Formats Image / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

65f369c2c1762dc96aac97defeee859c.jpg

14 November 2019 AksiyaXəbərlər4

Ege Hospitalda riskli ve normal hamilələrin təqibi,ultrasəs müayinəsi,normal doğum və keysəriyyə,keysəriyyə sonrası normal doğum, sonsuzluğun müalicəsi, aile planlama, vaginal infeksiyaların müalicəsi,uroginekoloji problemlər, genital estetika və bu kimi bütün növ ginekoloji xəstəliklərin müalicəsi konservativ ve cərrahi yolla yüksək peşəkarlıqla həyata keçirilir.


0156bb0d3d0095fa27d5eb4d806d936b-1.png

14 November 2019 Xəbərlər0

5 Dekabrda “Boutique-Baku” jurnalının 3 aylıq qış buraxılışının təqdimat tədbirində EGE Hospital tərəfindən iştirakcılara Kardioloji Check-up paketi hədiyyə edilib. EGE Hospitalın baş həkimi və ümumi cərrahı Op. Dr. Aytekin Başargan tərəfindən təqdim edilən 5 suala düzgün cavab verən iştirakcılara 40 yaşdan aşağı/40 yaşdan yuxarı Check-up paketləri hədiyyə edildi.


48b5cb3999ca5491fa4a0153e7932372.jpeg

14 November 2019 Aksiya0

EGE Hospital tərəfindən noyabrın 19-da “Azercell Telekom” MMC-nin əməkdaşları üçün “Ergonomi” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən EGE Hospitalın yüksək ixtisaslı Travmatoloq-ortopedi Op. Dr. Tayfun Göre iş sağlamlığı ilə bağlı maraqlı məqamlara toxundu.

Auditoriyanın böyük marağına səbəb olan təqdimatın sonunda Op. Dr. Tayfun Göre iştirakçılara öz məsləhətlərini bildirib.


2f0c35b95b4076357dd7917184b6217a.jpg

14 November 2019 Xəbərlər0

ABŞ-nın Klivlend klinikasında calışmış, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı İnvaziv Kardioloqu Dos. Dr. Uygar Çağdaş Yüksel Ege Hospitalda fəaliyyətə başladı.

Dos. Dr. Uygar Çağdaş Yüksel 1999-cu ildə Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) Hərbi Tibb fakultəsini bitirib. 2002-2006-cı illərdə  Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) Hərbi Tibb fakultəsi/ Daxili Tibb Bilimləri Bölümü/ Kardiologiya üzrə uzmanlıq təhsili alıb. 2014-cü ildə Dosent adını qazanıb.

Uzun illər ABŞ-nın Klivlend klinikasının İnvaziv Kardiologiya şöbəsində çalışıb.  Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) İnvaziv Kardiologiya şöbə rəhbəri olaraq çalışıb.

Ürəklə bağlı hər hansı narahatlığınız olduqda, Ege Hospial müraciət edə bilərsiniz.

İnvaziv Kardioloqu Dos. Dr. Uygar Çağdaş Yükselin qəbuluna yazılmaq üçün əlaqə:

1117

+994 12 599 11 17

+994 50 299 11 17


f4ac7b53abb0180e84fd9241559ed0ff.jpg

14 November 2019 Aksiya0

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə 35-40 yaşdan sonra hər kəs ən az ildə bir dəfə tibbi müayinədən keçməlidir.

Ən yaxşı müalicə erkən diaqnostika və profilaktika olduğunu nəzərə alaraq EGE Hospital 10 dekabradək bir aylıq Check-up ayı elan edir! EGE Hospital sizlərə kardiloji, terapevtik, diabetik, ginekoloji, uroloji və müxtəlif Check-up paketlərini təqdim edir.

«Check-up ayı» ilə əlaqədar EGE Hospital elan edir:

  • Bütün əməliyyatlara 40% endirim
  • Həkim müayinəsi 35 AZN deyil 21 AZN
  • Angioqrafiya 396 AZN deyil 234 AZN

Ətraflı məlumat üçün 1117 nömrəsinə zəng edin.

Ünvan: Ak. Həsən Əliyev küç. 38

Ege Hospital-Sağlamlığınız Sağlamlığımızdır!


a9b3b621ab95b57a53064b204e51e7a2.jpeg

14 November 2019 Xəbərlər0

Noyabrın 2-də Uşaq Nevroloji Xəstəxanasında EGE Hospitalın Neyrocərrahı Dos. Dr. Özkan Tehlinin “Pediatrik Neyrocərrahiyyə” mövzusunda təqdimatı oldu.

Təqdimatda pediatrik neyrocərrahiyyə, pediatrik neyrocərrahiyyənin tarixçəsi, konjenital (hidrosefaliya, beyin malformasiyaları və s.), şiş, travma, vaskulyar, funksiyonal(epilepsiya cərrahiyyəsi və s.) bölmələri barədə geniş məlumat verildi.

Uşaq Nevroloji Xəstəxanasının tibb heyətinin böyük marağına səbəb olan təqdimatın sonunda suallar ətrafında fikir mübadiləsi aparıldı.


e19fc4a3a21f43e3a062c355b2b4ca3d.jpeg

14 November 2019 Xəbərlər0

Sol böyrək daşı olan 60 yaşılı Alustan Əliyev uzun müddət müalicə almasına baxmayaraq, uğursuz nəticələnib. Sonunda pasiyent EGE Hospitala müraciət edib. EGE Hospitalın yüksək ixtisaslı Uroloqu  Op. Dr. Akın Avcı tərəfindən pasiyentə bütün lazımi müayinələr keçirilərək “Piyelolitotomi” cərrahi əməliyyatı uğurla icra olundu. Əməliyyatdan sonra xəstə qısa zamanda tam sağlamlığına qovuşdu.  EGE Hospital ilə sağlamlığınız güvənli əllərdə!


cce7c1ee8eb223101cebac44e263d880.jpg

14 November 2019 Xəbərlər0

Daxili qadın orqanları olan 5 yaşlı uşaq bir enzim əksikliyi nəticəsində xarici genital bölgəsində anadangəlmə kişi orqanlarına sahib olub. Bir müddət öncə 5 yaşlı azyaşlının valideynləri “Bizimləsən” verlişinə müraciət edib. EGE Hospitalın yüksək ixtisaslı mütəxəssisləri Uşaq Cərrahı Prof. Dr. İlhami Sürer, Endokrinoloq Dos. Dr. Mehmet Aşık və Pediatr Uzm. Dr. Zühal Aşık tərəfindən uşağa gərəkli müayinə və müalicələr təyin edilib.

Bir aylıq müalicədən sonra EGE Hospitalın Uşaq Cərrahı və Uşaq Uroloqu Prof. Dr. İlhami Sürer tərəfindən uşağa total urogenital mobilizasiya, klitoroplasti və monsplasti əməliyyatları içra olunaraq qadın cinsi orqanları ilə təmin edilib. Keçirilən əməliyyat kifayət qədər riskli olub, 6 saatdan sonra azyaşlının daxilində olduğu kimi xaricində də qadın cinsi orqanı icra edilib.

Hazırda uşaq özünü yaxşı hiss edir. O gələcəkdə  normal qadın kimi uşaq dünyaya gətirə biləcək. Vücudundakı enzim əksikliyini berpa etmək üçün ömür boyu dərman müalicəsi alacaq.


078e335294cf8c7e5eb6af0afa57b9a5.jpg

14 November 2019 Xəbərlər0

Türkiyənin yüksək ixtisaslı Terapevt-Hematoloqu Dos. Dr. Soner Solmaz Ege Hospitalda fəaliyyət göstərir.

Dos. Dr. Soner Solmaz 1997-2003-cü illərdə Çukurova Universitetinin tibb fakültəsini bitirib. 2003-2009-cu illərdə Adana Numune Eğitim və Araştırma Xəstəxanasının Daxili Xəstəliklər bölümündə uzmanlıq təsili alıb. 2009-2012-ci illərdə Başkent Universitetinin tibb fakültəsində Hematologiya üzrə üst ixtisas və Hematologiya üzrə uzmanlıq təhsili alıb. 2017-ci ildə Dosent adını qazanıb.

Daxili xəstəliklər və Hematologiya üzrə 50-yə yax…ın məqalənin müəllifi və 100-ə yaxın konqres bildirişinə sahibdir.

Türk Hematologia Dərnəyi, Dərnəysəl Hematologiya və Hematologiya Uzmanlıq Dərnəyinin üzvidir.

Xidmətləri:

İrsi və qazanılmış qırmızı qan xəstəlikləri (talassemiya, anemiya və s.);

Qırmızı qan hüceyrələrinin sayının artması (polistemiya);

Sümük iliyi rahatsızlıqları;

Aplastik anemiya;

Paroksismal gecə hemoglobinuriya (PNH);

Miyelodisplastik sindrom (MDS) kimi xəstəliklər;

Leykoz (Kəskin miyeloid leykoz (KML), kəskin lenfoblastik leykoz KLL);

Xroniki leykoz (xroniki miyeloid leykoz-XML, xroniki lenfositik leykoz-XLL);

Sümük iliyi xərçənginin (multiple myeloma) müayinəsi;

Dalaq xəstəlikləri, dalağın böyüməsi;

Limfa düyünləri (lenf gangliyonu) xəstəlikləri;

Limfa düyünləri xərçənginin (limfomalar) müayinələri;

Leykositlərin artması və ya azalması;

Trombosit xəstəlikləri, trombositlərin sayca artması və ya azalması;

Trombotik trombositopenik purpura (TTP), atipik hemolitik üremik sindrom, İdiyopatik trombositopenik purpura (İTP);

Anadangəlmə və ya qazanılmış qanama xəstəlikləri, bədəndən əmələgələn göyərtilər, hemofiliyalar;

Damar tıxanıqlığı və laxtalanma (tromboza tromboza meyllik);

Hematologiya və terapiya ilə bağlı narahatlığının olduqda Ege Hospitala müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün:

1117

+994 12 599 11 17

+994 50 299 11 17

Ünvan: Ak. Həsən Əliyev küçəsi, 38


08f51fc7e5a91083f2085f2cf52e0546.jpg

14 November 2019 Xəbərlər0

Sentyabrın 29-da Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri – “Mübarizlər” yarışı keçirilib.

Ege Hospital “Mübarizlər” yarışında sağlamlıq partnyoru olaraq iştirak edib və yarış zamanı həm iştirakçıların, həm də tamaşaçıların sağlamlığının keşiyində durub  İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!