Yüksək qan təzyiqi – Arterial hipertoniya
Arterial hipertoniya çox geniş yayılmış bir xəstəlikdir.
Arterial hipertoniya dedikdə, yəni qan təzyiqinin yüksəlməsi nəzərdə tutulur.
Ortalama böyüklərin 30-40 faizində bu xəstəliyə rast gəlinir. Dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər sırasındadır. Bu xəstəlik təqribən ildə 10 milyon insanın ölümünə səbəb olur.
Birincili hipertoniya
Arterial hipertoniya birincili və ikinci olur.
Birincili arterial hipertoniya – “essensial hipertoniya” və yaxud da “hipertoniya xəstəliyi” də deyirlər. Təqribən alterial hipertoniyalı xəstələrin 90 faizində birincili hipertoniya, yəni hipertoniya xəstəliyi olur.
Birincili hipertoniya dedikdə nə başa düşürük? Yəni bunu törədən hansısa bir xəstəlik yoxdur. Bu özü bir xəstəlikdir.
Ancaq buna baxmayaraq, onun yaranmasına şərait yaradan faktorlar var. Bu faktorlar hansılardır? İrsiyyət – yəni kimin irsiyyətində arterial hipertoniya varsa da, onun bu xəstəliyə tutulma ehtimalı, riski daha çoxdur. Köklük – yəni artıq çəki. Sonra düzgün qidalanmamaq, siqaret çəkmək, duz istifadəsi, streslər bu xəstəliyə şərait yaradır.
İkincili hipertoniya
İkincili hipertoniya dedikdə isə, bu daha çox cavan yaşlarda rastımıza çıxır. Bu xəstəliyi törədən hansısa bir xəstəlik var. Bu, adətən, ya böyrək xəstəliyi olur, ya böyrəküstü vəzinin xəstəlikləri olur, qalxanvari vəzinin xəstəliklərində, kəllə-beyin travmalarından sonra, anadangəlmə bəzi ürək qüsurlarında, bəzi dərman preparatlarının qəbulu, yuxu apnoesi deyilən bir hal var, bu hallarda ikincili hipertoniyaya biz rast gəlirik.
Dediyim kimi, daha çox cavan yaşlarda biz bunu və yaxud da rezistiv hipertoniya deyirik. Bir neçə dərmanla əgər təzyiq düşmürsə, biz bu ikincili hipertoniyadan şübhələnib bunu daha çox araşdırıb axtarırıq səbəbini.
Arterial hipertoniyanın əlamətləri nələrdir?
Bu xəstəlik 50 faizdən çoxunda insanların, yəni arterial hipertoniyası olanların yarısından çoxunda heç bir əlamət olmur. Ona görə də bunu çox vaxt “səssiz qatil” də adlandırırlar. Ancaq əlamətlər olursa da, bu çox vaxt baş ağrısından, çox vaxt ənsə nahiyyəsində olan ağrılarla, döş qəfəsində, ürək nayihəsində olan sıxıntı, ağrı hissiyatından ürək döyünmə, qulaqlarda küy, səs, belə bir əlamətlərlə özünü göstərə bilər. Ancaq bunu yenə də qeyd etmək istəyirəm ki, əksər insanlarda, yəni təzyiqi olan əksər insanlarda, yəni 50 faizindən çoxunda bu əlamətlər olmur. Ona görə də mütəmadi, xüsusən də, kimin irsiyyətində müəyyən yaşdan sonra kök insanlarda, diabeti olanlarda təzyiqi ölçdürmələri məsləhət olur ki, yalnız o halda bilə bilərlər ki, onların hipertoniyası var.
Yüksək təzyiq diaqnozu necə qoyulur?
Necə diaqnoz qoymaq olar? Bu çox sadədir. Adi təzyiq ölçən cihazlarla, ancaq bazudan ölçülən cihazlarla bir 5 dəqiqə dincəldikdən sonra, rahatlandıqdan sonra, qida qəbulundan, çay qəbulundan, kofe qəbulundan, siqaret çəkmədən ən az yarım saat keçməlidir, ondan sonra təzyiqi ölçüb… Bir-iki dəqiqə fasilə ilə bir neçə dəfə, adətən, 3 dəfə ölçmək məsləhət görülür.
Birinci dəfə hər 2 qoldan ölçmək məsləhətdir. Əgər bu qollarda fərqlər çoxdursa, gələcəkdə yüksək olan qoldan ölçmək daha məsləhətdir.
Arterial hipertoniyanın ağırlaşmaları
Arterial hipertoniya qorxulu bir xəstəlikdirmi?
Bəli, qorxuludur. Qorxulusu ondan ibarətdir ki, çox vaxt xəstələr özləri bunu bilmirlər, təzyiqlərinin yüksək olmağını, artıq gec dönəmdə həkimə müraciət edirlər, ağırlaşmalarla müraciət edirlər.
Bu hansı ağırlaşmalar ola bilər? Uzun illər təzyiqə məruz qalan damarlar, orqanlarda dəyişikliklər gedir və nəticədə ürək damar xəstəliklərinə tutulma riski bu insanlarda bir neçə dəfə, qat-qat artır. İnfarktla, ürək çatışmazlığı ilə, aritmiyalarla bunlar müraciət edə bilərlər. Yəni bu fəsadlara gətirib çıxarır.
Onlar başqa insult, həm işemik insult, həm hemorogik insult riski bu xəstələrdə qat-qat yüksək olur.
Sonra, görmə qabiliyyətinin pozulması korluğa qədər gətirib çıxara bilər.
Böyrək funksiyasının pozulması, hətta bəzən xəstələr artıq dializ mərhələsində, terminal mərhələdə belə müraciət edirlər. Sonra ayaq damarlarında problemlərlə müraciət edə bilərlər. Bunlar hamısı təzyiqin fəsadlarıdır.
Bu fəsadların olmaması üçün vaxtında təzyiqi aşkarlamaq, əgər ən azı 2 ölçmədən müxtəlif günlərdə təzyiq 140/90-dan, amma evdə ölçmədə 135/85-dən yuxarı rəqəmlərdə olursa da, mütləq həkimə müraciət eləməlidir və ona müalicə təyin olunmalıdır.
Yüksək təzyiqin təbii yolla müalicəsi
Dərmanla və dərmansız müalicə var. Dərmansız nədir? Həyat tərzini dəyişdirməliyik. Yuxarıda qeyd etdiyimiz kimi, kök insanlarda, siqaret çəkənlərdə, çox duz qəbul edənlərdə, hərəkətsiz insanlarda, kimin diabeti var onlarda rastgəlmə tezliyi çoxdur, ona görə də onlar ciddi kontrol etməlidirlər. Duzu azaltmalıdırlar, çəkini azaltmalıdırlar, diabetə ciddi nəzarət etməlidirlər, siqareti atmalıdırlar, stresdən maksimum uzaq durmaq…
Az bir hallarda, əgər təzyiq çox da yüksək deyilsə də, bu yalnız bu dərmansız, bu vasitələrlə, yəni sağlam həyat tərzini əməl eləməklə biz təzyiqi normal səviyyələrə qaytara bilirik.
Ancaq əksər hallarda bu dediklərimlə bərabər biz dərman da başlamış oluruq. Dərmanları da yalnız həkim təyin etməlidir. Çünki biz dərmanı təyin etdikdə yanaşı xəstəlikləri, yaşı, cinsi, hamısını nəzərə alırıq. Ona görə də həkim təyin etməlidir. Yoxsa “Qonşu, qohum bu dərmanı qəbul edir, mən də qəbul edim” olmaz. Bu, fəsadlara gətirib çıxara bilər.
Və dərmanı qəbul etdikdə mütəmadi bir neçə gün səhər, axşam təzyiqi ölçüb həkimə məlumat verilməlidir. Lazım gəlsə, dərmanın dozasını artırılıb, azaldılıb, əlavə dərmanlar əlavə oluna bilər.
Dr.Arzuman Talıbov, Kardioloq
6 comments
Xanım
29 November 2023 at 23:39
Salam doktor, mənim 19 yaşım və məndə ilk dəfə qan təzyiqimin qalxdığını müşahidə etdim. Belə ki ilkin olaraq sol gözümdə şiddətli ağrı gözümü nə yuma bilirdim nə aça bilirdim daha sonra baş hissəmdə yenə ağrı. Ümümi olaraq mənim təzyiqim 110/60 olub. Daha sonra bu ağrı ilə təzyiqimi ölçdüm 120/80 idi sonra limon yedim bir az keçdi təzyiqimi ölçdüm 110/70 oldu. Çox xahiş edirəm siz mənə deyə bilərsinizmi bu halın baş verməsi təzyiqdimi ? Çünki hər insanın fərdi olaraq qan təzyiq norması var
Ege Hospital
30 November 2023 at 17:48
Salam. Xeyr, bu təzyiq sayılmır.
Çox güman ki, hansısa baş ağrısı olub (ola bilər təsadüfi baş ağrısı olsun, ya da miqren olsun). İstənilən ağrı təzyiqi 10-15, hətta 20-yə qədər qaldıra bilər. Sizdə 120 olub, 120 ümumiyyətlə, təzyiq sayılmır; sizin normanız 110/70 olsa belə. Ümumiyyətlə, biz 18 yaşdan yuxarı şəxslərdə, 140/90-dan yuxarısı üçün təzyiq deyirik. Amma sizin halınızda, təzyiqdən söhbət gedə bilməz. Baş ağrınız təkrarlanırsa, ya da əvvəllər də buna bənzər ağrılar olubsa, Nevroloq həkimə müraciət edin.
Yəni, bu təzyiq sayılmır. Sizin o baş ağrınız təzyiqinizi qaldırıb. Təzyiq baş ağrısı verməyib, baş ağrısı təzyiqinizi yüksəldib (əslində norma daxilindədir).
Dr Arzuman Talıbov, Kardioloq
Xanım
29 November 2023 at 23:41
Salam doktor, mənim 19 yaşım və məndə ilk dəfə qan təzyiqimin qalxdığını müşahidə etdim. Belə ki ilkin olaraq sol gözümdə şiddətli ağrı gözümü nə yuma bilirdim nə aça bilirdim daha sonra baş hissəmdə yenə ağrı. Ümümi olaraq mənim təzyiqim 110/60 olub. Daha sonra bu ağrı ilə təzyiqimi ölçdüm 120/80 idi sonra limon yedim bir az keçdi təzyiqimi ölçdüm 110/70 oldu. Çox xahiş edirəm siz mənə deyə bilərsinizmi bu halın baş verməsi təzyiqdimi ? Çünki hər insanın fərdi olaraq qan təzyiq norması var
Ege Hospital
30 November 2023 at 17:48
Salam. Xeyr, bu təzyiq sayılmır.
Çox güman ki, hansısa baş ağrısı olub (ola bilər təsadüfi baş ağrısı olsun, ya da miqren olsun). İstənilən ağrı təzyiqi 10-15, hətta 20-yə qədər qaldıra bilər. Sizdə 120 olub, 120 ümumiyyətlə, təzyiq sayılmır; sizin normanız 110/70 olsa belə. Ümumiyyətlə, biz 18 yaşdan yuxarı şəxslərdə, 140/90-dan yuxarısı üçün təzyiq deyirik. Amma sizin halınızda, təzyiqdən söhbət gedə bilməz. Baş ağrınız təkrarlanırsa, ya da əvvəllər də buna bənzər ağrılar olubsa, Nevroloq həkimə müraciət edin.
Yəni, bu təzyiq sayılmır. Sizin o baş ağrınız təzyiqinizi qaldırıb. Təzyiq baş ağrısı verməyib, baş ağrısı təzyiqinizi yüksəldib (əslində norma daxilindədir).
Dr Arzuman Talıbov, Kardioloq
Sevinc
11 January 2024 at 13:05
Salam doktor, mənim anam 288 təzyiqlə xestexanada reanimasiyada müalicə olunur..hər gün belkədə 2 dəfə sistem köçürülür.bezi həkimlər deyir təzyiqi olan adam sistem olmaz.bu olmalıdır mi .
Ege Hospital
12 January 2024 at 15:44
Salam. Sistemin içərisinə çox ehtimal təzyiq salıcı dərmanlar əlavə edirlər.
Dr Arzuman Talıbov, Kardioloq