xoax / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

xroniki-agciyer-xesteliyi-xoax.jpeg

15 December 2021 Pulmonologiya2

Bu gün sizə Astma və XOAX (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) haqqında məlumat verəcəyəm. Bu xəstəliklər, adətən, nəfəs darlığı və öskürəklə müşayiət olunan xəstəliklərdir. Bunlardan başqa da simptomlar ola bilir. Amma ön planda bunlar olur və xəstələrimiz, adətən, bunlarla müraciət edirlər.

Təbii ki, iki xəstəlik ayırd etmək çətin olan xəstəliklərdir. Bəzi hallarda ayırmaq çətin ola bilir. Bəzi hallarda birlikdə irəliləyə bilən xəstəliklərdir.

Bu xəstəliklərdən, xüsusilə, XOAX, Bakıda və ya ətrafdakı bir çox xəstələr tərəfindən tanınan bir problem deyil. Bu məsələ bizim üçün xüsusilə vacibdir. Astma nisbətən daha çox tanınır və ən azından xəstələr bu xəstəliklə bizə müraciət edir. Lakin XOAX çox tanınmır. 

Xroniki Obstruktiv Ağciyər Xəstəliyi – XOAX

Bu mövzuda bizim üçün xüsusilə siqaret çəkən xəstələr ön plandadır. Lakin bu, təkcə siqaretdən deyil, siqaretdən başqa bəzi maddələrdən də təsirlənən xəstələr üçün də keçərlidir.

Bunlar hansılardır?

Bəzi yanıcı maddələri qeyd edə bilərik. Ya da kənd yerlərində çörək bişirən, tüstüyə məruz qalan xəstələrdə də ola bilər. Bu mənada XOAX əhəmiyyətli bir xəstəlikdir. Bu hallara  əhəmiyyət verilməli və diaqnoz üçün xəstəxanaya sürətlə müraciət edilməlidir.

Ən çox qarşılaşılan simptomumuz nəfəs darlığıdır. Amma bəzən öskürək ilə bizə müraciət edə bilirlər. Bundan əlavə, davamlı bəlğəm olması halında da şübhələnilməlidir. 

Bunlarda, adətən, müraciət zamanı müayinə və anamnezlə ilkin qiymətlənləndirmədən sonra tənəffüs funksiyası testi ilə “obstruksiya” dediyimiz əlamətləri, yəni tənəffüs yollarında daralma deyilən əlamətlər aşkar edildikdən sonra asanlıqla diaqnoz qoya bilirik.

Bununla birlikdə müalicəyə başlaya bilirik.

Müalicədə digər təzyiq və ya diabet dərmanlarından fərqli olaraq tənəffüs yollarına çəkilən dərmanlardır. Ağızdan toz şəklində çəkdiyimiz dərmanlardır bunlar. Dərmanları bir-bir izah edirik. 

Mən yerli apteklərdə baxdım “Hansı dərmanlar var?’ deyə. Türkiyə ilə müqayisədə dərmanlar nisbətən azdır. Amma bunlardan ən yaxşılarını müəyyən edib xəstələrimizə verməyə çalışırıq.

Bu, təbii ki, xəstəlik diaqnozununu qoyub, yalnız o anki simptomlarını müalicə ediləcək xəstəlik deyil. Bu həm də bir çox xəstəliklər üçün risk faktorudur. Çünki bu xəstəlik irəlilədikcə oksigen dəyərlərinin aşağı düşməsi və ya pnevmoniya və hətta xərçənglə əlaqəli olduğu müəyyən edilmişdir. Ona görə də bu xəstəliyi vaxtında aşkar edib ona uyğun müalicəyə başlamaq bizim üçün çox vacibdir. 

Astma xəstəliyi

Astma XOAX-dan nisbətən daha yaxşı qəbul edə biləcəyimiz və bəzən əlamətlərinin yaxşılaşdığı bir xəstəlikdir. XOAX belə deyil. XOAX-da nəfəs darlığı və ya öskürək başlayandan sonra dərmansız yaxşılaşmaları və ya geriləmələri çox çətindir. 

Ancaq Astma bəzi allergik faktorlar və bəzi digər faktorlardan asılı olaraq dəyişə bilər və bunlar keçdikdə xəstələr düzələ bilir. Amma yenə də dərmanla müşahidə altında saxlamaq bizim üçün daha önəmlidir. Üstəlik, həkim nəzarətində olmaq daha vacibdir. Dərman həmişə tələb olunmaya bilər.

Bunun risk faktorlarını müəyyən etmək üçün allergiya testləri aparmaq lazım ola bilir. Bunlar da indi mövcuddur və biz onları burada edəcəyik. Biz onlara “dəri testləri” deyirik. Dərmanları iynə ilə sancırıq və xəstənin hansı faktora allergiyası varsa, bu barədə məlumat veririk.

Onlar nə ola bilərdi? Burada biz “ev tozu gənəsi” deyirik – tozlu mühitlər və ya pişiklər, itlər və ya bəzi otlar, bəzi taxıllar… Və biz onlarla allergik həssaslıqları aşkar edə bilərik. Üstəlik, xəstəni bu barədə xəbərdar edirik. Bu, vacib məsələdir. 

Amma həmişə allergiya mənşəli olmaya bilər. Allergik olmayan astma da yarana bilər. Yenə XOAX kimi tənəffüs yolları dərmanları dediyimiz toz halında olan dərmanları ağciyərlərimizə çəkməklə şəklindəki müalicələrlə onları mümkün qədər idarə edirik.

Xəstəliklərdən xəbərdar olmaq önəmlidir

Dediyim kimi, astma XOAX-dan daha xoşxassəli görünür.

Lakin bəzən birlikdə ola bilir, bəzən də çox ağır ola bilər. Hər iki xəstəlikdə də bəzən xəstəxana yatışı, bəzən hətta reanimasiya ehtiyacı yarana bilir. 

Bu mövzuda kifayət qədər təcrübəyə sahibik. Bu mənada istər poliklinika xidməti, istər stasionar xidməti, istərsə də reanimasiya təqibi olsun, bununla bağlı kifayət qədər təcrübəmiz var. Bu işdə xəstələrimizə kömək etmək istəyirik.

Xüsusilə XOAX-ı bir daha vurğulamaq istərdim. XOAX Azərbaycanda və ya Bakıda gəldiyim qənaətə görə kifayət qədər bilinmir. Xəstələrimizə bu mövzuya həssas yanaşmalarını məsləhət görərdim və ehtiyac olarsa, kömək etmək üçün burada olduğumuzu qeyd etmək istərdim. Təşəkkür edirəm.

Uzman Dr. Ali Çentinkaya, Pulmonoloq

 

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!