Formats Gallery / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

1_qarabag_qazisi_xaqani_selimov-1200x675.jpg

21 January 2021 Xəbərlər0

Ege Hospitalda Qarabağ qazisinə süni ürək köçürülməsi əməliyyatı icra edilib. Artıq əməliyyatdan 3 ay keçib və o normal həyatını yaşadığını bildirir.

Xocalı hadisələrinin canlı şahidi, Birinci Qarabağ Müharibəsi qazisi Xəqani Səlimova Ege Hospitalda süni ürək köçürülüb. Əməliiyatı ürək-damar cərrahı, millət vəkili, T.e.d Rəşad Mahmudov icra edib. Əməliyyatda həmçinin Ege Universiteti Tibb Fakültəsi, Ürək və Damar Cərrahiyəsi Kafedrasının müəllimi, ürək və damar cərrahı Prof.Dr Tahir Yağdı və xəstəxanamızın komandası iştirak edib.

Qarabağ qazisi Xəqani Səlimov 18 sentyabrda vəziyyətinin ağırlaşdığını, yaxşılaşmasına ümidin olmadığı üçün xəstəlik tarixçəsinə baxdıqdan sonra heç kimin onu qəbul etmək istəmədiyini bildirib. Daha sonra Ege Hospitala üz tutan qazinin sağalması üçün burada bütün imkanlar səfərbər edilib, ən kiçik bir şans belə qiymətləndirilib.

Qazini əməliyyat etməyə qərar verən Dr.Rəşad Mahmudov bu əməliyyatın sadəcə bir insanın həyatının qurtarılması deyil, həm də başqa mənəvi dəyər daşıdığını qeyd edərək “Çünkü bu həm də Xocalıdan uzaq düşmüş Azərbaycan əsgərinin qayıtma şansını, ümidləri doğrultma əməliyyatıdır.” deyib.

Qazi əməliyyatın keçirildiyi ərəfədə həyatında əlamətdar hadisənin baş verdiyini, ilk nəvəsinin dünyaya gəldiyini və İkinci Qarabağ Müharibəsinin başladığını deyib. O baba olmasının və Qarabağ döyüşlərindən gələn zəfər xəbərlərinin, bir gün yenidən uşaqlığının keçdiyi, böyüdü o torpaqlara qayıtma ümidinin onda yaşamaq üçün böyük stimul olduğunu qeyd edib.

Dr. Rəşad Mahmudov müayinə zamanı ürəyin gücünün 12-13% olduğu və gələcəkdə canlılığın bərpası ilə əlaqədar heç bir ümidin olmadığı bir vəziyyətlə qarşı qarşıya olduqlarını bildirib. “Hər nə qədər süni ürək transplantasiyası kimi imkanlar olsa da, bu xəstəmizdə ciddi infeksiyanın və sepsisin olması bütün bu şansları əlimizdən alırdı.” deyən Rəşad həkim reanimatoloq Uzman Dr.Murat Asıliskender, infeksionist Uzman Dr.Nuri Beslen, terapevt Uzman Dr.Xəyyam Eyvazovun səyləri nəticəsində infeksiyanın, ürək çatışmazlığının nəzarət altına alındığını və xəstəni əməliyyata hazırladıqlarını qeyd edib. 

Uğurlu keçən əməliyyatda planlaşdırılan sol mədəcik köməkçi cihazı problemsiz bir şəkildə implantasiya olunub.  Sonrakı mərhələdə reanimasiya, əməliyyat sonrası periodu olub və bədənin bu cihaza adaptasiyası üçün vaxta ehtiyac olub. 2 həftəlik təqiblər sonrasında xəstə sağ salamat evinə göndərilib.

Əməliyyatdan sonra özünü 30 yaşındakından daha gümrah, güvənli hiss etdiyini bildirən qazi “İstəyirəm Azərbaycanda Rəşad həkimlər çoxalsın” deyə qeyd edib.




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!