Sidik kisəsində daş / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

boyrek-dasi-1200x675.jpeg

4 October 2022 Urologiya0

Sidik daşı xəstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. 

Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bir az endemik xarakteri də vardır. Azərbaycanın müəyyən bölgələrində, məsələn, Şəkidə, Gəncədə, Lənkəranda daha geniş rast gəlinir.

Risk faktorları nələrdir?

Sidik daşı xəstəliyinin müxtəlif risk faktorları vardır. Bunlara piylənmə, az maye qəbulu, az hərəkətlilik, müxtəlif böyrəyin anomaliyaları zamanı rast gəlinir. Müəyyən hormonal xəstəliklər zamanı, məsələn, qalxanabənzər ətraf vəzləri xəstəliklərində, D vitamini çatışmazlığı zamanı, isti iqlimdə yaşayan insanlarda daha sıx rast gəlinir. Risk faktorları bunlardır əsas.

Hansı növləri var?

Müxtəlif təsnifatları vardır. Biz burada, əsasən, iki qrupa: tərkibində kalsium olan və olmayan daşlar. 

Kalsium olan daşların nisbətən sərt daşlar sayılır. Kalsium oksalat, kalsium fosfat daşları bunlara misal göstərmək olar. 

Tərkibində kalsium olmayan daşlar: ksantin ola bilər, sistin daşları, ən sıx sidik turşusu daşları var… Misal göstərmək olar bunları.

Əlamətləri nələdir?

Sidik daş xəstəliyinin yerləşdiyi yerə uyğun olaraq müxtəlif əlamətləri, şikayətləri ola bilər. Bunlara ağrıları göstərmək olar. Ağrılar da daşın yerləşdiyi yerinə görə dəyişir. Böyrəyə yaxındırsa, ancaq böyrəklə bağlı, xüsusən, sancılar ola bilər, küt ağrılar ola bilir. Sidik axarının aşağı 1/3-ə doğru yerini dəyişəndə həm böyrəkdə şikayətlər verir, həm də sidiklə bağlı. Məsələn, xəstə deyir ki: “Damcı-damcı sidiyə gedirəm.” “Sidiyə gedə bilmirəm” kimi yalançı bir şikayətləri olur. Halbuki, xəstələrin sidik kisəsi boş olub, sidik olmur. Sonra da ürəkbulanma, qusma ola bilər, infeksiyalaşarsa, qızdırma, üşütmə, titrəmələri ola bilər.

Hansı xəstəliklərdən fərqləndirmək lazımdır?

Buna tibbi olaraq differensial diaqnostika deyirik. Yəni hansısa bir xəstəliklərdən fərqləndirmək lazımdır. Burada ən sıx rastlaşdığımız həkim olaraq bel radikuliti dediyimiz sinir əzələ ağrısı, bel ağrıları ilə xəstələr daha çox bizə müraciət edir. Bunların bir çoxunu hətta xəstədən anamnez toplamaqla belə fərqləndirə bilirik ki, burada daha çox nevroloji, sinir əzələ ağrısıdır. Bununla yanaşı appendisit ola bilər, xolestit ola bilər, mədəaltı vəzin iltihabı xəstəlikləri ola bilər. Bunlardan ayırd etmək lazımdır.

Sidik daşı xəstəliyinin diaqnostikası və müalicəsi

Xəstədən ilkin olaraq ultrasəs müayinəsi, sidiyin ümumi analizi, bir də qanda kreatinə baxırıq. Daha sonra ehtiyac olarsa, kompüter tomoqrafiyadan keçirməklə daşın dəqiq yerini, sıxlığını təyin edib, sayını təyin edib, ona uyğun “Müalicəmi, əməliyyatmı?” təyin olunur.

Müalicə üsullarını iki qrupa ümumilikdə bölmək olar: konservativ və cərrahi müalicə üsulları. 

Konservativ müalicə üsullarını daha çox böyrək daxilində ya da ki, kanala düşmüş daşlarda daşın düşməsi üçün təyin edilən müalicələrdir. Burada, xüsusilə, sidik kisəsində olan daşları ətraflı, daha geniş araşdırmağa ehtiyac var. Çünki sidik kisəsində daha çox əgər daş əmələ gəlirsə, bu bizə ilkin olaraq xəstənin sidik ifrazında bir problemi olduğu qənaətinə gəlirik. Xüsusən də, kişilərdə ətraflı olaraq prostat vəzi adenomasını araşdırırıq. Qadınlarda isə bir “Ginekoloji bir əməliyyat keçiribmi-keçirməyibmi?” aydınlaşdırıb ona uyğun bir müalicə təyin edirik.

Sidik daşı xəstəliyində əməliyyat növləri

Müxtəlif əməliyyat növləri vardır. Birincisi, daşqırma əməliyyatı dediyimiz DZDL – Distansion Zərbə-Dalğalı Litotripsiya əməliyyatı. Bu daha çox yumşaq daşlarda təyin olunur. İkinci, URS dediyimiz sidik axarı daşlarında kanaldan endoskopik alətlə girib axarda daşı qırma üsuludur. Üçüncü, fleksibl URS dediyimiz, yəni əyilə bilən bir alətlə böyrək içində daşları qırmaqdır. Sonra da perkutan nefrolitotripsiya dediyimiz dəridən böyrək içərisində yerləşdirilən bir borudan endoskopik yeyilərək daşların qırılıb xaric edilməsi üsuludur. Bu üsulların hərəsinin özünün müsbətləri, mənfiləri vardır. Daha geniş mövzular göstərişləri vardır.

Sidik daşı xəstəliyinin ağırlaşmaları

Müalicə olunmazsa, burada ən sıx rastlaşdığımız sidik yolu infeksiyalarıdır və bununla bağlı ağırlaşmalardır. Məsələn, sidikdə infeksiyalaşır, bu infeksiyalaşma kəskinləşir, irinləmə, hətta böyrəyin çıxmasına kimi gətirib çıxara bilər.

Pivə içmək daşın əmələ gəlməsini azaldırmı?

Pivə… Bu fikir birinci hardan gəlib, o barədə bir-iki cümlə deyim, düşünürəm. Pivə içməklə bir müddət sonra xəstələrdə sidik ifrazı yaranır, tez-tez sidiyə getmə yaranır və bu fikirdən dolayı düşünürlər ki, bu tez-tez getmə bədəndəki duzları atır, daşların da düşməsinə səbəb olur. Amma burada qaçırdığımız başqa bir nöqtə var: uzunmüddətli pivə içmək, birinci, tibbi olaraq dehidratasiya dediyimiz bədənin susuzlaşmasına səbəb olur, ikinci də ki, piylənməyə gətirib çıxarır. Bu iki faktorun hər ikisi gələcəkdə daşın əmələgəlmə ehtimalını artıran faktorlardandır. Daha sonra pivənin tərkibində maye purin deyilən maddə var, onun əmələ gəlməsinə səbəb olur. Bu purin də böyrəyimizdə daşın əmələ gəlməsini əngəlləyən sitrat dediyimiz maddənin azalmasına gətirib çıxarır. Bu da son nəticədə daşın əmələgəlmə ehtimalını artırır. Ona görə pivə tövsiyə etmirik. 

Eyni miqdarda içdiyimiz maye ilə eyni miqdarda içdiyimiz pivənin tibbi olaraq ciddi bir fərqi yoxdur. Yəni bunu xəstələrimizin bilməsini istəyirik.

Bol maye qəbul etməyi tövsiyə edirik xəstəyə. Gündəlik 2-3 litr. Daha dəqiqi 2-2.5 litr yarım sidik xarici olacaq şəkildə bir maye qəbul etmək tövsiyə edirik.

İkinci, arıqlamaq, amma həkim nəzarətində arıqlamaq. Çünki kontrolsuz arıqlamaq qidada zülalın azaldılması ilə olan bir pəhriz gələcəkdə tam tərsinə daşın əmələ gəlməsi ehtimalını artıra bilir.

Planımızda olan daş poliklinikası dediyim bir poliklinika yaratmağı düşünürük. Orada endokrinoloq, dietoloq, nefroloq və uroloqun nəzarətində xəstə ətraflı araşdırılır. Daş analizləri verilir, müəyyən qan analizləri var və 24 saatlıq sidiyə baxıb ona uyğun müəyyən tövsiyələr verilir.

Dr.Nehmət Beygiyev, Uroloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!