suni mayalanma / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

suni-mayalanmada-yash-heddi-1200x675.jpeg

23 November 2022 Ginekologiya0

Süni mayalanma müalicəsini biz kimlərə tətbiq edirik? Əvvəlcəondan danışım. 

Kişi və qadından qaynağlanan səbəblərə görə öz-özünə hamiləlik meydana gəlməyən çütlüklərə ya da süni mayalanma müalicəsindən öncə digər köməkci üsullarla nəticə ala bilmədiyimiz çütlüklərdə biz süni mayalanma müalicəsi tətbiqinə üstünlük veririk. 

Bəzi hallarda xəstəni bir müddət gözlədib öz-özünə hamilə qalmağını gözləyirik, amma bəzi hallarda heç gözləmədən də bu prosesə, müalicə prosesinə başlaya bilirik. 

Hər şeydən əvvəl “Hansı hallarda tezləşdiririk, mümkün qədər tez başlayırıq?” 

Süni mayalanmaya dərhal başladığımız hallar

Birincisi əgər qadın xəstəmizdə uşaqlıq boruları bağlıdırsa, ya da müxtəlif xəstəliklərdən qaynağlanan səbəblərə görə götürülübsə, ya da bağlanıbsa. 

İkinci səbəb olaraq, yumurta rezervi çox aşağıdırsa. Kişidə, yenə, sperma hərəkətliliyi və miqdarı ilə bağlı bir problem varsa, ya da eyakulyasiyasında heç spermanın olmadığı hallarda süni mayalanma müalicəsinə biz tezliklə başlamağa üstünlük veririk. 

Bundan başqa ailədə genetik bir xəstəlik varsa, yəni sağlam bir embriyon seçimi tələb olunursa yenə mümkün qədər tez biz heç bir halda xəstəni gecikdirmədən xəstəyə müalicə prosesini başlayırıq. 

Bununla bərabər bizim üçün ən vacib şey ananın yaşıdır. 

Ananın yaşı necə təsir edir?

Ananın yaşı da iləriləyibsə ki, bizim üçün bu limit 35 yaşdır. 35 yaşın üzərindədirsə də bu prosesə, əgər xəstəmiz də gəbul edirsə, təsdiqləyirsə, heç gecikdirmədən başlamağa üstünlük veririk. 

Normalda bir cütlük bizə gəldikdə hər şey qaydasındadırsa əgər çox aşkar və bir az əvvəl bəhs etdiyim problemlərdən heç biri yoxdursa xəstəmiz 35 yaşın altındadırsa 1 ilə qədər gözləmə vaxtımız vardır. O 1 ildən sonra xəstəmiz əgər istəyərsə yenidən gəlib bizə müraciət edə bilər. 

35 ilə 40 yaş arasındadırsa bu müddət 6 aya enir. 40 yaşın üstündədirsə bu müddət daha da qısalır və 3 aya qədər düşür. 

Amma əlbəttə ki, bunların hamısı xəstəmizlə qarşılıqlı danışıb qərar alınaraq gözləyəcəyimiz müddətdir ya da dediyim kimi, heç gözləmədən də başlaya bilərik. 

Ananın yaşı niyə vacibdir?

Ananın yaşı bizim üçün niyə vacibdir?

Çünkü ana yaşı uzandıqca hamilə qalma müddəti də uzanır ya da hamilə qaldıqdan sonra uşaqsalma ehtimalı çok artıyor. Bunun səbəbi də yaş artdıqca qadın bədənindəki yumurtalarda meydana gələn genetik pozulmanın, xromosom aberrasiyalarınına rtmasıdır. 35 yaşın altındaki bir xəsətdə bu xromosom anomaliyaları təxminən 15-20% nisbətindədirsə 35 yaşıdan sonra, xüsusilə də 37 yaşı keçəndən sonra 50%-ə, yaş ilərlədikçə 70-80%-ə qədər çıxa bilir. Bu da deməkdir ki, anormal yumurta, qeyri-sağlam embriyon və hamiləliklə nəticələnməyən bir proses. Ya da dediyim kimi tutunmadan sonra, hamiləlikdən sonra uşaqsalma ilə nəticələnən bir proses. 

Bu səbəbdən xəstəmizin yaş aldıqca biz müalicə prosesini tezləşdiririk. 

Transferdən əvvəl genetik diaqnostika

Xüsusilə 40 yaş üstü xəstələrimizdə də biz bu prosesi genetik diaqnozla birlikdə idarə edirik. Çünki bir az əvvəl də dediyim kimi əgər yumurtamız zərər görübsə genetik olaraq verəcəyimiz embriyonun da problemli olma ehtimalı çox yüksəkdir. Bu səbəbdən biz nə edirik? Xəstəmizə bütün təfərrüatları izah edərək yumurta toplama prosedurunu etdirdikdən sonra və embriyon inkişafını təmin etdikdən sonra xəstəmizi genetik diaqnostika proseduruna yönləndiririk. Beləcə 40 yaş üstündə də olsa əgər xəstəmizin sağlam yumurtası varsa formalaşmış sağlam embriyonu da müəyyən edib o embriyonu, sağlam olan emriyonu xəstəmizə transfer edərək sağlam bir körpənin dünyaya gəlməsini hədəfləyirik. Buna görə xəstə yaşı bizim üçün çox vacibdir. Zəhmət olmasa xəstələrimiz 35 yaşı keçdikdən sonra süni mayalnma düşünməsə belə bir qinekoloqa gedərək müayinə olsunlar. “Bir problemləri varmı, yoxmu?” aşkar etsinlər və bu müddəti tezləşdirsinlər. 

Cemile Yılmaz, Klinik embrioloq



28 September 2022 Ginekologiya0

Ege Hospitalda üçəmlər dünyaya gəldi.

Sonsuzluqdan əziyyət çəkən 40 yaşlı qadın süni mayalanma ilə hamilə qaldı.

Ananın istəyi ilə ailə riskləri gözə alaraq 3 uşağı da dünyaya gətirməyi seçdi. Hamiləlik 34-cü həftəsini tamamladı və hər üç uşaq 2 kg-dan artıq çəki ilə sağlam bir şəkildə dünyaya gəldi. Bu çətin amma sonu sevincli yolu keçməyində ailənin yanında olan komandamıza təşəkkür edir, körpələrə xoşbəxtlik arzulayırıq!


embrion-kocurulmesi.jpeg

Mikroinyeksiya etdiyimiz yumurtalar ertəsi gün qiymətləndirilir. Mayalanıb-mayalanmadığı məlum olur və bu arada yumurtaların keyfiyyəti də qiymətləndirilir. Mayalanmış yumurta artıq embrion adlanır.

Laboratoriya mühitində də təqibi 2 gündən 5 və ya 6 günədək təqib aparılır. Hər gün nəzərət edilir, hər gün embrion keyfiyyəti müəyyən edilir və buna görə transferin nə vaxt reallaşacağı müəyyən edilir.

Transfer prosesi 2-ci gündən 5-ci günədək istənilən gün edilə bilər. Bəs buna nəyə görə qərar veririk? İlk növbədə bizdə olan embrionların sayına, bu embrionların keyfiyyətinə, pasiyentimizin anamnezinə (yəni daha əvvəllər bunu sınayıbmı, uğurlu, uğursuz olub) və xəstəmizin yaşına görə. Bunlardan asılı olaraq ginekoloqumuzla bir yerdə danışıb embrionun nə vaxt köçürüləcəyinə qərar veririk.

Bununla bərabər pasiyentlərimizi ən çox maraqlandıran bir sual da var: “Nə qədər embrion köçürüləcək?” Bu da, tamamilə az öncə dediyim faktorlardan asılı olaraq: yenə xəstənin anamnezi və yaşına, inkişaf edən keyfiyyətli embrionların sayına görə qərar verilir.

Transferdə nə edilir?

Əvvəla, transferdə xəstəmizin sidik kisəsinin dolu olmalarını istəyirik. Çünki embrionu qoyacağımız yeri aydın görmək üçün pasiyentimizin sidik kisəsi dolu olmalıdır. Bu prosedur ağrılı bir prosedur deyil. Embrioloqlar, yəni biz köçürəcəyimiz embrionu “kateter” dediyimiz bir boruya yükləyirik və ultrasəs müayinəsi altında ginekoloqumuz bu embrionları birbaşa çatdırılması lazım olan yerə yerləşdirir.

Bundan sonra pasiyentimizin yarım saat dincəlməsini istəyirik. 

Transferdən sonra yataq istirahəti məsləhət deyil

Sonra pasiyentimizin etməsini və ya etməməyini istədiyimiz bəzi şeylər var. Biz, əlbəttə ki, xəstələrimizin xüsusilə yataraq və ya uzanaraq daimi istirahət vəziyyətində olmasını istəmirik. 

Onun əvəzinə aktiv həyatlarını davam etsinlər, sadəcə olaraq istəyirik ki, ağır yükləri qaldırmasınlar, ağır işlərlə məşğul olmasınlar. 

Ancaq qan dövranını təmin edəcək şəkildə aktiv həyat tərzi keçirmələrini istəyirik, hamiləlik testi nəticəsini bilənə qədər.

Cemile Yılmaz, Embriloq


suni-mayalanma-prosesi.jpeg

19 November 2021 Ginekologiya53

Bu gün sizə xəstələrin ən çox maraqlandığı mövzulardan biri olan: “Süni mayalanma”, “Süni mayalanmanın mərhələləri” haqqında məlumat vermək istəyirəm.

Süni mayalanma qərarı verdiyimiz xəstələrdə ilk öncə “Süni mayalanmaya hazırlıq” mərhələsindən başlayırıq. Çox zaman bu mərhələ xəstələr tərəfindən və yaxud həkimlər tərəfindən atlana bilir. Amma bu çox vacib bir mərhələdir. Bu nədir? 

Süni mayalanmaya hazırlıq mərhələsi

Xəstələrin əksəriyyətinin altda yatan hər hansı bir xəstəliyi ola bilər. Xüsusilə, sonsuzluq şikayəti ilə müraciət edən xəstələr irəli yaş qrupunda olarsa və yaxud “polikistik yumurtalıq sindromu” olan hallarda altda yatan hər hansı xəstəlikləri ola bilər. Mütləq bu zaman bir daxili xəstəliklər həkimi ilə məsləhətləşmək lazımdır. Xəstəliyinə görə qəbul etdiyi dərmanlar varsa, onlar mütləq şəkildə nizamlanmalıdır. Əgər hamiləliyə əks göstərişdirsə, o dərmanlar başqa dərmanlarla əvəz olunmalıdır.

Və yaxud əgər xəstənin həyat yoldaşının zərərli vərdişləri varsa… Nə ola bilər? Siqaret istifadə edirsə və yaxud alkoqol istifadə edirsə, hansı ki, bunlar spermanın keyfiyyətinə təsir edir, bu vərdişləri da tərgitməyi məsləhət görülür.

Yumurtalıqların stimulyasiyası mərhələsi

Deyək ki, artıq biz süni mayalanma qərarı vermişik, bu zaman cütlüyümüz aybaşının ilk 3 günü ərzində mərkəzimizə baş vurur, biz bu zaman müəyyən hormonal preparatları təyin edirik xanıma. Bu preparatlar iynə və ya həb şəklində ola bilər. Biz, əsasən, iynə şəklində olan hormonal preparatlardan istifadə edirik.

Məqsədimiz nədir? Məqsədimiz bu iynələr vasitəsilə yumurtalıqların stimulyasiyası, yəni yumurtalıqların oyadılmasıdır ki, bu zaman biz bizə lazım olan qədər optimal sayda yumurta əldə etməyə çalışırıq.

Bizim burada əsas məqsədimiz mümkün olduğu qədər artıq yumurta əldə etməkdir. Eyni siklusda bunu xəstəyə transfer etməsək belə, artıq qalan hissəsini donduraraq digər aylarda istifadə edə bilirik.

Follikulometriya mərhələsi

Aybaşının 3-cü günü hormon analizlərinə baxılaraq xəstəyə uyğun dozada və uyğun protokolla yumurtalıqların stimulyasiyasına başlayırıq. Bundan sonrakı mərhələdə xanım xəstə 2-3 gün aralıqlarla follikulometriya üçün – yəni yumurtalıqlarda yumurtaların böyüməsini müşahidə etmək üçün həkiminə müraciət edir.

Burada əsas vacib olan nüanslardan biri həkim tərəfindən təyin edilən hormonal iynənin vaxtında və düzgün dozada xəstə tərəfindən tətbiq edilməsidir. 

2-3 gün aralıqlarla biz yumurta təqib edərək yumurtalıqların stimulyasiyasını müşahidə edirik və təxminən 8-10 gün çəkən stimulyasiyadan sonra yumurta toplama proseduru həyata keçirilir.

Yumurta çatlatma və yumurta toplama mərhələsi

Yumurta toplama proseduru nədir?

Bu zaman prosedurdan 36 saat öncə “yumurta çatlatma iynəsi” dediyimiz iynə təyin edilir. Bu iynəni verməkdə məqsədimiz yumurtanı çatlatmaq deyil, yumurtaları yetişdirməkdir. Təxminən iynədən 34-36 saat sonra xanım və həyat yoldaşı, ikisi bərabər süni mayalanma mərkəzimizə müraciət edir.

Yumurta toplama günü xəstə ac olmalıdır. Təxminən 15-20 dəqiqə çəkən bir prosedurdur. Ümumi vena daxili anesteziya altında icra edilir. Tamamən ağrısızdır. Prosedurdan təxminən 2 saat sonra xəstə evə göndərilir və həmin gün ərzində istirahət məsləhət görülür.

Yumurta toplama proseduru, demək, transvaginal ultrasəs altında həyata keçirilir. Bu zaman xüsusi iynə vasitəsilə yumurtalıqlardakı follikul mayesi çəkilir və embrioloq tərəfindən həmin mayede olan oositlər, yəni yumurta hüceyrələri ayırd edilir.

Yumurtaların laboratoriyada mayalandırılması

O gün ərzində əldə etdiyimiz yumurta sayısı embrioloq tərəfindən həm bizə, həm də xəstəyə yumurtanın sayı haqqında məlumat verilir. Xəstənin həyat yoldaşı da həmin gün sperm analizi verir və bu zaman embrioloq tərəfindən yumurta hüceyrə ilə sperm laborator mühitində mayalandırılır. 

Prosesdən keçmiş oositlər “inkubator deyilən” – bir növü süni ana bətni kimi bir cihazdır, inkubatora yerləşdirilir və sonrakı günlərdə həmin inkubatordan prosesdən keçmiş yumurta hüceyrələrə baxılaraq, neçəsinin döllənib döllənmədiyi haqqında biz məlumat əldə etmiş oluruq.

Döllənmiş yumurta – embrion transferi mərhələsi

Bizim üçün vacib olan 5-ci gün embrionunu transfer etməkdir. 

Nəyə görə biz 5-ci gün embrion transferinə üstünlük veririk? Çünki daha sağlam, daha keyfiyyətli embrionlar 5-ci günə çatır, nisbətən zəif, yəni genetik strukturunda problem olan embrionlar 2-ci və 3-cü gün öz inkişaflarını saxlayıb 5-ci günə çata bilmir.

Ehtiyac varsa, embrionlar dondurulur

Biz xəstələrimizə 5-ci gün və yaxud da 3-cü gün transferini, ya həmən ay, yəni eyni siklusda və yaxud sonrakı aylarda həyata keçirə bilərik. Bunun qərarını necə veririk? Bunun qərarını vermədən öncə biz bəzi parametrlərə diqqət edirik. Yəni əgər deyək ki, xəstə polikistik yumurtalıq sindromu olan xəstədirsə, biz artıq miqdarda yumurta toplamışıqsa və bu zaman xəstənin həyatı üçün təhlükə yarada biləcək asit varsa və yaxud da ki, hər hansı bir başqa əks göstəriş varsa, biz bu zaman həmin ay xanımı dinləndiririk, əlimizdə olan embrionları dondururuq, sonrakı aylarda sadəcə olaraq ağızdan tablet verilərək uşaqlığın divarının endometriumu hazırlayaraq, dondurulmuş embrionlarımızın donunu açaraq o şəkildə transferimizi həyata keçiririk.

Hamiləliyi gözləmə

Embrion transferindən sonra xəstələrə, progesteron dəstəyi mütləq şəkildə verilməlidir, yəni verilir. Bu zaman xəstələr, xüsusilə, bu dərmanların qəbuluna həkimin uyğun gördüyü şəkildə riayət etməlidirlər. Bu çox önəmli bir haldır. 

Transferdən 10 gün sonra qandan hamiləlik testi yoxlanılır. Əgər süni mayalanma uğurlu bir şəkildə sonlanmışdırsa, bu zaman 10 gün sonra baxdığımız hamiləlik pozitiv çıxacaqdır.

Uzman Dr. Aynurə Həmidova, Cərrah mama-ginekoloq

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!