uşaq cərrahiyyəsi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

usaqlarda-sud-vezi-xestelikleri.jpg

29 March 2021 Uşaq cərrahiyyəsi6

 “Süd vəzi”, “döş” yoxsa “məmə”? Uşaqlarda necə adlandırmalıyıq?

Uşaqlar böyüklərin kiçildilmiş modeli deyil. Yəni uşaq orqanizmi başqadır, böyük orqanizmi başqadır. 

Ona görə də məncə, “süd vəzi”ni heç işlətməyək, “sinə”, “döş” – bu kəlmələri də işlətməyək. Çünki “döş qəfəsi”, “sinə,” “döşün ön divarı” – bu kəlmələr başqa məqsədlərlə istifadə olunur. Toxuma etibarilə “məmə” toxuması daha uyğundur. Uşaqlar üçün də dünyanın hər yerində olduğu kimi “məmə” kəlməsi istifadə edəcəyik.

Yenidoulmuş uşaqlarda məmə böyüməsi qorxuludurmu?

Yeni doğulmuş uşaqlarda 100 uşağın 70-80-də fiziolojik məmə böyüməsi gördüyümüz bir şeydir. Bəzən ailələr bunu anormal bir şey kimi qəbul edib, masaj edirlər və yaxud da sıxırlar ki, kiçilsin. Bu qətiyyən istəmədiyimiz bir şeydir. Adətən, oğlan uşaqlarında 2-3 aydan sonra öz-özünə geriləyir. Qız uşaqlarında da 1 yaşına qədər davam edə bilər.

Səbəbi nədir?

Səbəbi ananın qanından keçən estrogen hormonlarının təsiridir. Onlar da azaldığı müddətdə bir problem yoxdur, kiçilib gedir.

Yenidoğulmuşun məməsindən süd gəlməsi normaldırmı?

Bu, yenidoğulmuşlardan başqa uşaqlarda anormaldır. Amma yenidoğulmuşun məməsindən süd gəlməsi ola bilər, normal qəbul edilən bir şeydir. Buna da ailə üzvlərinə “Qətiyyən sıxmayın” deyirik. “Çünki infeksiya salmış olarsınız. Öz-özünə geriləyəcək” deyirik. 

Şişkinlik azalsın deyə sıxmaq, masaj etmək olarmı?

Bəzən məmədə fizioloji şişlik olduğu zaman və yaxud da məmədən süd axdığı zaman, su gəldiyi zaman yenidoğulmuşlarda bu, normal bir şey olaraq qəbul eləyirik. Amma bəzi ailələr qorxurlar, bunu normal bir şey kimi anlamırlar və uşağa kömək məqsədilə ya sıxırlar, ya da onu masaj edirlər. Bu zaman dırnaqda olan mikroblar keçir, məmə infeksiyasına səbəb olur və biz apsesləşmiş, irinləmiş bir yaranı boşaltmaq məcburiyyətində qalırıq, cərrahi müdaxilə etmək məcburiyyətində qalırıq, təəssüf ki, bəzən.

Yenidoğulmuş yaşından başqa, məsəl üçün 10 yaşında bir oğlan uşağı və yaxud da qız uşağı məmədən süd və yaxud da hər-hansı bir qəhvəyi rəngli, yaşıl rəngli, qırmızı qan rəngində axıntı gəlirsə, bu, patologiyadır, bu, xəstəlikdir. Bunun araşdırılması lazımdır.

Mamoqrafiyanın uşaq məmə xəstəliklərində yeri varmı?

Uşaqlarda məmə xəstəliklərində, adətən, nə olur? Məmədə şişliklər olur, “fibroadenom” dediyimiz xoşxassəli şişlər olur. Bunlarda mamoqrafiyanın yeri yoxdur.

Hə, “Uşaqlarda məmə xərçənginə rast gəlirsinizmi?” deyə soruşsanız… Allahdan, çox, çox, çox az görülən bir şeydir – 0,02 %. Yəni 10 mində 2. Məməsində bir şiş olan 100 qadından 11-də bədxassəli olursa, 10 mində 2 kiçik bir rəqəmdir uşaqlarda. Ona görə, onsuz da, məmə xərçəngi çox az görülür, mamoqrafiyanın da məmə xərçəngindən başqa da hər-hansı bir xəstəlikdə yeri yoxdur uşaqlarda.

Adətən, bir problem varsa, ultrasonoqrafiya istəyirik. Ondan sonra da əgər problem dərindir və USM ilə dəyərləndirilə bilinmirsə, MRT ilə diaqnoz qoyula bilər. “Mamoqrafiyanın qısacası yeri yoxdur” deyə bilərik.

Yenidoğulmuşlarda məmə infeksiyaları zamanı cərrahi müdaxilə edilirmi?

Uşaq cərrahı sadəcə cərrahi bir şey olduğu zaman bu xəstəliklərə müdaxilə edir. Amma pediatr və uşaq endokrinoloqun məmə xəstəliklərində rolu əvəzsizdir. Məmədən bir axıntı varsa, yəni süd və yaxud hər-hansı bir axıntı varsa, pediatr uzmanı onu pediatrik endokrinoloji, yəni endokrin xəstəlikləri uzmanına göndərir. Beyin xəstəlikləri, daxili bəzi orqanların, başqa orqanların şiş xəstəlikləri də məmədən süd gəlməyinə səbəb ola bilər. Əgər bir problem görünmürsə, izlənilir, əgər bir problem varsa, müalicəsi edilir. Yəni uşaq endokrinoloqu ilə biz birgə izləyirik.

Uşaqlarda ən çox görülən məmə xəstəliklərindən biri də daha çox 14-15 yaşlı qız uşaqlarında məmənin “fibrokistik dəyişiklikləri” dediyimiz kistik, ələ gələn kütlələr olur. Bunlar xoşxassəli kütlələr olur və bir neçə aydan sonra izləmdə geriləyirlər, adətən. Cərrahi müdaxilə tələb etmirlər. 

Məmənin xoşxəssəli şişləri – fibroadenomalar var. Bunlar 5 sm qədər izlənilə bilər. Əgər 5 sm üzərindədirsə və gedərək böyümə trendindədirsə, bu zaman əməliyyatla götürülür. 

Yoxsa, məmənin xəstəliklərinə cərrahi müdaxilə, adətən, çox məhdud saydadır.

Dr. Nicat Vəliyev, Uşaq cərrahı




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!