usaqlarda nevroloji inkisaf / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

usaqlarda-nevroloji-inkisaf.jpeg

23 December 2021 Uşaq nevrologiyası0

Müayinəmizə uşaqlar gəldiyində biz uşağı dəyərləndirdiyimiz zaman onun anamnezini, ana bətnindəki inkişafından tut ailədəki qohumluq əlaqələrini belə sorğulayırıq ki, yəni mövcud şikayətləri onlarla əlaqələndirə bilək.

Bizə hər hansı bir şikayətlə müraciət edəndə, bizim ananın hamiləliyinə dair müəyyən suallarımız olur. Məsələn, hamiləlik dövründə keçirdiyi infeksiya xəstəlikləri, istifadə elədiyi dərmanlar, ondan sonra hamiləlik dövründə gedib gəldiyi ginekoloqların müntəzəm nəzarəti altında olubmu, hər hansı bir patologiya ilə bağlı bir şey deyilibmi? Anaya verdiyimiz suallardan biri də odur ki, hamiləliyin axırıncı 3 ayında uşağın hərəkətlərini necə hiss etmisiniz? 

Bu sualların hamısını verməyimizdə məqsədimiz uşağı kompleks olaraq dəyərləndirməkdir. Digər tərəfdən isə qohumluq əlaqələrini sorğu sual edirik. Çünki müxtəlif genetik xəstəliklər, müxtəlif metabolik xəstəliklərin altında hal-hazırda yəni hamısını deyə bilmərəm, bir çoxunu – dünya tibbi də bunu təsdiqləyibdir, bir çoxu qohum evliliyinin nəticəsində ortaya çıxır. Metabolik və genetik xəstəliklərin əsas səbəbi budur.

Bütün bunları sorğu-sual etdikdən sonra uşağın ümumi şikayətləri əsasında ümumi müayinəsi edilir. 

Yeni doğulanlarda inkişaf məhələləri

Hər bir yaş dönəminin, hər bir ay dönəminin özünə uyğun inkişaf mərhələsi vardır. Yəni biz indi yeni doğulan körpələrdən danışacağıq. Bu inkişaf mərhələlərinə hansılar aiddir?

Uşaqların 

  • biz “qross motor” deyirik, yəni qaba hərəkət funksiyaları, 
  • incə hərəkət funksiyaları, 
  • əqli inkişafı, 
  • görməsi və eşitməsi, 
  • sosial olaraq inkişafı. 

Yəni bu 5 inkişaf mərhələsini dəyərləndirmək lazımdır. Hər bir uşaqdan bunu, mütləq bir həkimə müraciət elədiyi zaman bu mütləq olunmalıdır.

Məsələn, yeni doğulan uşaq anasının üzünə baxa bilər. 3 ayına yaxın gəldiyində müəyyən cisimləri izləyə bilər. Anasının üzünə baxmağı və yaxud da müəyyən cisimləri izləməyi bizə müəyyən şeyləri göstərir əqli olaraq. “Bu uşağın inkişafı normaldır və yaxud da ki, normala yaxındır” deməyi göstərir.

Digər tərəfdən isə yeni doğulan körpələrin əzələ inkişafını göstərən əlamətlərdən biri ana bətnində artıq uşaq, “3-cü trimestr” deyirik də – son dövrdə, artıq hərəkətləri yetəri qədər hiss olunur. Uşaq doğulandan sonra hər kəs, bütün övladı olan ailələr bunu çox gözəl müşahidə… bir yerdə durmur, belə əli-ayağı atır, tutur. Bunları normalda müşahidə eləyəndə uşağın hərəkətlərini, fiziki inkişafının normal olduğunu deyə bilərsən. 

Digər tərəfdən isə eşitməyini… Məsələn, incə bir səs çıxaran alətlər olsun, onlara belə-belə səs çıxartdığın zaman uşaq ona reaksiya göstərirsə, demək eşitməyində də bir problem yoxdur.

Və yaxud da müəyyən aylar keçdikdən sonra hətta bəzi ailələr deyir ki: “Bizim uşaq başını indidən tutmağa başlayır, Doktor bəy” deyir.

Yəni məsələn, uşağı üzü üstə qoyarsan və bu da yenə motor inkişafın, yəni əzələ inkişafını test yöntəmlərindən biridir. Uşağı üz üstə qoyarsan. Başını bir sağa çevirər, qaldırıb sola çevirər. Bunu eləyə bilirsə, bu da normaldır. 

Bunları nəyə görə eləmək lazımdır? Bəzi uşaqlar bunu edə bilmir, yəni bəzi uşaqlar yüksək risk qrupunda olan uşaqlar olur.

İnkişaf baxımından yüksək risk qrupunda olan körpələr

Bu yüksək risk qrupunda olan uşaqlar kimlərdir? Erkən doğulan körpələr ola bilər. Normal doğulan körpələr 38 həftə və üstündə doğulur da, 38-41 həftə arasında doğulursa, bu, normal zamanında doğumdur. Və 37-nin altında doğulanlar isə erkən doğulan uşaqlar olur ki, bunlar yüksək risk qrupundadırlar. Yəni bunlara daha çox diqqət edilməlidir, bunlarda müxtəlif xəstəliklərə meyilliyi daha çox olur. 

Uşaq doğulur ağlamır. Yəni uşaq doğulub ağlamırsa, beyin oksigensiz qalır. Beyin müəyyən müddətdən çox oksigensiz qalarsa, sinir hüceyrələri müxtəlif dərəcədə zədələnə bilər ki, bunlar da yenə yüksək risk qrupunda olan uşaqlardır.

Və yaxud da ki, müxtəlif sinir, əzələ patologiyasına bağlı olan xəstəliklər və yaxud da metabolik qrupdan olan xəstəliklər vardır ki, bunlarla olan uşaqlar yüksək risk qrupunda olan uşaqlardır.

Yəni öncə biz normalı bilməliyik, uşaq normalda nə eləməlidir, onu biləndən sonra şikayət əsasında aldığımız hekayə, yəni hekayə dediyim sorğu-suallar əsasında və müayinə birləşdirəndə uşaqda hər hansı bir anormal bir şey varsa, ona görə müdaxilə olunmalıdır.

Erkən diaqnoz və erkən müdaxilə çox vacibdir

Məsələn: uşaq doğulur, bir əlini hərəkət etdirə bilmir və yaxud da ki, normalda 4 ətrafını da hərəkət etdirməlidir, 4 ətrafından hər hansı birini və yaxud da ki, ikisini, dördünü hərəkət elətdirmirsə, burada artıq onun səbəblərini axtarmaq lazımdır.

Nəyə görə axtarmaq lazımdır? Çünki nə qədər erkən müdaxilə olunsa, uşağın normala qayıtması, normal yaşıdları kimi inşaf eləməsi o qədər tez olur.

Normalda doğulan uşaqların hamısının bir dənə uşaq həkimi olur. Uşaq həkimlərinə müraciət etsinlər. Uşaq həkimlərinin də şübhələndiyi hər hansı bir şeylər olarsa, onlar da… Yəni, bunlar nevropatoloqlar, metabolizma doktorları, uşaq mədə-bağırsaq və yaxud da kı, uşağın digər sahələrinə aid doktorlara yönləndirirlər.

Yenə də deyirəm… Yəni bu çox önəmli bir məsələdir. Ona görə də 1-2 dəfə təkrar elədim: “Erkən diaqnoz – erkən müdaxilə deməkdir, erkən müdaxilə isə – uşağın normal inkişafına yaxınlaşdırır və yaxud da ki, digər yaşıdları ilə normal şəkildə inkişafına gətirib çıxardır.”

Uzman Dr.Cavid Sərdarzadə, Uşaq nevrologiyası yandal uzmanı

 

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!