Uşaqlarda sidik qaçırma
Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir.
Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələr sidik qaçırma olur, lakin onların bəzilərində patoloji, bəzilərində isə sırf fizioloji səbəb olur.
Bəs bu səbəblər nədir?
Birincisi irsi ola bilər, ən çox gördüyümüz budur. Əgər ana və ya ata keçmişdə altını isladıbsa gecə yatarkən uşaqda da baş vermə tezliyi yenə artır. Bundan başqa, qəbizlik ola bilər. Antidiuretik hormonun çatışmazlığı ola bilər. Əsas diabet xəstəliyi ola bilər. Sidik kisəsinin düzgün işləməməsi, kiçik sidik kisəsi və ya sidik kisəsinin çox işləməsi bu vəziyyətə səbəb ola bilər.
Təbii ki, ailənin tualet vərdişləri qazandırarkən göstərdiyi təzyiqçi davranışları, gecə yatmazdan əvvəl çox su içməsi, çox dərin yatması da bu vəziyyətin səbəblərindən ola bilər. Müalicəsi üçün ya dərman müalicəsi, ya da davranış terapiyası tövsiyə edirik. Bəzən hər ikisini eyni anda istifadə edə bilərik. Burada önəmli olan ailənin uşağa qarşı təzyiqçi münasibət göstərməməsi və uşağı cəzalandırmamasıdır. Bu həll edilə biləcək problemdir. Əsas səbəblərdən asılı olmayaraq, bu, müalicə olunacaq bir xəstəlikdir.
Mən deyirəm ki, heç bir uşaq sidik qaçırma problemi ilə qalmasın. Bu sağalmaz xəstəlik deyil, boş yerə uşaqlarımızı cəzalandırmayaq.
Uzm.Dr.Rahşan Şahin Çetinkaya, Pediatr
10 comments
Orxan
3 April 2023 at 19:20
Salam oqlumun 4 yaşı var adicə günortalar belə yatarkən altına sidiy qaçırır hər deyge tualetə getmey isdeyir
Ege Hospital
12 April 2023 at 16:02
Salam. Həkim müayinəsi lazımdır.
Uzman Dr. Lalə Nəzərli, Pediatr
Fidan
18 October 2023 at 19:12
Salam.Oglumun 4 yawi var.Herden salvarini isladir.Evde ele halla rastlawmiriq amma baxcada altin isladir yatandada.bu neden ola biler
Ege Hospital
27 October 2023 at 12:28
Salam. Bu yaşda ola bilər.
Uzman Dr Lalə Nəzərova, Pediatr
ilahe
8 November 2023 at 18:31
Salam hekim necesiz menim usaqim hergun sidiyi toklende salvarina qacirir onda ne etmelik
Ege Hospital
14 November 2023 at 17:28
Salam. Yaşa görə normal ola bilər.
Uzman Dr Lalə Nəzərli, Pediatr
Jalə
3 December 2023 at 02:13
Salam doktor oğlumun 7yasi var gündüz yox geceler yerini isladır. Her yolu keçmişik hekim müalicəsi psixoloq derman her şey etmişik hetda tualetə aparmaq üçün saat bele qurmuşam yuxuya getdiyi andan her iki saatdan bir qururam ona baxmayaraq oyatmağa gelende artıq gec olur bir ana kimi çox pisəm hem oğlumun yuxusu pozulur hem menim əsəblərim necə edim yol göstərin
Ege Hospital
7 December 2023 at 12:05
Salam. 7 yaşa qədər tez tez işəmə sindromu olur. Amma 7 yaşdan sonra analizlər mütləq görülməlidir. Gələcəkdə gecə enurezi araşdırılmalıdır.
Uzman Dr Lalə Nəzərli, Pediatr
Ayaz
19 December 2023 at 08:33
Salam həkim, oğlumu 8 yaşı var, gecələr yerinə isladır, bunun səbəbi nə ola bilər?
Ege Hospital
26 December 2023 at 15:15
Salam. Araşdırılmalıdır.
Uzman Dr Lalə Nəzərli, Pediatr