varikoz damar genişlenmesi / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

varikozun_mualicesi.jpeg

6 September 2021 Damar Cərrahiyyəsi0

Varikoz xəstəliyinin müasir müalicə üsullarından danışmaq istəyirəm. Çünki internetdə də, sosial şəbəkələrdə də kifayət qədər xəstəliyin özü haqqında məlumat var.

Yaxşı, xəstəyə bu diaqnozu qoyduq bundan sonra necə müalicə edəcəyik?

Bəzən xəstə telefonla zəng edir, deyir: “Doktor mənim varikozum var, siz mənə o iynə ilə sağaldırlar e.. onu edə bilərsinizmi?” 

Deyirəm: “Bilirsiz, ən azından hər hansı müalicəni söz verən həkim bir ultrasonoqrafiya doppler müayinəsi edib, damarları dəyərləndirməlidir. Ondan sonra bu xəstəmizə daha uyğun olan müalicə üsulunu seçə biləcəyik.” 

“Hansı müalicə üsulunu seçək?” bu çox önəmli bir məsələdir və bu suala cavab vermək üçün təbii ki, xəstə müayinə olunmalıdır.

Skleroterapiya nədir?

Müayinə olundu, tutaq ki, xəstədə ən sadə müalicə üsulu olan “skleroteropiya” üsulunu uyğun bildik.

Skleroteropiya nədir? Xəstənin damarlarına xüsusi maddələr yeridilir ki, bu maddələr damar divarında iltihab yaradaraq, onların bir-birinə yapışmasına nail olunur və qan dövranı bu damarda dayandırılır. Xəstə sağalmış olur. Adətən, bu daha çox estetik venalara ait bir məsələdir.

Termal üsullar

Bundan daha sərt müalicə üsulu, “termal üsullar” deyirik – venanın daxilində yüksək temperatura nail olmaqla xəstənin damarında patoloji qan dövranını ləğv etməkdir. 

Daha geniş yayılmış 2 üsul var: “Radiotezlikli ablasiya” – radiofrekans deyilir ingilisdilli ədəbiyyatda və “Endovenoz Lazer ablasiya” üsulu. 

Endovenoz lazer ablasiya üsulu

Hər bir üsulun özünün müsbət və mənfi tərəfləri vardır. Amma illərcə, təcrübə toplandıqca biz də görürük ki, endovenoz lazer ablasiya daha üstün nəticələr əldə etməyə imkan verir. Burada müəyyən qrup venalar var ki, normalda bir üsuldan istifadə edə bilmirik, digərindən istifadə edirik. Bu səbəbdən endovenoz lazer ablasiyanı seçmək daha gözəl nəticələr verə bilir. Xəstəmizin tez sağalmasına şərait yarada bilirik.

Xüsusən də, bizim klinikada Almaniya istehsalı olan, Almaniya protokollarına uyğun olan avadanlıqlardan istifadə edirik ki, Avropada xəstəmiz gedib əgər müalicə almaq istəyərsə, eyni nəticəni alacaqdır. Bu texnologiyaları bura gətirdik, istifadə edirik.

Mikroflebektomiya üsulu

Termal üsullardan başqa “mikroflebektomiya” deyilən üsul var ki, termal üsulla bərabər və ya müstəqil olaraq istifadə olunur. Lazerlə yandırılması ehtiyac olmayan və yaxud mümkün olmayan venaları mikroflebektomiya üsulu ilə müalicə edirik və bununla da nəticə əldə etmiş oluruq.

Krossektomiya və ya “Trayanov Trendelenburq” əməliyyatı

Termal üsullardan başqa 100 ildən daha çoxdur ki, istifadə olunan “Trayanov Trendelenburq” əməliyyatı var ki, hal-hazırda “krossektomiya” deyilir ədəbiyyatda. Bir çox ölkələrdə, bizim ölkədə də istifadə olunan bir üsuldur. 

Bundan öncə izah etdiyim, məsəl üçün, Endovenoz lazer ablasiyadan, Radiotezliklə ablasiyadan fərqi odur ki, bu əməliyyat dəliklər vasitəsilə, yəni iynə dəliyi vasitəsilə yox, kəsiklə icra olunur və bu kəsiklərdən sonra xəstənin reabilitasiya məsələsi üzə çıxır. 

Az invaziv üsulların üstünlüyü

Xəstə normal cərrahi ilə 10-12 günə sağala bilir. Amma bir qədər ağır formalı yara ilə gəlmiş xəstə və yaxud varikoza bağlı trofik xorası olan bir xəstə gəlirsə, açıq kəsikdən yarasının infeksiyalaşma riski də var. Bu problemlər yaranır.

Tərəzinin gözünə bütün amilləri qoyanda yenə də az invaziv üsullara üz tutmağı daha üstün hesab edirik və bu az invaziv üsullardan bizim əlimizdə, hər halda mənim öz təcrübəmdə daha mükəmməl gördüyüm endovenoz lazer ablasiyadır ki, bundan istifadə edirik.

Varikoz müalicə olunmasa, ağırlaşmalar yarana bilər

“Bəs müalicə olunmasaq, nə olacaqdır?”

Müalicə olunmayan xəstələrdə qorxduğumuz bir neçə məqam var, narahat olduğumuz məqam var. Varikozlu venada tromb əmələ gələ bilər – “tromboflebit” yarana bilər və bəzən xəstələrdə təxirəsalınmaz əməliyyata ehtiyac yaranır. 

Bundan başqa dərinin qidalanması pozulduğuna görə ayaqda venoz trofik xoralar yarana bilər. Bunun özü də xəstələrimizi müalicəmiz başlayandan sonra daha gec müddətə sağalmasına gətirir. Bu səbəbdən də mən varikozu olan hər bir pasiyenti görəndə ona mütləq və mütləq varikozdan qurtulmağı tövsiyə edirəm.

Bir əməliyyata girəcəyiksə, damarlarımız buna hazır olmalıdır

Digər bir xəstəliyi olarsa insanın – öd daşı xəstəliyi deyək və yaxud qalxanvari vəzdə bir problemi varsa, o xəstə cərrahi müdaxiləyə girməlidirsə, bunun venaları əməliyyatdan sonrakı dövrdə bir problem yaradacaqdır. Heç kəs sığortalanmayıb gələcəkdə onda hər hansı planlı əməliyyata göstəriş yaranmayacaq. Bu səbəbdən də varikoz varsa, xəstə əməliyyat olunsa, daha düzgün olar.

Dr. Əşraf Həsənzadə, Damar cərrahı

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!