oskurek dermani / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

oskurek-dermani-1200x675.jpeg

18 October 2022 Pulmonologiya0

Öskürək bizi qoruyan refleksdir. Yəni tənəffüs yolunda olan yad cismi çıxartmaq üçün bir refleks olaraq əmələ gəlir.

Bəs xroniki öskürək nədir? Öskürəyin üç həftə və daha çox çəkməsi xroniki öskürək olaraq adlandırılır. Xroniki öskürəyin ən tez-tez görülən səbəbləri allergik rinit, yəni daha düzü belə deyim allergik rinit deyil də, post-nazal axıntı. Bunun xaricində ikinci ən sıx səbəbi isə qastro-ezofageal reflüksdur. Digər səbəbləri isə xronik hava yolu xəstəlikləri dediyimiz asma, xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki bronxit, interstitial ağciyər xəstəlikləri ola bilər. Bunun xaricində ağciyər xərçəngin özü öskürəyə səbəb ola bilər. 

Yəni ən sadə bəlğəmdən tutmuş ən vacib saydığımız deyim, ağciyər xərçənginə qədər bir çox xəstəlik öskürəyə səbəb ola bilər. Ona görə də əgər xəstədə bir xroniki öskürək vardırsa, bunu aptekdən hər hansı bir öskürək siropu almaqla və ya başqa bir dərman təmin edib onu keçirməklə vaxt itirməkdənsə vaxtında, zamanında həkimə müraciətləri çox önəmlidir.

Həm öksürək, həm də hər hansı bir başqa bir simptom: bu nəfəs darlığı ola bilər, bu sinədə ağrı ola bilər, post-nazal axıntı ola bilər, səs batması ola bilər… Bundan hər-hansı bir simptom heç gözləmədiyimiz bir xəstəliyin başlanğıcı ola bilər. Ona görə də öskürək də bu simtomlardan biridirvə əgər xroniki öskürək vardırsa, mütləq ciddi qəbul edilib üstünə düşmək lazımdır.

Xroniki öskürəyin müalicəsi

Müalicəsində nə edirik? Öskürək bildiyimiz kimi, bir simptom olduğuna görə bunu əmələ gətirən bir çox səbəb, bir çox xəstəlik vardır. Ona görə də öskürəyi aradan götürmək üçün sadəcə bir tablet, sadəcə bir sirop kimi deyil altda yatan xəstəlik müəyyən edilməlidir və o xəstəliyə uyğun da müalicə verilməlidir. Məsələn post-nazal axıntısı olan bir xəstənin xroniki öskürək post-nazal axıntıya bağlıdırsa, ya allergik riniti varsa, sinüziti vardırsa, bunun müalicəsi ilə öskürəyi tamamən rahatlaya bilər, keçə bilər. Bunun xaricində əgər xəstənin öskürəyi asmasına bağlıdırsa, ya da xronik obstruktiv ağciyər xəstəliyinə bağlıdırsa, buna bağlı verilən müalicə ilə xəstənin öskürəyi rahatlayar və bu da təbii kihəyat keyfiyyətini artırır.

Eyni zamanda keçirilən viral infeksiyalar da sonradan xroniki öskürəyə səbəb ola bilir. Hətta həyatımızda ən aktual mövzulardan biri COVID-19. COVID sonrası öskürək davam edə bilir, yəni xronik hal ala bilir. Bu hallarda da əgər altda yatan başqa bir səbəb yoxdursa, öskürəyin qrip infeksiyaya və ya viral infeksiyaya bağlı olduğunu dəqiq artıq müəyyən eləmişiksə ona uyğun verdiyimiz müalicə ilə də xəstə rahatlaya bilir. Buna görə də mütləq və mütləq hər-hansı xroniki öskürək və ya hər hansı bir simptom vardırsa, xəstənin altda yatan səbəbi müəyyənləşdirmək üçün mütləq həkimə müraciət etməsi şərtdir.

Uzman Dr.Çağla Xurşud Hüseynova, Pulmonoloq




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!