sac ekilmesi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

sac-ekilmesi.jpeg

4 May 2021 Dermatologiya3

Saç əkimi tökülmüş saç nahiyəsinə donor bölgə dediyimiz arxa bölgədən tüklərin alınıb, kanal açıldıqdan sonra yerləşdirmə prosedurudur.

Saç əkimi daha çox dünya praktikasında “kişi tipli” saç tökülməsində istifadə olunur. “Androgenetik alopesiya” tibbi dildə adıdır bunun. Kişilərdə də rast gəlirik buna daha çox, xanımlarda da ola bilər.

Saç əkimi hal-hazırda müasir üsullardan, ən aktiv istifadə olunan FUE üsuludur. “Follicular Unit Extraction” dediyimiz, yəni tüklərin bir-bir alınıb ön tərəfə açılan kanallara yerləşdirilməsi prosedurudur.

Ən çox suallar verilir, “Əkilən saçlar yenidən tökülürmü?”, “Qarantiya verirsinizmi saç tökülməsi olacaq, yenidən olmayacaq?”

Hər hansı bir dəri infeksiyası, hər hansı bir başqa bir genetik və autoimmun bir xəstəlik fonunda tökülməzsə, təbii ki, androgenetik tökülmədən söhbət getmir, ənsə nahiyəsindən alınıb ön tərəfə əkilən tüklər tökülmür. Yəni bu tibbi olaraq təsdiqlənmiş bir şeydir, tökülmür yəni.

Düzdür, 3 aya qədər bir “şok tökülmə dönəmi” olur, əkimdən sonra o artıq normal bir şeydir. Xəstələrin, demək olar ki, əkilən xəstələrin 95 faizində bu tökülmə olur 3 ayına qədər. 3 aydan sonra təkrar yenidən çıxmağa başlayır. Təbii ki, əkilən yerdən danışırıq.

Başqa əkim sahəsi “androgenetik alopesi”dən əlavə, yəni “kişi tipi” tökülmədən əlavə travma olan yerlərə tutalım ki, yanıbdır xəstənin saçında bir müəyyən nahiyə, o hissədən artıq tük çıxmır, kökləri tamamilə məhv olub orada. O çapıq toxuması olan yanıq nahiyəsində saç əkmək mümkündür və yaxud da qaş olsun ve yaxud da saqqal olsun, eləmək mümkündür.

Bundan sonra bəzi dəri xəstəlikləri var. Məsələn, göbələk mənşəli “Tinea capitis” dediyimiz bir xəstəlik var. Onun dərin versiyası – “Tinea capitis profunda” dediyimiz, çox zədələyir, yəni tük köklərini, dərinə qədər irəliləyir başın dərsindən. Və nəticə etibari ilə zədələnmiş kökləri, follikullar atrofiya olur və ya “lysis” olur parçalanır artıq oradan tük çıxmamağa başlayır. Əgər o xəstəlik tam sağalıbsa, müalicə bitdikdən sonra bir neçə ay sonra və ya 1 il sonra oraya tük əkmək mümkündür.

Və yaxud da digər autoimmun xəstəliklər vardır, o xəstəliklərin də saç tökülməsi ilə özünü göstərən növləri vardır. Məsələn, tutalım ki, bir xəstə var “Alopesi areata” dediyimiz “ocaqlı dazlıq” var. Məsələn, müəyyən bir nahiyədə, tutalım, bir qəpik boyda bir yer və yaxud da ovuc içi boyda bir yer tökülür, oradan tük çıxmır. Müalicələrə tabe olub tük çıxa bilər. Bəzən çıxmır. Əkim etdirmək istəyir, bunu etmək olmaz. Yəni autoimmun xəstəlik olduğu üçün əkdiyin tük yenə töküləcək. Yəni bu mümkün deyil, artıq bu başqa tip bir saç tökülməsidir.

Və yaxud da hər hansı bir bayaq vurğuladığım kimi aktiv bir xəstəlik var. Məsələn, “Lichen planus” dediyimiz, Azərbaycanca “xətvari yastı dəmrov” var, məsələn, onun başın dərisini tutan versiyası var. Bunun da tibbi adı var, “Lichen planopilaris” dediyimiz. Yəni bir saç dibi, başın dərisi çapıq qoyaraq sağalır həmin xəstəlik nahiyəsi. Və çapıq qoyaraq sağalan nahiyələrdə tük tökülməsi olur. Əgər bu xəstəlik də aktivdirsə, həmin şəxsdə o şəxsə saç əkimi etmək olmaz. Çünki aktiv xəstəliyi var, artıq başqa bir saç tökülməsidir bu, xəstəliyə bağlıdır, əgər götürüb əkdinsə, yenə töküləcəkdir.

Ona görə saç əkimi etmək üçün xəstə seçimi düzgün olmalıdır. Bundan sonra saç əkimi hansı xəstəliyə edəcəyin düzgün olmalıdır. Bəzən “full” keçəlliyi olan, bütün saçı tökülən kişilər müraciət edir. Onlarda əkim eləmək üçün öncədən bilgiləndirmək lazımdır. Çünki saç əkimi kosmetik bir işləmdir. 

Yəni biz gicgaq, qulaqların üstünə qədər, belə deyək, götürəcəyimiz bir donor nahiyə var, bölgə var. O nahiyədən götürəcəyimiz tüklər çox deyil. Yəni müəyyən qədər götürə bilirik. Çünki çox da götürsək, bu dəfə arxa nahiyəni seyrək saxlamış olarıq. Görüntü, təbii ki, korlanır. 

Saçları sıxdırsa, donor bölgəsi yaxşıdırsa, tük sayı çox götürülə bilər. Ön tərəfdə görüntü daha yaxşı ola bilər. Və yaxud da seyrək ola bilər, az götürə bilərsən tük.

Və yaxud da əksən necə olar? Xəstəyə bunu öncədən izah eləmək lazımdır ki, o insanın gözləntilərinə uyğun, yəni 100 faizlik bir şey yoxdur. Sən belə əkəcəksən əvvəlki kimi olacaq? Yox, çünki götürə biləcəyin tük sayı qədər götürməlisən.

Ümumiyyətlə, saç əkim proseduru əslində minimal cərrahi bir prosedurdur. Götürəndən sonra, əkimdən sonra xəstənin bir 1 həftə yüngül çətinliyi olur. Əkimdən təxminən 3-4 gün sonra yüngül bir ağrılar başlayır ənsə nahiyəsində tükü götürdüyümüz yerdə. Ondan sonra o da düzəlir. Xəstə bir 9-10 gündən sonra tam normal həyatına dönə bilir, başqa bir problem olmur. Sadəcə kontrolları edirik 3 aydan bir və dediyim kimi, bütün bu prosedurları pasiyentə izah eləmək lazımdır. 

Məsələn, filan yöntəmi Internetdən öyrənib müraciət edib “Bu yöntəmlə elətdirmək istəyirəm”. O yöntəmdə hansı yan təsirlər ola bilər. Məsələn, əkilən köklər zədələnməsin və yaxud da çöldə çox qaldıqda tük kökləri artıq ölə bilir və o effekti ala bilmirik. Məsələn, tutalım ki, əkim prosesi uzanır, sən tük sayını çox götürmək istəyirsən, artıq əvvəldən götürülən tüklər çöldə çox qaldığı üçün folikullar ölə bilir və nəticə etibari ilə tutalım 4000-5000 bir günə tük əkmək istəsən, o nəticəni əldə edə bilmirsən. Yəni müəyyən qədər tüklər zəifləyir, o istədiyimiz nəticə olmur. “Greft” dediyimiz, yəni götürdüyümüz tüklər itkiyə getmiş olur.

Ona görə saç əkimi proseduru edən zaman, dediyim kimi, xəstənin yaşı önəmlidir, xəstənin saç tökülməsinin tipi. Yəni androgenetik bu saç tökülməsi dediyim tökülmənin belə bir növləri var, bir mərhələləri var. Son mərhələsi artıq ənsə nahəsində tükün qalmağıdır. Yəni müəyyən bir nahiyədən başlayır tutalım ki, alın bölgəsindən. Bu nahiyədən tüklər tökülməyə başlayır, zaman keçdikcə irəliləyir tüklərin arxaya doğru tökülməyi. Və bu sonradan qazanılmış bir xəstəlik deyil. Artıq atada, əmidə, dayıda, kimdəsə qohum əqraba genetik olaraq, babada olubsa… Və yaxud da insanın özünə məxsus genləri var, heç kimdə olmaya bilər, özündə başlaya bilər.

Məsələn, biz adətən aktiv tökülmə olmayan dönəmdə saç əkimin tərəfdarıyıq. Çünki aktiv tökülməsi varsa, saç əkdirmək istəyən bir insanın, əkilən tüklər tökülməyəcəyi üçün onun yerdə qalan öz tükləri yenə tökülür, davam edir. Və nəzərə alsaq ki, saç əkimi prosedurundan sonra təxminən 1 il sonra xəstənin saçları tam oturuşur artıb və bu insan 2 ildən sonra baxacaq mən saç əkdirmişdim, amma saçlarım yenə seyrəkdir. Əslində əkilən tüklər tökülmür, onun yerdə qalan tükləri tökülür. Həmin o psixolojik şey davam edir. Əslində təkrar əkim etmək mümkündür, təbii ki, ancaq həm maddiyyat cəhətdən, həm xəstənin, belə deyim, rahatlığı, komfortluğu cəhətdən saç əkimi aktiv saç tökülməsi olanlara etməmək və yaxud da bir az gözləmək və yaxud da müəyyən hissə keçəlləşmişdirsə artıq, tam keçəlləşməsə də, deyək, 10 faiz tük qalmışdırsa, ora əkmək mümkündür, həmin nahiyələrə. Sonradan üstündən ən az 6 ay-1 il arası. Və yaxud da lap yaxşı olar ki, misal üçün, 35 yaşından sonra bu tip tökülmənin şiddəti azalmağa başlayır. O yaşdan sonra daha bir effektiv olur. Çünki artıq tökülən tökülmüş olur. Götürülən tük köklərini harada əkə biləcəyimizə də artıq qərar verə bilirik, haranı şəkilləndirəcəyimizə qərar verə bilirik.

Yəni bir şkala var, “Norwood şkalası” dediyimiz, o şkalada bu tökülmə dəyərləndirilir, xəstənin əvvəlki vəziyyəti, saçı əvvəl necə olub. Təbii ki, 100 faiz əvvəlki saçları kimi ola bilməz, ancaq o sıxlıq, ön tərəfdəki keçəllik, bunların hamısı, təbii ki, əkimlə birlikdə bərpa olunmuş olur, yəni.

Uzman Dr. Vəli Cəfərov, Dermatoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!