anal çat / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

bagirsaqdan-qan-gelmesi.jpeg

25 October 2021 Cərrahiyyə23

Bağırsaq qanamaları düz bağırsağın son qismi – “anal nahiyə” dediyimiz bölgədən olan qanaxmalardır. 

Bu qanaxmaların bir çox səbəbi vardır. Həm xoşxassəli, həm də bədxassəli xəstəliklər səbəbi ilə anal bölgədən qanaxmalar ola bilər.

Bunlarda önəmli nöqtə odur ki, yaşından və yaranma səbəbindən və yaxud da yaranma zamanından asılı olmayaraq hər hansı bir zamanda bağırsaq qanaması olan şəxslər mütləq həkimə müraciət etməlidirlər. 

Həkim məsləhəti ilə, həkim görüşü ilə onlarda hansı xəstəliyin olduğuna qərar verilib, ona yönəlik müalicə başlanmalıdır.

Anal bölgədə qanaxmalara səbəb olan xəstəliklərin bir dənəsi də anal çatlardır. Anal çat daha çox qəbizlik sonrası başlayan, qəbizliklə bərabər qatı nəcis kütləsinin anal kanaldan keçməsinə bağlı orada yaranan yırtıqlardır. Buna “anal çat” deyirik.

Anal çatın iki növü var: 1) kəskin anal çat, 2) xroniki anal çat. Bu da xəstəliyin başlama zamanına görə dəyişir.

Anal çat xəstəliyinin əlamətləri nələrdir?

Anal çat xəstəliyinin əlamətləri bir tək qanaxma deyil, bərabərində şiddətli ağrıdır. Nəcis ifrazı zamanı, defekasiya zamanı əmələ gələn, bir neçə saata qədər davam edə bilən şiddətli ağrılardır.

Əgər anal çat yarandıqdan sonra 4-6 həftə müddətində davam edirsə, biz buna “kəskin anal çat” deyirik, 4-6 həftədən daha uzun müddət davam edirsə, buna “xroniki anal çat” deyirik.

Bunun əhəmiyyəti nədən ibarətdir?

Xəstələr zamanında həkimə müraciət etdikləri zaman onlarda əgər anal çat aşkar olunursa və bu kəskin mərhələdədirsə, bu xəstələrin 90 faizi dərman müalicəsindən effekt görürlər, dərman müalicəsi ilə bunların 90 faizində sağalma müşahidə olunur.

Əgər xəstələr zamanında müraciət etmirlərsə, anal çat yarandıqdan 4-6 həftə müddətdən daha uzun müddət davam edirsə, bu zaman bu xroniki anal çata çevrilir. Yəni yara sağalması prosesi pozulur və xroniki yara əmələ gəlir.

İlk 4-6 həftədə dərmanla sağalma mümkündür

Xəstəliyin kəskin və xroniki anal çat olmasının əhəmiyyəti nədən ibarətdir?

Kəskin mərhələdə xəstələr bizə müraciət etdikləri zaman, onlara diaqnoz qoyulduqdan sonra başlanan müalicə dərman müalicəsi ilə, yəni sadəcə medikal müalicə ilə onlarda 90%-də sağalma qeyd edilir.

Əgər xəstələr zamanında müraciət etməzlərsə, qohum-əqrəba və yaxud da yaxın tanış-bilişlərdən aldıqları müalicə ilə özlərini bir şəkildə müalicə etməyə çalışıb bu prosesi uzatdıqları zaman, 4-6 həftə keçdiyi zaman bu xroniki anal çata çevirir ki, xroniki anal çatda dərman müalicəsi ilə sağalma 30%-ə qədər düşür. Yəni xəstələrin 30 faizinə sadəcə sağalma, dərman müalicəsi ilə sağalma əldə edilir. Qalan 70 faizində xəstələrdə əməliyyata ehtiyac olur. 

Yəni bağırsaq qanaxması olub, həkimə zamanında müraciət edən şəxslər, anal çat diaqnozu qoyulursa, onun zamanında müalicə edilməsi, əməliyyata ehtiyac olmadan dərman müalicəsi ilə bunu sağaltmaq mümkündür.

Anal qanaxmalar başqa xəstəliklərin də əlaməti ola bilər

Anal qanaxma ilə müraciət edən xəstələrdə bir tək anal çatlar deyil, başqa proktoloji xəstəliklər ola bilər. Hemoroidlər ola bilər, fistulalar ola bilər və yaxud da təcili əməliyyat tələb edən anal abseslər ola bilər.

Ona görə bağırsaq qanaxması olan şəxslər həkimə müraciət edib mütəxəssis müayinəsindən keçdikdən sonra onların məsləhəti ilə müalicələrini almasını məsləhət görürəm.

Anal çat müalicəsində botoks tətbiqi

Anal çatların müalicəsində bir tək medokomentoz (yəni dərman) müalicəsi və əməliyyat deyil, yeni metodlardan biri də botoks tətbiqidir. Yəni ki, xəstə əməliyyatxana şəraitində lakin hər hansı bir kəsmə proseduru icra etmədən anal əzələlərə icra olunan botulinum toksini (botoks) dediyimiz metodla xroniki anal çatların müalicəsi mümkündür.

Uzm.Dr.Zümrüd Əliyeva, ümumi cərrah

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!