Həkimlərimiz

Dr. Günel Aslanova
PhD,Psixoloq

Dr. Günel Aslanova

Hospitalımızın Psixoloqu PhD, Günel Aslanova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya fakültəsinin (2000-2004) məzunudur. Daha sonra Bakı Dövlət Universitetində Hüquqi Psixologiya sahəsində Magistratura (2008-2010) və Doktorantura (2011-2014) təhsili almışdır. Bir çox xarici və yerli konfranslarda Psixologiya sahəsində məruzəçi və iştirakçı olmuşdur. Müxtəlif illərdə müxtəlif Psixoloji mərkəzlərdə və tibb müəssisələrində çalışmışdır. 2020-ci ildə isə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. İllərdir həm klinik, həm akademik, həm də sosial sahələrdə aktiv fəaliyyət göstərən Günel xanım müxtəlif yaş qrupları ilə işləyir. O, xüsusilə depressiya, həyəcan pozuntuları, obsessiv kompulsiv pozuntu, travmalar, şəxsiyyət pozuntuları və davranış problemləri sahəsində ixtisaslaşmışdır. Bundan əlavə, o, yerli və beynəlxalq layihələrdə ekspert və rəhbər kimi iştirak etmiş, yüzlərlə tələbəyə dərs demiş, çoxsaylı elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

Həkimlərimiz

Add comment

Add comment

reload, if the code cannot be seen