mede / Ege Hospital - Sağlamlığınız, sağlamlığımızdır.

qastroenterelogiya-hepatologiya.jpeg

Qastroenteroloq mədə-bağırsaq sisteminin xəstəlikləri ilə məşğul olan; yemək borusu, mədə-bağırsaqlar, qalın bağırsaq, nazik bağırsağın ayrı-ayrı xəstəlikləri ilə məşğul olan; eyni zamanda qaraciyər, öd yolları və mədəaltı vəzinin xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi ilə məşğul olan mütəxəssisdir.

Hansı hallarda xəstələr qastroenteroloqa müraciət edirlər?

Xəstələr YA birbaşa bizə müraciət edə bilər, ya da qastroenteroloji xəstəlik diaqnozu qoyulmuş xəstələr – başqa bir həmkarımız tərəfindən diaqnoz qoyulmuş xəstələr bizə müraciət eləyə bilər. Bəzən də qastroenteroloji skrininq üçün, yəni bəzən gastroentroloji xəstəliklərin, özəlliklə, bədxassəli şişlərin skininqi üçün müraciət eləmələri lazımdır xəstələrin.

Ümumiyətlə, xəstələr, əlbəttə, hansı nə zaman qastroentroloqa müraciət edəcəklərin özləri tam bilə bilməzlər. Ümumiyyətlə, götürək qarın boşluğu ilə əlaqəli şikayətləri varsa, xəstənin qarın ağrısı və ya mədə şikayətləri dediyimiz qarnın üst hissəsində ağrı, yanma, şişkinlik, qəbizlik, ishal, bu kimi durumlarda xəstələr bizə müraciət edə bilərlər. 

Amma bundan əlavə xəstələrin fərqli bölümlərə müraciəti sonrasında da altda yatan qastroenteroloji xəstəlik, əgər müəyyən olunursa, o zaman da başqa həmkarlarımız tərəfindən də bizə yönləndirilən xəstələr olur.

Hansı xəstəliklərdə xəstəni qanstroenteroloqa yönləndirirlər?

Xroniki xəstəlikləri varsa xəstənin – “qastroezofageal reflyuks” xəstəliyi varsa, qastriti varsa, qaraciyərin virus hepatitləri varsa, autoimmun qaraciyər xəstəlikləri varsa, “pankreas” dediyimiz mədəaltı vəzinin xroniki və ya kəskin xəstəlikləri varsa, öd daşı xəstəliyi – əgər daş öd yollarına düşübsə… Yəni bu durumda, bunların müalicəsi üçün xəstələr qastroenteroloqa yönləndirilirlər. Xroniki xəstələrin müşahidəsi mütəxəssis qastroenteroloq tərəfindən aparılmalıdır.

Eləcə də bağırsaqların, “çölyak” xəstəliyi kimi “inflamatuar bağırsaq xəstəliyi” dediyimiz “xoralı kolit”, “kron xəstəliyi” kimi bu xroniki xəstələr də birbaşa qastroenteroloq nəzarətində olmalıdırlar.

Bunlarla yanaşı xəstələr başqa həkimlər tərəfindən izlənilirsə, başqa xəstəliklərlə, o izləyən həkimlərin də bildiyi kimi, bəzi əlamətlər olduqda qastroenteroloqa yönləndirirlər. 

Məsəl üçün, ürək xəstəliyi olan biri çox dərman istifadə edirsə, qan sulandırıcı dərmanlar və ya ağrıkəsici dərmanlar bunların mədə problemləri əmələ gələ bilər. O zaman qastroenterologiya şöbəsinə yönləndirilirlər.

Revmatoloji xəstəliklərdə, xəstənin bərabərində yanaşı “inflamatuar bağırsaq xəstəliyi” dediyimiz autoimmun xəstəliklər, xəstənin immun sistemi ilə əlaqəli xəstəliklər eyni zamanda gedə bilər. Bu durumda da xəstə qastroenteroloqa yönləndirilir. 

Məsələn, şəkərli diabet xəstələri olsun, obezite, yəni ifrat piylənmə olsun… Bu durumda da xəstənin yanaşı gedən ciddi qaraciyər yağlanması varsa, bunlar da qastroenteroloqun nəzarətində olmalıdır ki, irəlidə başqa daha ağır fəsadlarla bizə gəlməsin deyə vaxtında bunlar bizə yönləndirilməlidir.

Qastroenteroloqlar hansı müayinə və müalicə üsullarından istifadə edir?

Diaqnozda endoskopiya, kolonoskopiya, ERCP öd yollarında və mədəaltı vəzin xəstəliklərində istifadə olunur. “Endoskopik ultrasonoqrafiya” dediyimiz metodlarla xəstələrin diaqnoz və müalicəsini aparırıq.

Bunlardan əlavə bir qrup xəstələr də vardır ki, xüsusilə də, yetişkin qastroenteroloqlar… Uşaq qastroenteroloqu ayrı olur, yetişkin qastroenteroloqu ayrı olur. 

Müəyyən yaşdan sonra, 50 yaşdan sonra tövsiyə olunan, hətta o indi bəzi ölkələrdə daha önə çəkilir, 45 yaşa çəkilir, 50 yaşdan sonra hər bir insan mütləq qastroenteroloq müayinəsinə gedib, kolonoskopiya incələnməsi olmalıdır.

Kolonoskopiya incələnməsi bir uzun zontla bağırsaqdan girib qalın bağırsağa baxırıq. Bunun üçün biz “sedasiya” dediğimiz metodla, xəstəni damardan verilən bir dərmanla yatızdırırıq və daha komfortlu bir şəkildə xəstəyə intubasiya eləmədən, nəfəs yoluna boru taxmadan, yatızdırıb təxminən 15 dəqiqə ilə yarım saat arasında çəkən bir prosedurda xəstənin yoğun bağırsağını incələyirik.

Çünki yoğun bağırsaq xərçəngi, eləcə də mədə-bağırsaq sistemi xərçəngi adətən yoğun bağırsaqda olan “polip” dediyimiz bir xal kimi, onlardan əmələ gəlir, “ət xalı” kimi bağırsağın içində… Çoxu onlardan əmələ gəlir. Onları erkən mərhələdə müəyyən eləmək, vaxtında onun diaqnozunu qoymaq xəstəni yoğun bağırsaq xərçəngindən qorumuş olur.

Ona görə 50 yaşından sonra bütün insanlar mütləq bir dəfə də olsa, bu müayinəni keçməlidirlər.

Ondan sonrakı müşahidəni, əlbəttə, qastroenteroloq həkim müəyyən edir. Orada müəyyən olunan bir patologiya varsa, ona görə ondan sonrakı müşahidənin hansı ardıcıllıqla, hansı vaxtlarda olunmalıdır, onu qastroenteroloq, mütəxəssis müəyyən edir.

Rutin skrininq məsləhət görülmür endoskopiyada, amma şikayəti olan xəstələrdə əgər həyəcanverici simptomlar dediyimiz bizi “alert” edəcək simptomlar varsa, xəstələrə endoskopik müayinə də məsləhət görürük.

Endoskopik müayinə də yenə daha incə bir zontla, yenə eyni şəkildə damardan verilən dərmanla sedasiya sonrası ağızdan bir zontla, mədəyə 12 barmaq bağırsağa və yemək borusuna baxış keçiririk.

Ailəsində mədə-bağırsaq sistemi xərçəngi olanlar

Burada vurğulamaq istədiyim ən önəmli şey əgər birinci dərəcə qohumlarında mədə-bağırsaq sistemi xərçəngi diaqnozu qoyulubsa, o diaqnozun qoyulduğu yaşdan, deyək ki, qardaşında, atasında mədə xərçəngi, bağırsaq xərçəngi diaqnozu 50 yaşında qoyulubsa, 40 yaşında… Yəni normal skrininq 50 yaşından sonra məsləhət görülsə belə, bu xəstələrdə o diaqnoz qoyulan zamandan 10 il öncədən mütləq bu şəxslər qastroenteroloq müayinəsindən keçməlidir və gərəkirsə, lazımdırsa endoskopik və kolonoskopik müayinə mütləq olmalıdırlar.

Bağırsaqlarda və mədədə olan poliplər, bunlar zamanla yavaş-yavaş bağırsaq xərçənginə doğru yol ala bilirlər ki, bunların daha vaxtında müəyyən olub aşkarlanması çox qısa və bəsit bir prosedurla – “polipektomiya” dediyimiz, yəni o polipi kəsib çıxarmaqla tamamən bağırsaq xərçəngi olacaqsa və ya mədə xərçəngindən qorunmuş olurlar.

Uzman. Dr. Cavanşir Vahabov, Qastroenteroloq-Hepatoloq-İnvaziv Endoskopist

 




SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!





SAĞLAMLIĞINIZ SAĞLAMLIĞIMIZDIR!