Doğuşdan sonra korset taxılmalıdırmı?
Qeysəriyyə əməliyyatı və ya normal doğuş olub, fərqi yoxdur – “Doğuşdan sonra korset taxmalıyıq, yoxsa yox?”
Mən bunu həmişə belə deyirəm: “Məqsədimiz nədir korset taxmaqda? Oranın yığılmasıdırmı?”
Qeysəriyyə üçün düşünək.. Baxın, qeysəriyyə əməliyyatı zamanı əzələlər kəsilir və oradan körpə çıxır, sonra həmin birləşdirici toxumalar tikilir, əzələlər tikilir. Çox sadədir. Əzələlər xaricə doğru olduğu kimi, içəriyə doğru da qoruma təmin edir. Nəticədə, iki əzələ kəsilib… Daha doğrusu, bağ, oradakı bağ, fassiya dediyimiz şey kəsilib və biz bunu yenidən birləşdirmişik. İndi biz kənardan korset geyinəndə içəriyə təzyiq etmiş oluruq və oradakı qan dövranını pozuruq. Yəni bunun bir məntiqi yoxdur. Dünyanın heç bir yerində tətbiq olunmur. Bəzi hallarda, bel problemi olan xəstələrdə, təbii ki, istifadə edilməlidir. Ancaq qarının sallanmasının qarşısını almaq üçün qətiyyən… Əksinə, onu sıxdıqda buradakı qan dövranını, aşağıdan gələn venoz dönüşü azaldırıq və eyni zamanda içəriyə doğru təzyiq göstərdiyimiz üçün yaranın sağalmasını gecikdiririk. Əslinə baxanda biz səhv edirik.
Korset arıqlamağa səbəb olurmu?
“Bəs korset taxmaq arıqladırmı?” – Mən həmişə bunu deyirəm, “Kaş ki korset geyinmək arıqladaydı, mən də korset geyinib arıqlayardım” Təəssüf ki, o qədər də sadə deyil. Ona görə də xüsusi ehtiyac yoxdursa, bir bel problemi yoxdursa, korset taxmaq zərərlidir, faydası yoxdur. Bunu bu qədər açıq deyirəm.
Üstəlik belə baxanda bir də hamiləlikdən sonra, yəni doğuşdan sonra, keysəriyyə əməliyyatından sonra və ya doğuşdan sonra mütləq və mütləq mümkün qədər tez ayağa qalxıb hərəkət etməlidir pasiyentimiz ki, ağciyərlərimiz özünə gəlsin, o körpəni tez bir zamanda əmizdirməyə başlamalıdır ki, uşaqlıq yığılmağa davam etsin və eyni zamanda oksitosin hormonu ifraz edilməklə ana ilə körpə arasında bağ yaransın.
Uzman Dr.Olcay Turgut, Cərrah mama-ginekoloqu və süni mayalanma uzmanı