Uşaqlarda dəmir çatışmazlığı
Dəmir çatışmazlığı bütün dünyada ən geniş yayılmış anemiya şəklidir.
Dəmir insan orqanizmində hemoqlobinin tərkibində oksigen daşımaqla bərabər, həmçinin mərkəzi sinir sistemi inkişafında, infeksion xəstəliklərdən qorunmada rol oynayır. Öyrənmə bacarığı, dil inkişafı, intellektual səviyyə, motor-mental inkişafında dəmirin rolu çox böyükdür.
Dəmir çatışmazlığı bütün yaşlarda görülə bilir. Uşaqlarda ən çox 6-24 aylarında və yeniyetmə dövründə daha çox görürük.
Uşaqlarda dəmir əskikliyinin səbəbləri
Vaxtında doğulan körpələrdə hamiləliyin son trimestrində dəmir kifayət qədər depolanmış olur. Amma vaxtından əvvəl doğulan körpələrdə və xəstəxanada hər hansı bir səbəblə yatışı olan xəstələrdə dəmir əskikliyi görə bilirik.
Həmçinin 6 aydan sonra ana südündəki dəmirin miqdarı sürətlə böyüyən orqanizmə kifayət etmədiyi və dəmirlə zəngin qidalardan az istifadə dəmir əskikliyi anemiyasına səbəb ola bilir.
Eyni zamanda xroniki mədə-bağırsaq xəstəlikləri, bağırsaq parazitləri, çoxlu miqdarda inək südü alımı və yeniyetmələrdə yenə təkrar, ikinci pik olaraq sürətlə böyümə, qızlarda menstrual tsikla bağlı olaraq dəmir əskikliyi görülə bilir.
Uşaqlarda dəmir əskikliyinin əlamətləri
Dəmir əskikliyi görülən uşaqlarda klinik olaraq: dərinin solğun olması, çox yorulma, əsəbilik, iştahsızlıq, baş dönməsi, baş ağrısı, ağız kənarlarında yaralar, dildə dad tumurcuqlarında atrofiya, saçlarda, dırnaqlarda qırılma, dırnaqlarda cizgilər görə bilirik.
Eyni zamanda bu uşaqlarda qida olmayan maddələrə meyillik olur ki, torpaq, gil, divar boyası, tabaşir kimi maddələri yeyə bilirlər.
Uşaqları dəmir çatışmazlığından qoruma yolları
İlk olaraq körpələr ilk 6 ayı sadəcə ana südü almalıdır. 6 aydan sonra isə dəmirlə zəngin qidalar hər gün günlük olaraq rasiona daxil edilməlidir.
Bundan başqa, vaxtında doğulmuş körpələr 4-cü aydan, vaxtından əvvəl doğulmuş körpələr isə 2 aydan, bəzi xəstələr hətta 1 aydan dəmir profilaktikasına başlanmalıdır və bu profilaktika 1 yaşına qədər davam etməlidir.
1 yaşından sonra başladığımız inək südünün isə günlük miqdarı 500 ml və ya 2 stəkandan artıq olmamalıdır.
9 aya qədər bütün uşaqlarda, bütün körpələrdə bir dəfə ən azından “hemoqram” kontrolu olmalıdır.
Uşaqlarda dəmir çatışmazlığının müalicəsi
Dəmir əskikliyi diaqnozu qoyduğumuz bütün uşaqlarda mütləq dəmir müalicəsi başlanmalıdır. Əsasən, dəmir preparatları sirop, damcı, kapsul şəklində verilir.
Və dəmir preparatları… Dəmir ferroz şəklində olmalıdır və müalicə 3 ay davam etməlidir.
3 aydan sonra həkim təkrar hemoqram kontrolu edərək davam etmək və ya müalicəni kəsmə qərarını verə bilər.
Dəmir preparatları qəbulu zamanı qarın ağrısı, mədə bulanması, qusma, diş rəngində qaralma, qəbizlik, ishal, nəcis rənginin qaralması kimi şikayətlər ola bilər və buna görə mütləq ailələr məlumatlandırılmalıdır, valideyn məlumatlandırılmalıdır və məsləhətlər verilməlidir.
Dəmir əskikliyi olan uşaqlarda qidalanma
Müalicə zamanı dəmirlə zəngin qidalar mütləq ailələrə məsləhət edilməlidir. Bunlar: ət, balıq, yumurta, qaraciyər, mərcimək, noxud kimi paxlalı bitkilər, daha sonra, üzüm bəhməzi kimi qidalar günlük rasiona daxil etməyi mütləq çalışmaq lazımdır.
Bundan başqa, müalicə zamanı C vitamini ilə zəngin olan meyvələr, tərəvəzlər verə bilir. Portağal, mandarin kimi meyvələr dəmirin bağırsaqlardan əmilməsinə kömək edə bilir. Bu kimi məsləhətlər mütləq ailələrə verilməlidir.
Kortəbii dərman qəbul edilməməlidir
Bəzən ailələr də uşağın rəngini solğun görərək və ya hər hansı bir şikayətini nəzərə alaraq, özbaşına, bilmədikləri dərmanları başlaya bilirlər. Amma hər solğun görünən uşaq anemiya şikayəti və ya anemiya diaqnozu olmaya da bilər. Bunun üçün mütləq həkim diaqnozu olaraq, həkim resepti ilə müalicəyə başlamaq lazımdır.
Həmçinin dəmir əskikliyi anemiyası müalicəsini almadan əvvəl də bu uşaqda talassemiya, hər hansı bir bağırsaq xəstəlikləri və başqa xəstəliklər ola bilir ki, bunların da müalicəsi şərtdir.
Uzman Dr. Fatmaxanım Osmanova, Pediatr
10 comments
Mehman
13 August 2022 at 11:55
Salam doktor.
Qizimda umumi kontrol ucun berdiyimiz qan a alizinde bezi fermentlerin cox eskik oldugu cixib. Hazirda qizdirmali,qrip oskurek xesteliyi olduguna gore hekim.qeyd edib ki 1-2 aydan sonra telrar analiz verek cunki talasemiya dasiyiciligindan subhelenir. Bilmek isterdim.hansi elametleri var? Cunki usaq yas yarimdi ve buuddet erzinde boyumesinde sehhetinde ve s hec bir probemlemle qarsilasmamisiq. Ve bu xestelik genwtik.kecirse ne ata anada ne diger aile uzvlerimizde bu xestelik ve ya dasiyicilia yoxdu. 6ay once verdiyimiz qan analizinde ise bu defe eskik olan elementler normal idi.siz nece dusunursuz zehmet olmasa meslehetinize cox ehtiyacimiz var
Onceden tesekkur
Ege Hospital
16 August 2022 at 13:14
Salam Analizdəki göstəricilər tarixilə bildirilərsə yaxşı olar.
Uzman Dr. Elnur Hüseynov, Pediatr
Vasif
1 December 2022 at 15:11
Salam menim qizim 5 yasindadir.yimek istemir yeyen kimi deyir sancilandim qaytarir yediyini..son 4-5 gundu bele olub.
Ege Hospital
8 December 2022 at 11:35
Salam. İştahsızlıq səbəbləri araşdırılmalıdır.
Uzman Dr. İnarə Eldarova, Pediatr
Vasif
1 December 2022 at 15:13
Tam normaldi basqa ancaq yimek vaxti bele olur..demir azligi ola bilermi
Ege Hospital
8 December 2022 at 11:36
Salam. İştahsızlıq səbəbləri araşdırılmalıdır.
Uzman Dr. İnarə Eldarova, Pediatr
Tehran
15 April 2023 at 13:51
Salam Usagin umumi qan analizini vermisem her sey normaldi bir immuniteti zeifdi bunun ucun usaga hansi qida vasiteleri vermeliyem ki qani immunitet mohkemlesin
Ege Hospital
24 April 2023 at 13:17
Salam. Qida maddələri immuniteti qaldırmırlar.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Nermin
14 September 2023 at 23:15
Salam menim qızım 3yasindadir iştahı çox deyil duzu yalayır dəmiri yalayır tez tez xəstələnir bunun səbəbləri nələrdir
Ege Hospital
20 September 2023 at 10:21
Salam. Həkim müayinəsi mütləqdir.
Uzman Dr Lalə Nəzərli, Pediatr