xeste reanimasiyada ne qeder qalmalidir / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

reanimasiyada_xesteye_nece_yardim_edilir.jpeg

Reanimasiya nədir? Reanimasiya sözünün mənası “yenidən canlandırmadır.”

Hansı hallarda “yenidən canlandırma”? Bəlkə, ürəyin, tənəffüsün dayanmasında tətbiq olunan yenidən canlandırma, bəlkə ağır bir əməliyyatdan sonra xəstənin reanimasiya şəraitində, intensiv terapiya şəraitində yaxşılaşması, şüurunun qayıtması, kardiak problemlərinin təqibi, renal problemlərinin təqibi baxımından “yenidən canlandırma” olaraq adlandırılır. 

Son illərdə reanimasiyaya ehtiyac artıb

Reanimasiya son illərdə yaş ortalamasının artması ilə daha çox ehtiyac duyulan bir sahə olub. Çünki şişlər, beyin qan dövranı, insult xəstəlikləri – bunların hamısı yaş ortalamasının artması ilə daha çox görülən və reanimasiya ehtiyacı olan xəstəliklərdir. 

Texnologiya inkişaf etdikcə, yaş ortalamamız da artır, yaş ortalaması artıqca xərçəng xəstəliklərinin görülmə sıxlığı də artır və təbii ki, şiş xəstələrinin çoxu da bəlli bir dövrdən sonra reanimasiya, intensiv terapiya ehtiyacı yaranır. Bu səbəbdən reanimasiyanın əhəmiyyəti getdikcə artacaq. 

Reanimasiya şöbəsində xəstələrə necə yardım edilir?

Ağır xəstəliklərdə edilən əməliyyatları və ya uzun müddət davam edən əməliyyatları daha çox reanimasiyaya qəbul edib xəstənin həyati vacib funksiyaları özünə gələnə qədər, stabilləşənə qədər reanimasiyada gözləyib, yakından takip edip, bir tibb bacısı təyin edib yaxından təqib edərək, yarana biləcək riskləri mümkün qədər azaltmağa çalışırıq. 

Bəzən xəstənin təzyiqi yüksək olur, aşağı olur, onu normaya salmağa çalışırıq, Bəzən xəstənin idrar çıxışı azalır, onu normallaşdırmağa çalışırıq. Bəzən xəstənin saturasiyası azalır, ağciyərlərində problem yaranır, onları müalicə edib, normal saturasiya səviyyəsinə gətiməyə çalışırıq. 

Oksigeni özü öz ağzından, burnundan ala bilmirsə, biz onu IVL-ə bağlayırıq, burada ona “aparat” deyilir… Süni tənəffüs aparatına bağlayıb, xəstələrə yüksək konsentrasiyada oksigen verərək, onların saturasiyasını artırmağa çalışırıq.Yəni, qanda oksigenin səviyyəsini artırmağa çalışırıq. 

Bunlar normallaşdıqdan sonra da xəstəni öz həkimi ilə – əməliyyatı edən həkimi ilə görüşüb, ortaq bir qərar verib, xəstələrimizi palataya yerləşdirməyə çalışırıq. 

Xəstənin reanimasiyada qalma müddəti

Əməliyyatlardan sonra, adətən, reanimasiya şöbəsinə yerləşdirdiyimiz xəstələrin qalma müddəti, adətən, xəstənin həyati funksiyalarının normallaşması ilə qərar veririk.

Bəzi xəstələr, 2-3 saatda özünə gəlir, bəzi xəstələrdə ürək problemləri olur, ağciyər problemləri olur, böyrək problemləri olur, onların düzəlməsi, normal səviyyəyə gəlməsi daha da uzun müddət davam edə bilir. O səbəbdən, tam olaraq bir müddət bildirməyimiz doğru deyil. 

Amma xəstənin nə qədər yanaşı xəstəliyi az olsa, onu reanimasiyadan palataya yerləşdirməyimiz də bir o qədər də asan olur. Yaşının çox olması, yanaşı xəstəliklərinin olması reanimasiyada qalma müddətini, əlbəttə ki, artırır.

Uzman Dr. Murat Asıliskender, Anestezioloq-reanimatoloqu

 

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!