Vaginizmli qadınlarda cinsi əlaqə qorxusu olub, yayğın olaraq görülən, lakin dilə gətirilməyə çəkinilən bir xəstəlikdir. Bu xəstəliyin təməlində bir qadının cinsi əlaqəyə girməsində qorxu durur və buna əsasən orqanlardan uşaqlıq yolu əzələlərinin qeyri adi qeyri-iradi bir şəkildə yığılması müşahidə edilir.
Vaginizmli qadınlarda bu proses nə zaman ortaya çıxır?
Əsasən ilk cinsi təcrübələrində və ilk cinsi həyatlarında, ilk toy gecəsində özünü büruzə verir. Qadın qeyri-iradi bir şəkildə özünün əlində olmadan ayaqlarını sıxca bağlayır, özünün ifadə etdiyi bu şəkildə olur: “Sanki uşaqlıq yolunda bir divar varmış kimi, orada bir sədd varmış kimi” bu da heç bir şəkildə cinsi əlaqəyə imkan vermir.
Vaginizm xəstəliyinə sadəcə uşaqlıq yolu əzələlərinin yığılması deyil, eyni zamanda bel, qarın, üz əzələlərin yığılması da müşayiət edir. Və hətta bəzi qadınlarda huşun getməsinə qədər belə gətirib çıxarda bilir.
Birincili və ikincili vaginizm
Vaginizm xəsətliyi iki qrupa ayrılır: Birincili vaginizm və ikinci vaginizm.
Bizim əsasən qarşımıza çıxan birinci vaginizm xəstəliyidir. Bu qadınların ilk cinsi təcrübələrində ortaya çıxır, bu zaman büruzə verir özünü.
İkincili vaginizm isə daha az görsənən bir xəstəlikdir, xəstəliyin formasıdır. Bu hansı qadınlarda görsənir? Əsasən kobud doğum hekayəsi olanlarda, çətin, travmatik bir doğum keçirmiş olanlarda və ya kobud bir ginekoloji müayinə keçirənlərdə, kobud bir abort proseduru olan qadınlarda uşaqlıq yolu ilə əlaqədar çox pis xatirələri olduğu üçün onlar cinsi əlaqədən soyuyurlar və heç bir şəkildə cinsi əlaqəyə icazə vermirlər.
Bəs vaginizm xəstəliyin səbəbi nədir? Bunun təməlində nə yatır?
Bu iki qrupa ayrılır səbəblərinə görə: psixoloji səbəblər və orqana bağlı, orqan anomaliyasına bağlı olan səbəblər.
Psixoloji faktorlar səbəbilə vaginizm
Bizim daha çox qarşımıza çıxan psixoloji faktorlar vaginizmdir. Bunun da birinci sırada ən çox gələn daha çox basqın, daha çox sıxıcı bir ailədə böyüyən qızlarda, ailə tərbiyəsinin çox daha ağır olduğu olan bir ailələrdə müşahidə edirik. Hansı ki, bu qız uşaqlarına: ayaqlarını bağla, yubkanı aşağı çək, kişi cinslərindən uzaq ol onlar sənə zərər verirlər. Və tabu ki, öz həyat yoldaşı ilə qarşılaşdığını, cinsi münasibət yaşadığında o onun həyat yoldaşı olmasına baxmayaraq özlərini cinsəllikdən qoruyurlar.
İkinci qrup qadınlarda onlar toy gecəsi ilə əlaqəli çox yanlış informasiya almış olur. Hansı ki: “İlk gecə zamanı qızlıq pərdəsi çox qanayacaq. Ağrın olacaqdır. Səni xəstəxanaya aparacaqlar.” Bunlar da onun şüur altında qalır və ta ki, öz toyu olana qədər. Və ilk toy gecəsində heç bir şəkildə cinsi əlaqəyə imkan vermirlər.
Üçüncü qrup isə çox rastlaşmadığımız amma daha çox təcavüz, zorlama, sataşmalarla həyatında belə bir anlar olan qadınlarda gördüyümüz qrupdur ki, bunlarda da vaginizm xəstəliyi müəyyən bir yaşdan sonra özünü göstərməyə başlayır.
Orqana bağlı səbəblə vaginizm
İkinci səbəbi isə orqana bağlı anomaliyası olanlarda, patologiyası olanlarda görürük vaginizm xəstəliyini. Bunlarda qızlıq pərdəsinə bağlı əsas problemlər olur. Qızlıq pərdəsinin tam bütöv olması və ya yüksək kənarda olması, çox qalın və sərt olması və ya uşaqlıq yolunun içərisində arakəsmələrinin olması da cinsi əlaqəyə icazə vermir və bu özünü ağırlı bir cinsi əlaqə ilə yenə vaginizm xəstəliyi ilə özünü göstərir.
Vaginizmin müalicəsi
“Vaginizm xəstəliyinin müalicəsi varmı?” deyə bizə çox suallar gəlir. Əlbəttə vaginizm xəstəliyin müalicəsi var. 100 faizə yaxın qalıcı bir müalicəsi var. Və düzgün müalicə olunan qadınlarda vaginizm xəstəliyi təkrarlanmaz. Bu xəstəliyin müalicəsinin əsasında uşaqlıq yolu ilə beyin arasında olan o istəmsiz, yəni qeyri-iradi olan siqnal ötürmələrin kontrol altına alınmasıdır. Və bizim də bir qadın həkim olaraq bizə düşən vəzifə burada uşaqlıq yolu əzələlərinə “yeni bir yaddaş yüklənməsi”, yeni bir vərdiş öyrədilməsidir ki, biz də bunu edirik.
Vaginizm cütlüyün ortaq problemidir
Adətən müalicəyə cütlüklər şəklində mütləq: partnyorla bərabər, nişanlısı ilə, həyat yoldaşı ilə bərabər çağırırıq. İkisi ilə bərabər evə məşğələlər veririk, psixoloji seanslar keçiririk və bunlara riayət edən bütün xəstələrimizdə sağalma tamamilə özünü göstərir.
Bizə gəlməzdən əvvəl vaginizmli qadınlar bir neçə kəs təkrarlayır, cəhdlər edir. Çünki ailələri tərəfindən və ya bu xəstəlikdən xəbər tutan yaxınları: “Əgər siz bu əlaqəni dəfələrlə təkrarlasanız sağalarsınız” deyə bir yanlış bilgiləndirmə olur.
Burada söyləmək istəyirəm, bu sadəcə bizim üçün zaman itkisidir. Çünki vaginizm xəstəliyinin təməlini biz bildiyimiz üçün, səbəbini bildiyimiz üçün özünüzün bunun öhtəsindən gəlməsi bir az çətin olur. Mütləq bir mütəxəssisdən dəstəyə ehtiyacınız var.
Vaginizm zamanı cərrahi müdaxilə
Başqa bir qrup qızlıq pərdəsinin cərrahi olaraq götürülməsini, çıxarılmasını və ya çərtilməsini məsləhət görürlər. Bu da ən böyük səhvlərdən biridir. Çünki bunun təməlində qızlıq zarında əgər anatomik olaraq bir problem yoxdursa, bizim problemimiz qızlıq zarının qalın, yüksək və ya çərtilməsində deyil, beynimizlə uşaqlıq yolu arasında olduğu üçün bu da çox səhv bir müalicədir.
Vaginizm və sakitləşdirici dərmanlar
Başqa bir qrup isə sakitləşdirici dərmanlar içə bilərsən və ya alkoqol istifadə edə bilərsən. Hətta bunu önərən pasiyentlərimiz də olub: “Sedasiya altında bir əlaqə olarsa vaginizm xəstəliyi düzələrmi?”
Xeyr, heç bir şəkildə düzəlməz. Çünki vaginizm psixoloji bir qaynaqlı xəstəlik olduğu üçün sedasiya sonrası qadın özünə gəldiyində həqiqətləri xatırladığında bu yenidən təkrarlanacaqdır.
Vaginizmli qadınlara səslənmək istəyirəm: Çarəsiz deyilsiniz, çarə Sizsiniz! Bu xəstəliyin müalicəsi var. Önəmli olan düzgün mütəxəssisə müraciət etməyiniz.
Uzm.Dr.Aygün Əkbərova, Cərrah, mama-ginekoloq