Hospitalımızın Endokrinoloqu Dr.Nərgiz Hüseynzadə Azərbaycan Tibb Universitetini (2015-2021) fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Respublika Endokrinoloji Mərkəzdə Rezidentura təhsili (2021-2025) almışdır. Əlavə olaraq Türkiyə Cümhuriyyəti İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində Endokrinologiya üzrə ixtisasartırma kursu keçmişdir. Müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak etmişdir. Dr.Nərgiz Hüseynzadə hazırda Ege Hospitalda Endokrinoloq olaraq fəaliyyət göstərir.