lor hekimi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

esitme-problemi-aparati-1200x675.jpeg

13 October 2022 Otorinolarinqologiya0

İstərsə uşaqlarda, istərsə də böyüklərdə bu problem sıx görülən bir problemdir. Eşitmə problemi olan xəstələrə biz mütləq birinci növbədə qulağı, qulaq yolunu və qulaq pərdəsini müayinə edirik. 

Çünki qulaq yolunun qulaq çirki ilə tıxanması nəticəsində olur eşitmədə problem. Ancaq xroniki qulaq xəstəliklərində, qulaq infeksiyalarından sonra da qulaq pərdəsində dəliklər, orta qulağın problemlərinə görə də eşitmədə azalma xəstələrdə olur.

Belə bir xəstələrin müalicəsi cərrahidir.

Qulaq pərdəsini bəzən yerli keyitmə ilə ofisdə, bəzən də əməliyyatxanada əməliyyatla müalicə edirik. 

Eşitmə cihazları

Xəstələrin bir hissəsində isə daxili qulaq dediyimiz yerdə problemlər olduğu üçün onların müalicəsi əməliyyatdan çox eşitmə cihazlarıdır. 

Sadəcə yaşlılarda olmur. Cavanlarda da, uşaqlarda da irsi və başqa səbəblərdən dolayı bu eşitmə problemləri ola bilər. Onları da biz testlə müəyyən edirik bu eşitmədə problem orta qulağındanmı qaynaqlanır, yoxsa daxili qulaqda problem var? 

Çox irəli dərəcədə eşitmə azalması varsa xəstədə, bəzən eşitmə cihazları da onlara faydalı olmur. Belə xəstələrdə biz əməliyyatla daxili qulaqlarına implant, “koxlear implant” dediyimiz cihazı yerləşdiririk. O da bir eşitmə cihazıdır. Ancaq normalda öyrəşdiyimiz eşitmə cihazlarından daha güclüdür. Birbaşa daxili qulağımıza siqnalları verir və bu şəkildə eşitmə azlığı olan xəstələrin cərrahi müalicəsi mümkündür. 

Bəzən müayinədə heç bir problem olmadan xəstələr anidən əmələ gələn bir eşitmədə azalma ilə gəlirlər. Bunları da eşitmə testi ilə biz dərəcəsini yoxlayırıq. Bu xəstələr ilk günlərdə dərman preparatları ilə, hormonal preparatlar və s. dərmanlarla onlara təcili bir müalicəyə başlayırıq və bəzi hallarda onların eşitməsini qurtarmaq şansımız olur.

Uzman Dr.Əli Əliyev, Otorinolarinqoloq


burun-etinin-kesilmesi-1200x675.jpeg

20 August 2022 Otorinolarinqologiya0

Uşaqlarda tənəffüs problemləri gecə xoruldamaonlara yuxuda durmalar valideynlər narahat eliyən mövzudur, sıx da görülən bir problemdir. Ən çox da “boğaz əti” dediyimiz badamcıqlar və burun ətlərinin böyüməsinə görə olur. Ən çox səbəbi odur. 

Yalnız başqa tənəffüs yolunu bağlayan, daraldan problemlərdən də olur. Onu irsi faktorlar da var. Nəfəs yollarındakı əzələlərin tonusu ilə bağlı və s. 

Amma ən çox problem burun ətində və boğazda olan badamcıqların böyüməsinə görə olur. Bu burun əti və boğazdakı ətnə üçün lazımdır, hansı funksiyaları var? Əsilndə bizi mikroblardan qoruyur. Bizim immun sistemimizin formalaşması üçün lazımdır. Və müəyyən yaşlarda, yaş dövründə böyüyür o ətlər sonra da balacalaşaraq özləri yox olub gedirlər. 

Amma o ki 2 yaş, 3 yaş uşaq başlayır xoruldamağa tam da o ətlərin böyümə vaxtıdır. 

Əgər belə problem varsa mütləq qulaq burun boğaz həkimi, bir dəfə də olsa görməlidir onları. Nə kimi fəsadları ola bilər bu xəstəliyin? Gecə yuxusuz qalmaq, beyinin inkişaf etməməsi, səhər-səhər yuxusuz oyanmaq… Əslində bunlar daha çox böyüklərdə olur, amma uşaqlarda psixi pozuqluq, psixi problemlərə öyrənmək çətinliyinə onların məktəbdə öyrənmə qabiliyyətində problemlərə səbəb ola bilər.  

Bəzən də olur gecə sidik qaçımalara belə səbəbiyyət verir. 

Gecə ağızları açıq olur, boğazları quruyur. 

Üz inkişafı pozulur. 

Müalicəsi mütləqdir. Çünki fəsadları böyükdür. 

Müalicədə biz birinci dərman müalicəsi veririk. Müalicəyə cavab vermirsə, dərmanlarla, o zaman biz cərrrahiyəyə müraciət edirik. 

Əvvəllər yerli keyitmə ilə, amma indi artıq ümumi narkozla, o burun ətini və boğaz ətini balacalışdıra bilərik, ya da tamamən ala bilərik. 

Burun əti və boğaz əti böyüyəndə sadəcə nəfəs yollarnda problem yaranmır.  Eyni zamanda udqunurkən problemlər, yemək problemləri, kilo almamaq, inkişaf etməməyə də səbəbiyyət verə bilər. Eyni zamanda tez-tez xəstələnməyə, infeksiya keçirməyə səbəb ola bilir. Bu da əməliyyatın ən çox səbəblərindəndir. 

Ən çox niyə burun ətini və boğaz ətini biz əməliyyat edib alırıq? Birincisi, tənəffüs problemləri: gecə xoruldama, nəfəssiz qalma, apnoe… Və ikincisi tez-tez infeksiya keçirmə, başqa daha nadir hallarda var ki, çox böyüyüb bədxəssəli şişlərə oxşayan vəziyyətlərdə, yaxud da qulaq problemi də yarananda da cərrahi müalicəyə biz müraciət edirik. 

Uzman Dr.Əli Əliyev, Otorinolarinqoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!