Uşaqlarda qəbizlik
Əslində bütün dünyada qəbizliyin vahid bir tərifi yoxdur. Amma ən sıx istifadə olunan tərifi sıxlığı nəzərə alınmamaq şərtilə sərtliyi və nəcis ifrazında olan gücənmə olaraq qəbul olunmuşdur. Burada Roma 3 kriteriyaları bütün dünyada istifadə olunan kriteriyalardır. 7 bənddə incələnir.
Yəni, həftədə 2 dəfə və altında, daha az nəcis ifrazının olması uşaqlarda, nəcis ifrazında gücənmə, sərt və daha böyük ölçülü nəcis ifrazının olması, fekal inkontinans dediyimiz, yəni nəcis qaçırma, bütün bu əlamətlərin 4 yaş altı uşaqlarda bir ay müddətində davam etməsi, 4 yaş üstü uşaqlarda isə 2 aydan uzun davam etməsi şərtləri daxilində bu kriteriyalardan ikisi varsa, biz artıq qəbizliyi araşdırmağa başlamalıyıq.
Qəbizliyin səbəbləri və növləri
Qəbizlik bir funksional qəbizlik, bir orqanik qəbizlik, 2 başlıq altında incələnir. Uşaqlarda bütün yaş qruplarında götürüldükdə 90-95 faiz funksional qəbizliyə rast gəlinir, sadəcə 5-10 faiz orqanik patologiyaların səbəb olduğu qəbizlik araşdırılmalıdır.
Funksional qəbizlik düzəldilə bilən, yəni etioloji faktor təyin edildikdən sonra, o aradan qaldırıldıqda funksional qəbizlik çox rahat bir şəkildə müalicə olunan bir xəstəlikdir.
Orqanik patologiyalar daha ağır seyr edir. Onların səbəb olduğu qəbizlik daha uzun sürür və mütləq bir şəkildə uşaq həkimləri pediatrlar tərəfindən araşdırılması gərəkir.
Funksional qəbizlik
Funksional qəbizlikdə nə ola bilər?
Funksional qəbizliyə misal olaraq tualet tərbiyəsinin başlama periodunda uşaqlar bəzən bezdən təzə çıxırlar və nəcisi tutmağa çalışırlar. Bu periodda ola bilir, funksional qəbizlik inkişaf edir. Və yaxud da uşaq az su içir, yetərli qədər hərəkət etmədikdə, doğru qidalarla qidalanmamaq qəbizliyə səbəb ola bilər.
Doğru qidalar dedikdə buraya tərəvəz, meyvə, yetəri qədər protein qəbulu… Paket qidalardır, hazır qidalardır, konservə edilmiş məhsulların istifadəsi məhdudlaşdırılmalıdır bu uşaqlarda. Həddindən artıq şəkər istifadəsi, karbohidrat istifadəsi, duz istifadəsi yanlış qidalanmaya səbəb olaraq uşaqlarda qəbizliyə səbəb ola bilər.
Son zamanlarda bütün dünyada çox yayılmış ekran məruziyyəti uşaqlarda hərəkət məhdudlaşmasına səbəb olaraq bu da funksional qəbizliyin bir səbəbi olmaqdadır.
Bu dediyimiz parametrlər uşaqlarda aradan qaldırıldıqda funksional qəbizlik özbaşına da düzələ bilir. Amma bunlar deyil, yəni bu səbəblər hamısı inkar edildikdən sonra və düzəldildikdən sonra hələ qəbizlik davam edirsə, o zaman həkim müayinəsi mütləqdir.
Orqanik qəbizlik
Orqanik patologiyalardan ən çox mədə-bağırsaq sistemi malformasiyaları, sinir və əzələ sistemi xəstəlikləri, metabolik problemlər daha çox orqanik qəbizliyə səbəb olan patologiyalardır.
Orqanik patologiyaların səbəb olduğu qəbizlikdə, qəbizliklə eyni zamanda paralel olaraq çox şiddətli qusmaların olması, qarında şişliyin olması, qısa bir müddət ərzində uşaqda şiddətli çəki itkisinin olması, bundan başqa uşaqda inkişafda ləngimənin olması, çox şiddətli qarın ağrılarının olması o zaman şübhə oyadacaq və mütləq bir şəkildə araşdırılması lazımdır.
Dr.İnarə Eldarova, Pediatr
40 comments
Umid
2 September 2022 at 20:32
Salam hervaxdiniz xeyir qizim 2 yas yarimdir Qebizlikden ezyet cekir 3 den bir neciz ifraz edir son 2/3 gun idi ki gun erzinde bir defe sidiy ifraz edirdi bu gunden artig 2/3 defe olub lakin neciz ifrazi zamani cox ezyet cekir aglayir qorxur ne e de bilerem cavablandirardiniz zehmet olmassa
Ege Hospital
5 September 2022 at 12:18
Salam. Mütləq müayinə olunmalıdır.
Uzman Dr İnarə Eldarova, Pediatr
Fidan
29 November 2022 at 21:42
salam mənim oğlum gücənərək ağır işə çıxır elə vaxt olurki gücənə qalır çıxa bilmir nə edə bilərik?
Ege Hospital
8 December 2022 at 11:34
Salam. 4 aylıq bəbəyə bu dediyiniz qidalar verilməməlidir. Qəbizlik ona görədir.
Uzman Dr. İnarə Eldarova, Pediatr
Sabina
15 February 2023 at 00:28
Salam. Qizim 6aya kecib ,bir defe gebz olmuwdu ustunnen bir muddet kecib ,indide 2ci defedi oldu ,gucnen bayira cixir ve sanki bogulur ,gebz olanda bele hallar olur?? Ve esasen ona tebii yola ne verimki rahat getsin, tewekkur edirem.
Ege Hospital
20 February 2023 at 19:00
Salam. Qəbizlik altı aya qədər ola bilər, müayinə olunmalıdır.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Ulker
27 September 2023 at 23:41
Salam menim qizim 5 aylig oldu gucenir cole cixamir necizi elede qati dey ama cixamir gucenir cixamir analiz verdiy hecine cixmadi ana sudu yeyir neden ola biler
Ege Hospital
2 October 2023 at 13:49
Salam. Ola bilər (ana südü alırsa).
Uzman Dr Lalə Nəzərli, Pediatr
Arzu
4 May 2023 at 12:38
Salam körpəm 1 aylıqdır qarnında çox sancılar olur artıq 4 gündür böyük ayaqyoluna getmir təbii üsullarla nə məsləhət görürsünüz
Ege Hospital
18 May 2023 at 18:28
Salam. Zeytun yağı verə bilərsiniz.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Zulya
25 July 2023 at 19:47
Salam menim ovladim 3 ayliqdir 1 hefte olarki ki qebzlik yaranib zeytun yagin ne qeder vermek lazimdir ve gunde nece defe defe?
Ege Hospital
2 August 2023 at 18:57
Salam. Gündə səhər – axşam yarım çay qaşığı.
Uzman Dr Lalə Nəzərova, Pediatr
Ulker
27 September 2023 at 23:46
Hansi zeytun yagindan verey elece ozunu icirdey yoxsa sudune qatag
Ege Hospital
2 October 2023 at 13:50
Salam. Ola bilər (ana südü alırsa).
Uzman Dr Lalə Nəzərli, Pediatr
Fidan
29 November 2022 at 21:43
salam axşamınız xeyir olsun mənim oğlum 1aya yaxındır gücənərək ağır işə çıxır elə olurki glizma falan etməsəy çıxmır nə edə bilərik?
Fidan
29 November 2022 at 21:44
4aylıqdır kaşa verirdim belə olduğunu görüb 1həfdəsi kəsmişəm yenədə düzəlmir cici bəbə piçennisi verəm yenə ağır işə çıxa bilmir
Ege Hospital
8 December 2022 at 11:33
Salam. 4 aylıq bəbəyə bu dediyiniz qidalar verilməməlidir. Qəbizlik ona görədir.
Uzman Dr. İnarə Eldarova, Pediatr
Ege Hospital
8 December 2022 at 11:33
Salam. 4 aylıq bəbəyə bu dediyiniz qidalar verilməməlidir. Qəbizlik ona görədir.
Uzman Dr. İnarə Eldarova, Pediatr
Nuray
29 March 2023 at 16:43
Salam hekim bizde oglum 2 ay yarimliqdir qebizlik problemi var 4 gundurku boyuk bayira getmeyib bu sebebi ne ola biler ne etmeliyik
Ege Hospital
31 March 2023 at 15:20
Salam. Həkim müayinəsində normal deyibsə, normaldır.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Nergiz
3 January 2023 at 23:50
Salam,oglumun 11 ayi olacaq 8 kilo 400 qramdir, yemey ana sudu ve 2 saatdan bir bir cay nelbekisi elave qida yeyir, qebzliyi var, son zamanlar ancaq samla bayira cixir, ve nece aydi ceki artimi yoxdur
Nergiz
3 January 2023 at 23:51
Nese bir xesteliyi ola bilermi?
Ege Hospital
12 January 2023 at 13:49
Salam. Bu qəbizliyin altında hər hansı bir xəstəliyi ola bilər. Araşdırmaq lazımdır. Ona görə də mütləq pedaiatra müraciət edin.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Ege Hospital
12 January 2023 at 13:48
Salam. Bu qəbizliyin altında hər hansı bir xəstəliyi ola bilər. Araşdırmaq lazımdır. Bu seliakiya xəstəliyindən tutmuş bir çox xəstəliklərdən qaynaqlana bilər. Ona görə də mütləq pedaiatra müraciət edin.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Sss
11 January 2023 at 09:18
Salam.Oglum 10 aylıqdır elave qida yeyendr cox qebz olur aglayaraq çıxır bayra.
Ege Hospital
12 January 2023 at 16:22
Salam, əlavə qidalanma rejimi düzgün deyil o zaman. Mütləq bol su, ərik, gavalı və sulu yeməkləri menyuda çoxaldın.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Gülşən
14 January 2023 at 14:50
Salam oğlumun 7 yaşı var 4 günən bir bayra gedir böyük və bərk şəkildə bu arada meyvə su bol istifadə edirəm amma 2 il olar belədi
Ege Hospital
16 January 2023 at 16:23
Salam. Qəbizlik mütləq həkim tərəfindən kontrol edilərək yol gediləsi bir əlamətdir.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Leyla
21 January 2023 at 14:53
Salam boyuk qizimin 3yasi var onda qebizlik var duzgun qidalanmir deye dusunurem,ancag ikinci qizim 6ayligdir elave qidaya kecmisem o gun bu gun usaq qebz olub das kimi balaca bisey cixir yeni bosalmir rahat bagirsaqlari su ne sebeb ola biler?su az icir sevmir sprisle bogazina tokurem su hipin cobanyastigi cayi verirem ancag 10-20milli,ne meslehet gorursunuz?ancag bele bir sey var men ozumde qebzlikden eziyyet cekirem ola bilermiki anadan kecmedir?
Leyla
21 January 2023 at 14:56
Vee onuda qeyd edim hekimle meslehetlesdim mene dedi su ver ve elave qidasina avakado qat biraz yumsaltsin duzelmese derman yazaram,6-7ayliq usag ucun deman preparati duzgundurmu?
Vuqar vuqar
7 May 2023 at 10:02
Salam menim qizim 5 ayilqdi yalniz ana sudu yeyir 40 na kimi normal bayira cixirdi qixindan sora qebizlik olur ve 72faiZ sabin qoyiram ondan sora cixir men ne ede bilerem vezile yaği vere bilerem mi
Ege Hospital
15 May 2023 at 19:48
Salam. Ana südü yeyən uşaqlarda bu qəbizlik sayılmır.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Zahra
23 July 2023 at 01:35
Salam menim oglum 2 ay yarimliqdi 1 ayligindan qebizdi usaq wam veya klizmayla boyuk bayira gedir hekime apariram deyir olur korpelerde ne vaxt duzeler nece ayina kimi olar bele qebz deyende yumuwaqdi necisi ama bayira cixmir wam qoyandan sonra baxiram necisine nirmaldi
Ege Hospital
26 July 2023 at 11:21
Salam. Qəbizliyin müxtəlif səbəbləri ola bilər. Mütləq araşdırmaq lazımdır.
Uzman Dr Lalə Nəzərova, Pediatr
Elmir
19 August 2023 at 10:58
Salam, 15 günlük körpə 4,5 günnən bir böyüy bayıra gedir bu normaldırmı?
Ege Hospital
28 August 2023 at 15:12
Salam. Normaldır.
Uzman Dr Lalə Nəzərli, Pediatr
Ekber
5 January 2024 at 20:10
Salam
Ege Hospital
15 January 2024 at 14:58
Salam. Qidalanmanın tam olduğundan əmin olmaq lazımdır. Əgər tamdırsa, 7-8 gün uşaq kaka etməyə bilər.
Uzman Dr Lalə Nəzərova, Pediatr
Ekber
5 January 2024 at 20:12
Salam doktor menim uşagim 1 yaş 8aylikdir ana südü emir ve adi yeməklərdə yeyir ancaq 4 gundurki boyuk bayra getmir niye bilmirem
Ege Hospital
15 January 2024 at 14:58
Salam. Qidalanmanın tam olduğundan əmin olmaq lazımdır. Əgər tamdırsa, 7-8 gün uşaq kaka etməyə bilər.
Uzman Dr Lalə Nəzərova, Pediatr