupuna görə ayrırıq. 

Əgər hamilənin ailəsində şəkər xəstəsi varsa, anamnezində daha öncə ölü doğum hadisəsi varsa, qadın çox kiloludursa, daha əvvəl 4 kiloluq və daha artıq uşaq dünyaya gətiribsə, hal-hazırki ultrasəs müayinəsində uşağın ölçüləri böyükdürsə, çox sululuğu varsa, bu kimi risk qrupunda olan hamilələr və yaş qrupu. Xüsusilə 35 yaşın üzərində diabet riski artır. 

Bu hamilələrə biz xüsusilə, 75 qram diaqnoz testini mütləq istəyirik. 

Amma aşağı risk qrupu olan xəstələr olur ki, arıqdır, gənc yaşdadır, ailədə şəkər anamnezi yoxdur, ultrasəs müayinəsində hər hansı bir problem yoxdur. O zaman bunları 50 qram skrininq testi olaraq da edilə bilər. 

Bu testlərin nəticəsi çox önəmlidir. 

Əgər hamiləlik diabeti təsdiqlənərsə, “gestasionar diabet” deyirik, mütləq şəkildə ciddi kontrol edilməlidir və əgər yüksək şəkərlər varsa mütləq endokrinoloqa yönəldirik onları. 

Hamiləlikdə istər dietoloqla, ya da hamilənin özü dietlər edərək, pəhriz saxlayaraq şəkəri kontrolda saxlayır. Əgər kontrolsuz şəkildə yüksək şəkər varsa, o zaman ehtiyac duyularsa endokrinoloq nəzarəti ilə insulin müalicəsinə də başlana bilir. 

Uzm.Dr.İlhamə Eldarova, Cərrah mama-ginekoloq


seker_xestelerinde_goz_problemleri.jpg

8 January 2021 Oftalmologiya2

Şəkər xəstəliyi digər orqanlar kimi gözdə də ciddi fəsadlara səbəb ola bilir. Bunların başında da diabetik retinopatiya gəlir.

Diabetik retinopatiya şəkər xəstəliyinin, gözün tozlu qişasında səbəb olduqda dəyişikliklərə verilən ümumi addır.

Digər fəsadları isə göz təzyiqinə bağlı yaranan “qara su” xəstəliyi, “mirvari suyu”, göz quruluğu və digər dəyişikliklərə səbəb ola bilər.

Diabetik retinopatiya şəkər xəstələrinin haradasa 40%-də görülür və şəkər xəstələyinin gedərək artan görülmə sıxlığı diabetik retinopatiyanın da ciddi korluq səbəblərindən biri olmasına gətirib çıxarır.

Kimlər diabetik retinopatiya baxımından risklidir?

Həm tip 1, həm tip 2 diabet xəstələrində diabetik retinopatiya ortaya çıxa bilər.

Xəstəliyin müddəti önəmlidir. Yəni uzun müddət şəkər xəstələyində diabetik retinopatiya görünmə ehtimalı daha yüksəkdir.

İkinci risk faktoru isə pis metobolik kontroldur. Yəni, şəkər səviyyələri yüksək seyr edilən xəstələrdə diabetik retinopatiyanın görülmə ehtimalı daha yüksəkdir.

Hamilələr də risk qrupundadır. Ona görə hamilələrdə şəkər xəstəliyi mövcuddursa, həm hamiləlik boyunca, həm də hamiləlikdən sonra göz dibi müayinələri etdirməsi gərəkir.

Təzyiqi olan xəstələr, böyrək xəstəliyi olanlar, siqaret kimi pis vərdişləri olan xəstələrdə də diabetik retinopatiyanın görünməsi yüksək səviyyədədir.

Şəkər xəstələri hansı şikayətlə göz həkiminə müraciət edir?

Adətən diabetik retinopatiyanın erkən mərhələlərində hər hansı bir əlamət olmur. 

Xəstəlik irəlilədikcə görmə mərkəzində maye toplandığı zaman xəstələr görmə azalması şikayəti ilə oftlmoloqa müraciət edirlər..

Bundan başqa göz dibindəki qanamalara bağlı olaraq göz içində uçan qara cisimlər və görmə sahəsindəki defektlərlə xəstələr baş vura bilərlər.

Xəstəliyin daha iləri mərhələlərində göz içi ani qanamalar meydana çıxa bilər ki, xəstələrdə birdən-birə görməsinin itməsi şikayəti ilə bizə müraciət edir.

Diabetik retinopatiyanın müalicəsi

Xəstələr göz həkiminə müraciət etdiklərində hər zamanki kimi geniş bir şəkildə anamnez alınır. Damla tökərək göz bəbəkləri genişləndirilir, xəstənin göz dibi müayinəsi edilir.

Ehtiyac olarsa xəstənin göz arxasının xəritələri, optik koherens tomoqrafiya dediyimiz göz dibi xəritələri çəkilir. Proliferativ xəstəlik düşünülənlərdə yəni daha iləri mərhələ şəkərli diabetlərdə göz dibinin anjiosu dediyimiz, damardan rəngli maddə verilərək gözün arxa tərəfinin şəkilləri çəkilir. Bunların nəticəsində xəstədəki diabetik retinopatiyanın hansı mərhələdə olduğu təsbit olunur və ona görə də xəstənin müailəcisi təyin olunur. 

Müalicə seçənəyi olaraq xəstələrə göziçi inyeksiyalar və lazer tədavisi, bəzi hallarda isə əməliyyat gərəkə bilər.

Bizə müraciət edən xəstələrə birinci tövsiyəmiz mütləq şəkəri stabil saxlamaq, yanaşı gedən təzyiq və sairə xəstəlik varsa onları kontrol altında saxlamalıdır.

Düzgün metabolik kontrolla bu xəstəliyin müalicəyə verdiyi cavab da daha yaxşı olur.

Lazer müalicəsini proliferativ diabetik retinopatiyada sıx icra edirik. Bu xəstələrdə bir neçə seansda görmə mərkəzi və optik disk qorunaraq perifirik torlu qişa sahələri lazer vasitəsilə yandırılır və yeni damar əmələ gəlməsini, ani qanamalar əmələ gəlməsini önləyirik.

Göz üçün inyeksiyalar daha çox görmə mərkəzində mayenin toplanması nəticəsində ortaya çıxan “makula ödemi”ndə icra edilir.

Burada da əlimizdə bir neçə seçənək var. Onlardan birisi anti-VEGF maddələr, digəri isə steroidlərdir. Bunlar da xəstələrə ayda bir dəfə olacaq şəkildə bir necə ay icra edilə bilər.

Əməliyyat isə artıq xəstənin gözündə davam edən uzunmüddətli bir qanama mövcuddursa və ya görmə mərkəzində çəkintiyə səbəb olan zarlar varsa, “tractional retinal detachment “ dediyimiz vəziyyət varsa icra olunur. 

Əməliyyat sonrasında da görmə proqnozunun yaxşı olması bəzi faktorlara bağlıdır. Əgər xəstənin əməliyyatdan öncəki görmə itiliyi yaxşıdırsa, 40 yaşın altındadırsa, əməliyyatdan öncə göz dibi lazerləri olunubsa, bu xəstənin əməliyyat sonrası görmə proqnozu daha yaxşıdır.

Şəkər xəstələri göz problemlərinə qarşı nə edə bilər?

Əgər diabetiniz varsa, şəkərli diabet xəstəsisinizsə, ildə bir dəfə ən az göz dibi müayinəsi olunmalısınız.

Əgər göz dibində şəkərə bağlı heç bir fəsad yoxdursa, göz həkimi bir il aralarla şəkərli diabet xəstələrini kontrola çağırır.

Əgər şəkərə bağlı diabetik retinopatiya artıq başlayıbsa, bu müddət daha da qısalır.

Yüngül səviyyədədirsə 6 ayda bir, daha orta və ciddi səviyyələrdədirsə daha qısa müddətlərdə 3 ay aralıqlarla kontrollara çağırılır.

Dr. Arif Məlikov, Cərrah oftalmoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!