Uşaqlarda öskürək

Uşaqlarda öskürək

11 November 2021 7
oskurek-ucun-ne-etmeli.jpeg

Öskürək uşaqlarda çox sıx görünən bir əlamətdir və bu vəziyyətlə bağlı, bu şikayətlə bağlı çox sıx-sıx müraciətlər olur.

Öskürək nədir?

Öskürək əslində fizioloji bir prosesdir və səs tellərinin qapanması ilə bir nəfəs verməklə tənəffüs yollarında olan yad cisimləri, ifrazatı çıxartmaq üçün olan bir nəfəs vermədir və spesifik bir səslə çıxır.

Normal uşaqlar fizioloji bir vəziyyətdə öskürə bilərmi?

Bəli, öskürə bilər. 

Normalda bir gün içində aşağı-yuxarı, 10-15 arasında öskürək ola bilər.

Öskürəyə görə nə vaxt narahat olmalıyıq?

Öskürək əgər yenidoğulan dövrdə olursa, bu önəmlidir. Nəyə görə? Çünki yenidoğulan dövrdə olan öskürəklər bir çox hallarda anamaliyalarla bərabər olmuş olur. 

Və ya öskürək başladıqda başqa əlamətlər varsa, məsəl üçün: qızdırma varsa, təngnəfəslik varsa, sianoz varsa, bu zaman önəmlidir öskürək. 

4 həftəni, bəzi ədəbiyyatların dediyinə görə 8 həftəni aşan bir öskürək varsa, bu önəmlidir.

Hər öskürək antibiotiklə müalicə olunmur

Patoloji halda olan bir öskürək varsa, bu vaxt özünü müalicə ilə məşğul olmaq bəzən xəstəliyin diaqnostikasını gecikdirə bilər və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Bu səbəbdən evdə istifadə olunan lazımsız dərmanlar xəstəliyin gedişatını daha ağırlaşdırar. 

Adətən, dəyərləndiririk, əgər bakteriyal bir etiologiya görürüksə, o zaman antibiotik müalicəsini məsləhət görürük. Əgər bu bakterial deyilsə, viraldırsa və ya məsəl üçün sadəcə reflüksə bağlı öskürəkdirsə, bu zaman verəcəyimiz antibiotik də bir fayda verməyəcək. 

Bu bakteriyal bir prosesə keçərsə, bakterial bir vəziyyətə keçərsə, bu zaman o istifadə elədiyimiz antibiotiki təkrar dəyişmək və daha ağır antibiotiklər istifadə etmək məcburiyyətində olarıq.

Öskürəyin təbii yolla müalicəsi

Türkəçarələrlə müalicəyə gəldikdə, məsəl üçün, bəsit bir öskürəkdirsə, yəni 2 həftəni keçməyən bir öskürəkdirsə, bəzən bu hansısa bir bəhməzin qəbulu və ya balın qəbulu simptomatik olaraq rahatladır. Bunun da təsir mexanizması sırf farinksdəki sinir uclarının örtməsi ilə əlaqədardır. 

Amma, təbii ki, daha ciddi səbəblər olan öskürəkdə bunlar, bəlkə, bir az öskürək şikayətlərini azalda bilər, amma əsl xəstəliyi gizləyər və daha irəliyə getməyinə səbəb ola bilər.

Uşaq öskürürsə, ailə nə etməlidir?

Əgər 4 həftədən artıq müddətə öskürək davam edirsə, kiçik körpədədirsə öskürək, öskürəklə yanaşı digər şikayətlər varsa, bu zaman mütləq həkimə müraciət etmələri lazımdır.

Ən yaxşı öskürək dərmanı soruşurlar həmişə. “Ən yaxşı öskürək dərmanı hansıdır? Hansı kəsər öskürəyi?” Ən yaxşı öskürək dərmanı deyə bir dərman yoxdur. Yəni hər öskürəyin səbəbinə görə olan bir müalicə var. Yəni öncə müayinə edib öskürəyin səbəbini dəqiqləşdirmək lazımdır və ona görə müalicəni təşkil eləmək lazımdır. 

Evdə olan müalicələr, əgər ciddi səbəblər varsa, bunları daha da ağırlaşdıra bilər.

Uzun müddət davam edən öskürəyi həkim müayinə etməlidir

Türkəçarələrlə dediyimiz kimi bəzi simptomatik faydalar görə bilərik. Amma xüsusilə, uzun müddətdir davam edən bir öskürək varsa, bunun üçün mütləq həkim müayinəsi, mütəxəssis müayinəsi lazımdır. Bəzən bunların altından: asma kimi, xronik aspirasiyon kimi ciddi xəstəliklər çıxa bilər. 

Və ya başqa orqanların xəstəliklərində də öskürək ola bilər simptom. Məsəl üçün reflüks, məsəl üçün kardiak xəstəliklərin simptomunda da yəni öskürək ola bilər. 

Bu səbəbdən mütəxəssis müayinəsi vacibdir.

Uzman Dr. Elnur Hüseynov, Pediatr

 

 


7 comments

  • Gulara

    18 November 2022 at 15:15

    Bir vaxt apteklerdd ozkurek eleuhine iyne var idi.

    Reply

  • Emin

    27 December 2022 at 06:28

    Salam Qizimin 2yasi var öskürür ne vermek lazimdi vermisem her Sey diyanmadanmöskürür?

    Reply

    • Ege Hospital

      27 December 2022 at 17:50

      Salam. Öskürəyi müayinə etmədən fikir bildirmək doğru deyil.
      Uzman Dr. İnarə Eldarova, Pediatr

      Reply

      • Aynur

        1 January 2023 at 17:27

        Salam uşaq 4 aylıqdır öskürür yeməkdən imtina edir burnu gəlir sinəsi xoruldayır nə edə bilərəm keçsin?

        Reply

        • Ege Hospital

          12 January 2023 at 13:53

          Salam. Keçmiş olsun. Əmməkdən imtina uşaqlarda bu aylarda olur. Qastroezofageal reflüks əlaməti də ola bilər. Mütləq həkim müayinəsində olun.
          Uzman Dr. Lalə Nəzərli, Pediatr

          Reply

  • Qurbanov

    28 March 2023 at 23:40

    Salam doktor. Mənim oğlum 18 aylıqdır. Xəstələnib. Gündüzlər yaxşı olur, oynayır, ancaq gecələr çox pis öskürür 2 gecədir belədir. Nə edə bilərəm?

    Reply

    • Ege Hospital

      31 March 2023 at 15:23

      Salam. Həkim müayinəsi lazımdır.
      Uzman Dr. Lalə Nəzərli, Pediatr

      Reply

Sual verin

Your email address will not be published. Required fields are marked *




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!